antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Muğamlar Avqust 17, 2012

Filed under: Muğamatım, ecazkarım, sirli dünyam! — biazb @ 5:43 axşam
Muğamlar

 

Mahur muğamı : Strukturuna və melodik quruluşuna görə ən qədim muğamlardandır. Burada konkret insan həyatı ümumbəşəri mütləq başlanğıcla vəhdətlə götürülür. Bu insan şəxsiyyətini mütləq başlanğıcla ümumbəşəri sevgini və inamın daşıyıcısı kimi təsbit edən bir eşqin vəhdətidir. Burada söhbət sırf fərdi arzulardan, kiçicik bir “mən” in hissiyatından, öz şəxsi məqasədlərinə çatmaq üçün səylərindən gedə bilməz. Muğamı bütün şöbələrində fərdin ruhi səyləri bəşəri şəxsiyyət və mütləq mədəniyyət səviyyəsində ümumləşdirilir.
Nəva. Bu muğam, əslində, meydana çıxmanın və dünyadan getmənin (doğulmanın və ölümün) səbəblərini axtaran vahid insan səsinin musiqili melodiyasıdır. Bu ruhaniliyə, mənəviyyata, özünü dərkə çağırış nidasıdır. İnsanlar nəsil-nəsil bir- birini əvəz edir, ali başlanğıca və kamil mənəviyyata çağıran bu nida isə dünyanın özü kimi əbədidir. Insanın ruhən dəyişməsi onun bu musiqili çağırışından başlayır.
Duğah özünü axtaran insanın dərin kədərlərə çulğaşmış qəmi-qüssəsidir. Elə bu tənhalığın içində mənəvi ucalıq və ruhi əzəmət üçün bitib- tükənməz bir nəfəs var. Sakit məhrəm melodiyalarla verilən bu musiqili durum günəşin qüruba getməsini və sirli əzəmətli bir gecənin yaxınlaşmasını xatırladiır. Öz-özü ilə baş-başa qalan insan sükuta və dərin düşüncəyə qərq olur. Biliklərin zəngin xəzinəsinə necə yol taparsan, cahilikdən yaxanı necə qurtararsan?
Şur– insanın öz-özünü həqiqət kimi tanımasının böyük sevinci və təntənəsidfir. Bu, musiqi dilində ifa olunan ilahi vəcd hadisəsidir.
Segah– ilahi eşqin tərənnümüdür. Bu muğamda ruhi əzablara insanın daimi canatımı ifadə edilir.
Rast-öz ruhi qüvvəsinin dərkindən və insanın özünü mütləq şəxsiyyət kimi anlaya bilməsindən doğan təntənədir. Rast həmdə elə bir əqidənin daşıyıcısıdır ki, mütləq rahatlığın tapılması ölçməzliyə, insanın xeyirxah başlanğıcına inam doğurur. Bu təntənə insan şəxsiyyətinə əxlaqi əzəmətindən yaranır. Bu mənada Rast həm də həqiqəti görən və dərk eləyən insanın hekayətidir.
Rahab-özünədalmadır, fərdi təşəbbüskarlığını və mənəvi kamilləşmənin boy göstərməsidir. Rahab həqiqətə, gözəlliyə və xeyirxahlığa aparan yoldur. Elə buna görə də muğamda kəskin təzadlar yox dərəcəsindədir, musiqi dərin bir sükutu və rahatlığı əks etdirir.
Cahargah-insanın özü, öz fərdiyyəti üzərində qələbədir. Bu, elə bir vəziyyəti əks etdirir ki, burada insan qəmsizdir, əzabsızdır, arzusuz —- niyyətsizdir, bir sözlə bütün hissi ehtiraslardan tam azaddır.
Əraq— qəhrəmanlıq muğamıdır, həyat və ölüm qarşısında qorxmazlıqdır. Bu insanın bütün daxili qorxulardan təmizlənməsi, bütün maneələri dəf edib, həqiqətə çatmasıdır.
Humayun— ölməzliyə və azadlığə çevrilərək  muğamda insanın varlığı və fərdi ” mən” i mütləqə qayıdır. Bu, nurlanma vəziyyətindədir ki, inamın və bilginin vəhdəti kimi tərənnüm olunan ruhi azadlıqdan doğur.
Bayatı-Qaçar– mərhəmətdir, ilahinin iradəsinə uyğun şəkildə xeyirxahlıq göstərməkdir. Bu mərhələdə Insan dupduru bir idrak sahibinə çevrilərək öz kamilliyini dərk edir.
Bayatı-İsfahanda — insanın elə bir mənəvi vəziyyəti əks olunur ki, burada o, xeyir barədə bilgi qazanır. Muğamda müxtəlif musiqi variasiyaları vasitəsilə ” xeyirxahlıq- insan həyatının başlıca qayəsidir”, – fikri təsdiq olunur.
Aydın görünür ki, muğamları anlamağın yolu, bu sirli xəzinənin açarı zəngin Şərq dünyagörüşünə sahib olmaqdır. Azərbaycan xalqı isə zaman – zaman bu açarı ən qiymətli bir irs kimi nəsildən-nəsilə ötürüb.
 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma