antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Muğamatım, ecazkarım, sirli dünyam! Avqust 9, 2012

Filed under: Muğamatım, ecazkarım, sirli dünyam! — biazb @ 5:38 axşam
Muğamatım, ecazkarım, sirli dünyam!
Çoxdur elin var dövləti, tükənməyən bol sərvəti
Aqil, adil babaların şirin, şəkər söz-söhbəti.
Bu söhbətlər yaşadıbdır musiqiyə el hörməti
Nənələrim beşik üstə gətiriblər bu həyata
Sadiq olaq biz bu ada, səcdə edək muğamata!

Musiqiylə, muğamatla qoruyublar bu torpağı,
Cəngi ilə nərə çəkib titrədiblər daşı, dağı.
Musiqinin ecazından çəkinibdir düşmən, yağı,
Nərələr də, haraylar da silah olub bu elata,
Sadiq olaq biz bu ada, səcdə edək muğamata!
Muğamatda əks olunur elin bütün dərdi, səri,
Gör haradan yola düşüb, gəlib çıxıb üzü bəri.
Gah ağladır, gah güldürür, o seçməyir bir nəfəri,
Elim durub keşiyində, qoymayıbdır itə-bata,
Sadiq olaq biz bu ada, səcdə edək muğamata!
Məhəbbətdən, sədaqətdən yoğrulubdur Şahnazla Şur,
Mərdanəlik, gümrahlıqdır dadlı-duzlu Rastla Mahur.
Zəminxarə göylərdədir, ibadətə əzan edir,
Humayunla Şüştər gəlir dərin qəmə bata-bata,
Sadiq olaq biz bu ada, səcdə edək muğamata!
Köləliklə, itaətlə barışmayıb elim mənim,
Çahargahla üsyan edib, hey çağlayıb selim mənim,
Qatar verib cəsarəti, əyilməyib belim mənim.
Mənsuriyyə igidləri bir sıraya qata-qata,
Sadiq olaq biz bu ada, səcdə edək muğamata!
Çətin gündə, dar ayaqda dada yetib Zabul, Segah,
Ümid, arzu işığıdır elim üçün neydə dügah,
Bayatı-Kürd, Şiraz, Qacar eşitsəydi bunu hərgah,
Qəm-qüssəni, ah-naləni bir kənara ata-ata
Sadiq olaq biz bu ada, səcdə edək muğamata!
Rahab adlı gəlinimiz məhəbbətdən don geyibdir,
Kürdi-Şahnaz, Simayi-Şəms, Arazbari məst edibdir,
Heyratı da bu dünyadan Cabbar ilə bir gedibdir
Dəşti ilə balasını əzizləyir ana-ata,
Sadiq olaq biz bu ada, səcdə edək muğamata!
Leyli-Məcnun, Şah İsmayıl, Əsli-Kərəm operamız,
Kürd Ovşarı, Rastla Şurum ürək açan simfoniyamız,
Karvan gəlir ağır-ağır, təzim edir el-obamız,
Koroğludur hərə çəkir, haray salır minib ata
Sadiq olaq biz bu ada, səcdə edək muğamata!
Anam layla çalan zaman tez qaçıbdı muğamata,
Atam əzan verən zaman əl açıbdır muğamata,
Bu şeriylə Mustafa da nur saçıbdı muğamata
Qoy balalar tez böyüsün, qovuşsunlar muğamata,
Sadiq olaq biz bu ada, səcdə edək muğamata!
Mustafa Camal
 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma