antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Molla Nasrəddin Mart 27, 2012

Filed under: VJ (Vətandaş Jurnalistikası) — nerminantifenu @ 10:19 səhər

Molla Nəsrəddin — Azərbaycan dilində satirik, populyar jurnal. İlk sayı 1906-cı il aprelin 7-də (köhnə təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb.

“Molla Nəsrəddin”in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

“Molla Nəsrəddin” Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şimmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.

Molla Nəsrəddin jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsraddin onları oyatmağa çalışır. Sayın ikinci səhifəsini “Sizi deyib gəlmişəm” məqaləsi bəzəyir. Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü “Dəllək” hekayəsi,”Lisan” bəlası felyetonu və dörd karikatura çap olunmuşdur.

Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir gostərmişdir.

http://az.wikipedia.org/wiki/Molla_N%C9%99sr%C9%99ddin_%28jurnal%29

 

One Response to “Molla Nasrəddin”

  1. biazb Says:

    Dəqiq yadımda olmasa da, çox sevdiyim kəlamlar:

    Kim ki, bilmir ki, bilmir, uzaqlaş ondan!
    Kim ki, bilir ki, bilmir, öyrət onu.
    Kim ki, bilmir ki, bilir, o yatıb, oyat onu.
    Kim ki, bilir ki, bilir, o Müəllimdir, öyrən ondan!

    Hər birimiz bildiklərimizi öyrətməli, bilmədiklərimizi öyrənməliyik. Dinimiz də bunu tövsiyyə edir, vacib hesab edir. XXI əsrin əsas xüsusiyyətləri-informasiya bolluğu, vaxt azlığı, sürətlə dəyişən həyat tərzi, elm-texnikanın, İKT-nin sürətli inkişafı,… fasiləsiz, ömürboyu təhsili zəruri edir!


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma