antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Arzular, məsləhətlər… İyul 6, 2012

Filed under: İstedadların əl işləri — biazb @ 5:16 axşam
Arzular, məsləhətlər…
Bu günlərdə anadan olan hər kəsi, o cümlədən qizlarımızı təbrik edir, onlara ən xoş arzularımızı çatdırırıq!
Yuxu və sabah xəyaldır. Yuxunu xoşbəxt, xəyalı ümidli edən bu gündür. Nəyi arzu edirsinizsə, sabahlar onları Sizə bəxş etsin!
Ad gününüz mübarək!
Qızlara arzularımız:
Hər ötən il yaddaşımıza bir iz salır. İllər keçdikcə bu izlərin bəziləri unudulur, bəziləri isə ömürlük həkk olunur, bizə sevinc və ya kədər gətirir. Kədər gətirən illərimizi Allah Taala az etsin. Harda olursunuz olun, elə işləyin, elə oxuyun, elə yaşayın ki, başqa bir yerə gedəndə, yeriniz görünsün, onda sizi sevəcəklər, axtaracaqlar!
Hər birimizin içində bir uşaq yaşayır (“Mən”də bir “mən” də var, “mən”dən savayı), illər keçdikcə o uşaq böyüyür, bəzən isə yox olur. O uşağı qoruyun! Bu “balaca”, sizə həmişə kömək ola bilər!
“Şəhərində” bir Qala tik, onu hündür təpədə tik, gələnlər “kod”la daxil olsunlar.
 Onu güllərlə bəzə, amma içəridən, qonaqlar üçün.
Qalanı tikanlarla ört, gözlənilməyən qonaqlara batsın, amma qanatmasın.
Şəhərin ərazisi elə böyük olsun ki, ürəyi istəyən gələ bilsin
Gələnlərə öz çadırlarını qurmağa icazə ver, ev tikməyə isə, qoyma.
 4 fəsil olsun, amma sən istəyəndə yox, olmalı olduqları vaxtda
 Günəş olsun, həmişə yox, qoy bəzən gecə də olsun,
Gecə sənə ulduzları görməyə imkan verəcək.
Qoy yağış olsun, su sənə saflığı öyrədəcək.
Qar olsun ki, şəhərin balacaları sevinsin,
Ən əsası isə, hər birimizin içindəki uşaq
Həmişə gülmə, bəzən ağla ki, göz yaşı gələndə ölmə.
 Həmişə sevmə, sevil ki, hətta sevilməyəndə də, yaşamağı öyrən.
Hamıyla danış, amma təkcə qaladakıları eşit.
 Hamıya bax, amma istədiklərini gör.
Hər şeyi bil, amma götürmək istədiklərini ver.
Hər şeyi sev, amma hamıdan çox özünü sev!
Çünki, Biz tək gəlib, tək gedirik!
Təkləri say, cütlərdən uzaq qacma!
 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma