antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

İtirilmish resurs! İyul 30, 2012

Filed under: Maraqlıdı?! Onda Oxu :) — biazb @ 2:56 axşam

İtirilmish resurs! 

İstehlak və tullantılar
İndiki zamanda enerji və materialların istehlakına artan tələbat böyük miqdarda tullantıların əmələ gəlməsinə səbəb olur ki, bunun da nəticələri havanın, suyun və torpağın çirklənməsində və s. Özünü büruzə verir. Bütün bunlar ətraf mühit üçün ciddi təhlükə törədir.
Müasir cəmiyyətdə əmələ gələn tullantıların 80%-i kənd təsərrüfatının, faydalı qazıntılar çıxaran və onu emal edən müəssisələrin, energetika və nəqliyyatın payına düşür. Qalan 20 % məişət tullantılarının p düşür.

Tərkibində təhlükəli maddələr olan, tez-tez istifadə olunan materiallar

1. Müxtəlif toxuculuq məmulatlarının tərkibində ağır metallar ola bilər.
2. Bir çox rəng və boyaların tərkibində ağır metallar, piqmentlər, həlledicilər və üzvi maddələr olur.
3. Dəri məmulatlarının tərkibində ağır metallar ola bilər.
4. Bəzi tibbi məhsulların tərkibində üzvi həlledicilər, eləcə də ağır metalların minimal miqdarı olur.
5. Bəzi plastmasların tərkibində xlorüzvi və fosforüzvi birləşmələr olur.
6. Batareyaların tərkibində ağır metallar olur.
7. Metallardan hazırlanan bir çox məmulatların tərkibində ağır metallar, yağlar və fenollar vardır.
8. Benzin və başqa neft məhsullarının tərkibində yağ, fenol və başqa üzvi birləşmələr, ağır metallar, ammonyak və turşular olur.
9. Pestisidlərin əksəriyyətinin tərkibində xlorüzvi və fosforüzvi birləşmələr olur.
“Tullantı” nədir?
Nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunmayan, yaxud digər proseslərin nəticəsində meydana çıxan gərəksiz materiallardır.
Ətraf mühitə təsirinə görə təhlükəli və təhlükəsiz olaraq ikiyə ayrılır.
Təhlükəli tullantılar: Yağlar, batareyalar, işlənmiş boyalar, kimyəvi maddələr, onların qabları və qalıqları, tibbi tullantılar və s.
Təhlükəsiz tullantılar: Metal, taxta, kağız, plastik, şüşə, qida qalıqları və s.
Qeyd: Düzgün saxlanılmadığı, emal olunmadığı hallarda təhlükəsiz tullantılar da sağlamlıq üçün təhlükəli ola bilir – sahilyanı ərazilərdə və uşaqların oyun meydançalarında metal və ya şüşə qalıqlarından, mismarlı taxta parçalarından xəsarət alma hallarını xatırlayın.
Yadda saxlayaq!
Tullantı həmişə istehsalın və istehlakın labüd nəticəsi deyildir.
TULLANTI – İTİRİLMİŞ RESURSDUR!
Müəssisədə 1 ton tullantı kağızın yenidən istehsalı:
• 17 ədəd yetişmiş şam ağacının kəsilməsinin,
• 36 ton CO2 qazının atmosferə atılmasının,
• 4100 kWh elektrik enerjisi sərfinin,
• 267 kg kirlədici qazın atmosferə buraxılmasının,
• 1750 litr yanacaq neftinin sərf olunmasının,
• 3-4 m3 depolama ərazisindən istifadənin,
• 85 m2 meşə ərazisinin məhv olmasının,
• 38,8 ton suyun sərf olunmasının qarşısını alacaq.
Ümumiləşdirsək, kağızın təkrar emalı nəticəsində:
• Təbii ehtiyatlar qorunacaq;
• Enerji sərfiyyatı azalacaq;
• Tullantıların miqdarı azalacaq;
• Ölkə iqtisadiyyatı güclənəcəkdir.
 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma