antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

ƏN , ƏN, ƏN!… May 14, 2012

Filed under: İstedadların əl işləri — biazb @ 3:03 axşam
ƏN , ƏN, ƏN!!!
BİTKİLƏR  ALƏMİ
(Nərmin  qızımızın  topladığı  materiallardan  bir  hissə)
1. Ən uzun kök –Cənubi Amerika Fikusuna məxsusdur. Onun uzunluğu 120 metrə çatırmış.
* * *
 2. Ən iri bitki—ABŞ-ın Kaliforniya ştatındakı “GENERAL ŞERMAN” adlı nəhəng Sekvoyadır. Onun hündürlüyü 83 metr, diametri 24,1 metrdir. Onun oduncağından 5mlrd. kibrit dənəsi hazırlamaq və 40 ədəd birmərtəbəli ev tikmək olar.
  * * *
3.Ən nadir çiçək açan bitki—And dağlarında bitən “PUYYA RAYMONDİ” bitkisidir. O, 150 yaşına çatmamış çiçək açmır. Qəribəsi ondadır ki, çiçək açdıqdan az sonra məhv olur.
* * *
 4.Ən iri su bitkisi—Amazonun nəhəng su zanbağı olan “VİKTORİYA” nəhəng su bitkilərinin şahı sayılır. Onun yarpaqlarının diametri 2 metrə çatır. O, yarpaqları üzərində uşağı da saxlaya bilər.
* * *
5. Ən iri yarpaqlar—Bu ağac “RAFİYA” xurmasıdır. Onun yarpaqları 20 metr böyüklüyündə olur.
 6. Ən xırda çiçəkli bitki—”VOLFFİA ARRXİZA RYASKA”-dır. Onun yarpaqlarının ölçüləri 0,65-1,2 mm-ə çatır. Sizin dırnağınızın üstündə 25 belə yarpaq yerləşdirmək olar.
* * *
7.Ən böyük qızılgül—ABŞ-ın Arizona ştatındakı qızılgül ağacının hündürlüyü 2,74 metr, diametri 101 sm, sahəsi 499 m çatır. 68 dayağı olan bu ağacın çətirinin altında 150 adam dayana bilər.
* * *
 8.Ən dözümlü toxum—Kanadanın donuşluq torpaqlarında tapılmış “ARKTİKA ACI PAXLASI”-dır. 10-15 min il donuşluq torpaqlarda qalmasına baxmayaraq bu toxum cücərmiş, həm də çiçək açmışdır.
* * *
 9.Ən uzunömürlü bitki –Antraktida şibyəsi hesab olunur. Onun yaşı hesablamalara görə 10 min ildən çoxdur. Alyaskanın bəzi şibyələri 9000 il yaşayır və 100 il ərzində cəmi 3,4 mm boy atır.
* * *
 10.Ən çox sıxlığa malik olan ağac—Suda batan yeganə ağac doğma vətənimiz Azərbaycanın florası üçün səciyyəvi olan “DƏMİRAĞAC”-dır. Dəmirağac III dövrün relikt bitkilərinə aid edilir. Bu bitkinin məskəni Azərbaycanın Talış dağlarıdır.
 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma