antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Azərbaycan təhsilinin beynəlxalq əlaqələri İyun 20, 2012

Filed under: Təhsillə bağlı qanunlar, proqramlar — antifenu @ 6:06 axşam

Azərbaycan təhsilinin beynəlxalq əlaqələrini tənzimləmək və daha da inkişaf etdirmək üçün lazımi hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikası artıq ali təhsil sahəsində təhsil sənədlərinin və elmi dərəcələrin tanınması ilə bağlı aşağıdakı beynəlxalq konvensiyalara qoşulmuşdur:

Avropa regionu dövlətlərində ali tədris kurslarının, ali təhsil diplomlarının və elmi dərəcələrin tanınması haqqında YUNESKO-nun 1979-cu il Paris Konvensiyası;

Asiya və Sakit Okean ölkələrində tədris kurslarının, ali təhsil sahəsində diplomların və elmi dərəcələrin tanınması haqqında YUNESKO-nun 1983-cü il Banqkok Regional Konvensiyası;

Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında 1997-ci il Lissabon Konvensiyası.

Təhsil Nazirliyi tərəfindən hazırda bir sıra beynəlxalq təşkilatlarla birgə layihə və proqramlar həyata keçirilir və gələcəkdə də davam etdiriləcəkdir:

“MDB ölkələri ilə ABŞ-ın qardaşlaşmış məktəblər” layihəsi;

Azərbaycanda peşə təhsilinin inkişafı sahəsində Avropa Təhsil Fondunun Təhsil Nazirliyi ilə birgə layihəsi;

Azərbaycanın təhsil müəssisələrində ingilis dilinin tədrisi metodikasının təkmilləşdirilməsi üzrə Britaniya Şurasının Təhsil Nazirliyi ilə birgə proqramı;

Avropa Şurası ilə “Tbilisi təşəbbüsü” birgə regional layihəsi;

Avropa Şurası ilə “Demokratik vətəndaşlıq üzrə təhsil” mövzusunda birgə Regional Layihə;

Avropa Şurası ilə “Milli azlıqların təhsili sahəsində siyasət” birgə layihəsi;

ABŞ-ın Montana Dövlət Universiteti və Təhsil Nazirliyi ilə Azərbaycan təhsil sistemində demokratiyanın əsasları və vətəndaşşünaslığın tədrisi sahəsində yüksək hazırlıqlı kadrların, tədris proqramı və dərs vəsaitinin hazırlanması üzrə birgə layihə;

ABŞ-ın ACCELS təşkilatı ilə birgə layihə;

ABŞ-ın İREX şirkəti ilə əməkdaşlıq proqramı;

ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Proyekt Harmoniya” proqramı;

Almaniya Akademik Mübadilə Xidməti – DAAD ilə birgə proqram;

Təhsil Nazirliyi, UNİSEF və “Dünyaya baxış” təşkilatının xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı təlimi üzrə birgə layihəsi;

Xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı təlimi üzrə UNESKO-nun Təhsil Nazirliyi ilə birgə layihəsi.

http://az.wikipedia.org/wiki/T%C9%99hsil_Nazirliyi

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma