antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Olmayanlar və seçimlər… Avqust 27, 2012

Filed under: İstedadların əl işləri — antifenu @ 5:19 axşam
Tags: , , , ,

Yaşayırıq, yaşamırıq yəni?! Necəsi isə artıq Bizim seçimimizdir. Seçim sözü dəyərli hesab olunmalıdı, seçim varsa deməli “iplər” Bizim əlimizdədi. “İplərin sayı” qədər təsir edə bilərik, yəni iplər nə qədər çoxdursa nəticə bir o qədər Bizim istədiyimiz nəticəyə yaxın olacaq. Bizim də payımız varsa, Biz Bizim var olduğumuzu, səsimizin var olduğunu təsdiqləyiriq. Seçim yoxsa?! Deməli təsəvvür edek. Biz ancaq Bizə veriləni reallaşdırırıq. Yəni seçim adlanan o alternativ əslində Bizlə reallaşır. Olmayan seçim Bizim ətrafımızda “yoxluğumuza” səbəb olur, ancaq verilənlər reallaşır. Bizim nə yanaşmamız, nə də baxışımız var. Seçim yoxsa Biz yoxuq…

Bəzən seçimlər fərqli olur, düz, səhf, təcili, uzun uzadı, gecikmiş hətta… Öyrənirik, yenə də öyrənirik. Bilinən bir ifadə:

Insanlar 3 qrupa bölünür: Alimlər, Insanlar, Axsaxlar. Alimlər ixtiraçılar, Insanlar reallaşdıranlar, Axsaxlar ancaq dəyənəklə gəzənlər. Bu ifade məcazidi, real misalda araşdıraq. Ixtiraçılar navatordu, bazaya əsaslanan yenilikçilər, Reallaşdıranlar öz yanaşmasını qoyub dəyişdirənlər, dəyənəkçilər “sallananlar”, söykənənlər… Əslində bu qrup təqribi bölünmədi, hər qrupda olduğu kimi, qruplar isə sayca çoxdu. Hansı qrupa daxil olduğunuz məhz Sizin Özünüzü necə tanımağınızdan aslıdır.

Bəs Özümüzü tanımaqdakı əsas nüans nədi? Psixoloji testlər, müxtəlif situasilarda mövcüd hərəkətlərimiz, rütin həyatımız, danışdıqlarımız, düşündüklərimiz hətta baxıb nə gördüyümüz… Həqiqət yazımdan baxdıqlarımız və gördüklərimiz arasindakı anlayış olan reallığı yəni həqiqətdən artıq məlumdur ki, reallıq baxdıqlarımızla gördüklərimiz arasında beynimizin anlamaq istədiyidi. Istədiklərimizdi yəni, Bizim seçimiz, yenə də seçim. Bəs nəyə əsaslanaraq? Situasiyadan nəticələnən doğrulara hətta bəzən olmayan doğrulara.  Doğrular dəyişir,  situasiyadan asılı olaraq tam olaraq həqiqət kimi. Amma doğrunu doğru olub olmadığını anlamaq üçün mütləq ki nəticə lazım.. Yəni həqiqətdən fərqli olar nəticə də müzakirə olunur doğru. Bəzən isə olmayan doğrulara əsaslanırıq, yaradırıq, əlaqələndiririq, amma nəticələr necə ancaq Bizim seçimizə əsaslanır?! Bəzi sualları ancaq Özümüz cavablandıra bilərik. Olmayan doğrular Olmayan həqiqətlər kimidi. Nəyəsə görə yaşadılan, yaşadılmağa çalışan doğrulardı.

Olmayanlar və seçimlər əlimizdəki iplərdən aslıdı, təbii Biz istəyiriksə. Istək isə həmin anda nə qazana biləcəyimizin dəstəkçisidir.

By Ulviyya Agayeva “HeçKim”

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma