antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Muğamlarımız İyun 10, 2012

Filed under: Muğamatım, ecazkarım, sirli dünyam! — biazb @ 5:45 axşam

Muğamlarımız

Azərbaycan muğamlarının bütün zənginliyi xalqımızın çoxəsrlik təfəkkür ənənələrindən və özünəməxsusu dünyaduyumundan irəli gəlir. Muğam sənətinin məqsəd və vəzifələri yalnız və yalnız gözəl şəxsiyyət və kamli mənəviyyat  tərbiyyəsindən ibarətdir.
Muğamlarda kamil mənəviyyatın 3 əsas prinsipi öz əksini tapmışdır:
Xeyirxahlıq, gözəllik və həqiqət. Yəgin, elə buna görə də muğamı elə adamlar yaratmışlar ki, özlərində musiqi aləminin mahiyyət və formasını qovuşdurmaq iqditarında olmuşlar. Çünki muğamlardakı “mən” bütün canlılar və cansızlar tərəfindən anlaşıla və mənimsənilə bilər. Bu da ondan əmələ gəlir ki, muğam yaradıcıları olumla ölümün həyatda, mövcudsuzluğun bütün sirlərinə vaqif olmuş, dünyanın mütləq dərkinə və hətta qeyri – mümkün olanın da yaradılmasına cəhd gösərmişlər.
Şərqin müxtəlif fəlsəfi və estetik fikir cərəyanlarının nümyəndələri Şeyx Sadəddin Həməvi, əl – Buni, Əhməd ibn Əbubəkr ibn ər – Rəddad ət Teymi və başqaları muğamların fəlsəfi anlamına böyük əhəmiyyət vermişlər. Onlar muğamı incələməklə belə bir nəticəyə gəlmişlər ki, muğam, yaxud onların sevimli istilahı ilə söyləsək, “ləhn” əbədi rahatlıq aləminə aparan yollardan biridir. Və bu yol qeyri – adi, impulsiv bir yoldur.  Bu yol mütləq həqiqətə ekstatik məhəbbət yoludur.
Şərq dünyagörüşünə  görə,  muğam – Allahdan , ilahidən gələn bir musiqidir. Onun müalicəvi əhəmiyyəti də elə bununla şərtlənir.  Muğamların yardımı ilə könlü sağaltmaq, ruhu möhkəmləndirmək, hətta qanı təmizləmək də olar. Misal üçün əl – Fərabinin, İbn Sinanın, “İhvan əs – Səfa” mütəfəkkirlərinin və bir çox başqa Şərq filosoflarının fikrincə, muğam insana terapevtik və magik təsiri olan musiqi hesab edilirdi.
Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin, Əttarın, Seyid Əzim Şirvaninin, Bahar Şirvaninin və başqa mütəfəkkirlərimizin poeziyasında muğamların  mahiyyətini fəlsəfi cəhətdən izah etmək cəhdləri özünü göstərir. Bizdə poezya ilə musiqinin sıx əlaqəsi yəqin ki, eyni zamanda bununla da şərtlənir.

Azərbaycan muğamlarının özünəməxsusluğu onların arxaik sturukturunun tamamilə qorunub saxlanılmasında üzə çıxır. Misal üçün bu cəhətdən “Mahur” və “Rast” kimi qədim muğamlarımızın heyrətamiz bir şəkildə saf oldığını qeyd etməmək mümkün deyil.    Azərbaycan muğamları yığcam, lakonikdir, onların melodikliyi, sturukturun sadəliyi və dərinliyi ilə seçilir. Onlarda olumla ölümün, varlıqla yoxluğun vəhdəti kamil  bir dərəcədədir.
Bizim hər bir muğamımız  özündə panteist vəhdəti musiqi obrazları ilə əks etdirir. Muğam – insanın kainatla,  təbiətlə, bütün görünən və görünməyən aləmlə ruhi – mənəvi harmoniyasıdır. Əlbəttə ki, muğamların formasını göstərən qısa xarakteristika da bunu göstərir.

“İstedad” jurnalı, N_1, 1992
M.Qasımova (qısaldılmış variantı)

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma