antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Həqiqət… Aprel 29, 2012

Filed under: İstedadların əl işləri — antifenu @ 2:01 axşam

Reallıqlar deyirik, yəni həqiqət, həqiqət belə dəyişkəndir, nisbidir. Bəli, Bizim kimi. Biz də atdığımız hər addımda dəyişirik. Artıq əvvəlki İnsan deyilik. Bəziləri üçün bu böyüməkdi, böyüməksə Ağıllılaşmaqdı. Deyə bilmərəm ki, hər böyüyən ağıllı İnsana doğru istiqamətlənir. Əslində belə olsa İdeallıq anlayışı təsdiqlənərdi. Bilirik ki, İdeal real ola bilməz. Nəysə, heç ideal olmaq da yaxşı deyil, monotonluq üçün gəlməmişik axı. Baxışlarımız ritmlərlə dəyişir. Xarakterimiz, temperamentimiz, xasiyyətimiz, hətta Ağ lövhə adlandııran C.Lokk belə nə qədər inanmışdı həqiqətdə buna. Baxırıq, amma hər birimizin gördüklərimiz fərqlidi. Bəs nəyə görə? Çünki İnsan çox zaman görmək istədiyini görür deyirlər. Amma həmişə yox. Baxıb gördüklərimiz nəinki Bizdən, həm də ətrafımızdakı amıllərdən bir başa aslıdır. İlk şəkilə diqqətlə baxaq. Fərqli illər, fərqli yanaşmalar. Buna bənzər sonsuz səbəblər ola bilər. Dinimiz, milliyətimiz, təhsilimiz, bacarığımız və s. Yaxşı bəs onda həqiqət necə? Hə “Ağır söhbət”di. Əlverişli və əlverişsiz həqiqətlər, qisa və uzun müddətli, yararlı və yararsız… Əslində, kateqoriaların sayını artırmaq olar.
Onda yenə şəklə diqqət. Həqiqətlər də belədi. Həmin anda ölçüdə ağır gələn həqiqətlər. Bəlkə də sabah, bəlkə də 5 dəqiqə sonra heç də həqiqət deyil. Amma həqiqətdi… Məhz indi həqiqətdi. Elə bilirsiz Hamının tərəzisi düz işləyir? İdeallıq yenə də. İdeal deyilik axı. Deməli, mütləq ki, hardasa Bizim də tərəzimiz düz işləməyəcək, bəlkə də artıq o səhvi etmişik. Amma heç görməmişik belə. O vaxt düz idi bəlkə də… Həqiqət idi məhz. Tərəzimizdə ağır gələn həqiqət idi. Hansı çəkidə ağır gəlib? Bəlkə də 1 faiz nisbətiylə, bəlkə Kiminsə sözü ilə, bəlkə səhvən, bəlkə də sadəcə maraq, kim bilir ki. Baxaq elmdə həqiqət nədir. Həqiqət — çoxmənalı mübtəda. Bir çox mürəkkəb terminlərin tərkib hissəsi. ” Həqiqət ” özü ayrıca termin kimi istifadə edilmir. Ancaq bununla belə, o bəzi terminlərin sinonimi kimi istifadə edilir. Onun çoxmənalılığı aşağıdakı anlamlarda görünür:
Həqiqət – reallığın subyektiv dərk edilməsi ;
Həqiqət — Ədalət termininin sinonimi. Ani düşüncədə ” həqiqət ” subyektin hərəkətinə haqq qazandırır.
Həqiqət — Düzgünlük termininin cinonimi.
Həqiqət — Həqiqətə uyğun gələn hər şey.
Həqiqət nədir?! Hələ də aydın deyil?! Həqiqət Bizim seçimimizdi. Ətrafımızdan asılı, amma son sözü Bizə aid olan, sərhədlərlə əhatələnmiş amma Bizdə başlayan və sonlanan, Bizə aid olduğu kimi Digərlərini də əlaqələndirən, Bəlkə də heç kəsin olmayan sadəcə bir sözdü. Addımlayaraq öyrəndiyimiz, görmədiyimiz, heç rastlaşmadığımız amma o qədər yaxın bir söz.

Həqiqət Bizim Seçimimizdi… Həqiqət ən zəruri “Yalandır”…

By Ulviyya Agayeva “HeçKim”

 

One Response to “Həqiqət…”


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma