antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ Oktyabr 22, 2012

images (2) Bildiyimiz kimi,pedaqoji fəaliyyət cəmiyyətin yaşlı üzvlərinin – məqsədi gənc nəsli tərbiyə etməkdən, onu cəmiyyət həyatına hazırlamaqdan ibarət olan fəaliyyətidir.Pedaqoji fəaliyyət mürəkkəb və çoxcəhətli bir fəaliyyətdir.Qarşıda duran konkret vəzifələrdən (funksiyalardan) asılı olaraq pedaqoji fəaliyyətin müxtəlif növlərini fərqləndirirlər (öyrətmə,tərbiyə,təşkilatçılıq,təşviqatçılıq, özünütəhsil və s.).Pedaqoji fəaliyyətin həmin növləri ümumi struktura malikdir. Pedaqoji vəzifələrin həll edildiyini şərait pedaqoji şərait adlanır.Bu cür şərait 2 cür yarana bilər: 1) Qabaqcadan müəllim tərəfindən düşünülüb, planlaşdırılıb hazırlana bilər. (məs.problemli dərs) 2) gözlənilmədən,şagirdin davranışı ilə əlaqədar də yarana bilər.Bu zaman müəllim müəyyənlik şəraitində hərəkət etməli olur.

Pedaqoji fəaliyyət böyük ictimai, sosial əhəmiyyət daşıdığı kim, onunla sıx bağlı olan pedaqoji ustalıq da bu işə, vahid təlim-tərbiyə məqsədinə xidmət etdiyi üçün böyük sosial əhəmiyyət daşıyır.Odur ki, ona yiyələnmək,ondan istifadə etmək işinə diqqətlə,dərin məsuliyyətlə yanaşmaq lazımdır. Pedaqoji ədəbiyyatda göstərildiyi kimi, şəxsiyyət strukturunda pedaqoji ustalıq öz-özünü təşkil edən sistemdir.Bu sistemin yaranmasında müəllimin daxili insansevərliyi,humanizmi,onun cəmiyyətə, müstəqil dövlətimizə bağlılığı mühüm rol oynayır.Müəllim öz ölkəsinin bugünki və gələcək perspektivlərini dərk edərək öz pedaqoji fəaliyyətini qurur.Bunları nəzərə alaraq pedaqoji ustalığın 4 əsas elementdən ibarət olduğunu qeyd edirlər:

  1. Müəllimin fəaliyyətinin humanist istiqamətliliyi. Bunu Təhsil Qanunumuz

da tələb edir. L.V.Tolstoy bu barədə çox gözəl demişdir: “İşimə və şagirdlərinə məhəbbəti birləşdirməyi bacaran şəxs, əsil müəllimdir”.Müəllimin humanist istiqamətliliyi onun idealında, maraqlarında, dəyərlərində, fəal mövqeyindədir. Hər bir müəllim şəxsiyyətinin pedaqoji istiqamətliliyi rəngarəngdir. Onu təşkil  edən dəyər istiqamətləri bunlardır:

1)Özünə qarşı – özünütəsdiq. Bu ona görə vacibdir ki, uşaqlar məndə bilikli, tələbkar, əsil bir müəllimi görsünlər.

2) pedaqoji təsir vasitələrinə, 3) məktəbliyə, uşaq kollektivinə, 4) pedaqoji fəaliyyətin məqsədlərinə – humanist strategiya, təsir vasitələrinin, fəaliyyətin obyektinin yaradıcı şəkildə dəyişdirilməsi. Müəllim üçün istiqamət növlərindən əsas məqsədə,humanist fəlaiyyətə yönəldilmiş aparıcı istiqamət vacibdir. Müəllimin professional ustalığı onun gələcək qarşısında öz məsuliyyətini duymaq şərtilə, şüurlu məqsədyönlülük və uşaqlara böyük məhəbbətin əlaqələndirlməsi ilə formalaşır.Humanist istiqamətlilik ən yüksək bir vəzifə kimi usta müəllimin gündəlik fəaliyyətində həmişə onun konkret vəzifələrini müəyyən edir. Uşaqları dərindən sevın usta müəllim həmişə, hər şeyin düzünü onlara deməli, düzgün istiqamət verməli,çətin situasiyalardan çıxmaqla, düzgün yol seçməklə onlara yaxından kömək etməli,hər vaxt Vətənin, millətin gələcəyini düşünməlidir.

2. Müəllimin professional bilikləri.Bu pedaqoji ustalığın fundamental əsasıdır. Müəllimin bilikləri bir tərəfdən elmə, tədris etdiyi fənnə, digər tərəfdən isə onu öyrənən şagirdlərə doğru yönəldilmişdir. Bunun məzmununa müəllimin tədris etdiyi fənni, onun metodikasını, psixologiya və pedaqogikasını bilməsi daxildir. Pedaqoji peşə biliyinin özünəməxsusluğu onun kompleksliliyində, ümumiləşdirilməsində, müəllimin şəxsi münasibətində xarakterizə olunur. (Məs. “Düşünürəm ki”, “Mənə belə gəlir ki”, “Məncə” və s.).Müəllimin ustalığı biliyin insaniləşdirilməsində, canlandırılmasında, onun sadəcə kitabdan verilməsində deyil, müəllimin dünyaya, həyata öz baxışları kimi təqdim edilməsindədir. Şagirdlər tərəfindən şəxsi mövqeyi kimi qavranılmasındadır. Peşə biliyinin əsasında müəllimin pedaqoji şüuru, onun pedaqoji fəaliyyətinin və davranışının əsasını təşkil edən prinsiplər, qaydalar formalaşır. Bunları da müəllim öz təcrübəsi əsasında əsasında qurur. Lakin onu dərk etmək, onun qanunauyğunluqlarını görmək isə yalnız elmi biliklərin köməyi ilə mümkündür.

3. Müəllimin pedaqoji qabiliyyətləri. Bu pedaqoji ustalığın mayasıdır və onun əsasında təkmilləşir, inkişaf edir. Müəllimin ən başlıca qabiliyyəti onun bütün digər qabiliyyətlərini birləşdirən əsas obyektə, formalaşan şəxsiyyətə qarşı olan həssaslığıdır. Qalan qabiliyyətlər bunlardır: didaktik, akademik, konstruktivlik, qnostik-idraki.

4. Pedaqoji texnika. Bu pedaqoji fəaliyyətin quruluşunu ahəngdar edən bütün təsir vasitələrinin kompleksidir. Bu elementlər bir-biri ilə sıx bağlıdır və bir-birinə təsir göstərirlər.

About these ads
 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

 
İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 35 izləyiciyə qoşulun