antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Elmi xidmətlər bazarının təşkili və idarə edilməsi problemləri Sentyabr 7, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 10:40 səhər

Elmi xidmətlər bazarının təşkili və idarə edilməsi problemləri bütün ölkələrdə olduğu kimi Azərbaycan Respublikasından yan keçməyib. Burda əsas məqam bu sektorda alt bazanın yenilənməsidir. Belə ki, həm obyektlər, müəssisə, təşkilat və s., həm də insan kapitalı yönümündən kifayət qədər problem var.

Elmi xidmətlər bazarın təşkilində əsas problemlər sırasına aşağıdakılar aiddir:

  • Obyektlərin ya istifadəyə yarasızlığı, ya da ümumən movcudsuzluğu;
  • Potensial bazalı mütəxəssis azllığı;
  • İnkişaf problemi – innvator problemi;
  • Mütəxəssislərin yenidən hazırlanması problemi;
  • İxtisaslı menecer çatışmazlığı;
  • Xarici təcrübənin tətbiqində sürət zəifliyi;
  • Alt baza boşluqları və s.

Bəndlərdən də aydın olduğu kimi, problem daha çox yenilikçilik, xarici təcrübə, alt baza və insan resusrlarında birləşir. Qeyd olunanlar əsas 4 məqam olmaqla problemin özəyini  təşkil edirlər.

Eyni zamanda sırf istiqamətlər üzrə problemə nəzər yetirə bilərik. Məsələn, elmi-texniki xidmətlər üzrə araşdıraq.

2012-ci ilin əvvəlinə olan məlumata əsasən Azərbaycanda müxtəlif elmi-texniki xidmətlər həyata keçirən 145 elmi təşkilat və müəssisə fəaliyyət göstərir. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu elm ocaqlarında 18 minə yaxın mütəxəssis çalışır və onların 61,6 faizi tədqiqatçıdır. Mütəxəssislərin hər dörd nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi var

Ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində ştatda olmasalar da, onların yarıdan çoxu elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir. Bu ilin əvvəlinə olan məlumata görə, Milli Elmlər Akademiyasının 56 akademiki və 107 müxbir üzvü var.

Ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilir və ölkə prezidenti tərəfindən “Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” uğurla həyata keçirilir.

                     Elmi-texniki məhsullar bazarının fəaliyyəti özünü aqrar ba­za­rda əhəmiyyətli şəkildə göstərir. Belə ki, aqrar bazar sis­te­minin tər­­kib his­səsi olan maddi-texniki resurslar bazarında tək­lif olunan əmtəə­lər məhz elmi-texniki nailiyyətlərin məhsu­lu­dur. Kənd tə­sər­rüfatı ba­za­­rı­nın zəruri əmtəələrlə səmərəli şəkildə təmin olun­ma­sı isə el­mi-tex­ni­ki yeniliklərdən asılı olaraq reallaşır.

                     Elmi-texniki məhsullar bazarını maddi-texniki resurslar baza­rından fərqləndirən əsas xüsusiyyət məhz yeni texnika və texno­lo­giyaların, material vasitələrinin, konkret olaraq əsas və dövriyyə və­sait­lərinin satışının həyata keçirilməsi ilə bağlıdır. Deməli bu ba­zar növünün fəaliyyəti daim elmi-texniki yeniliklər axtarışı ilə bağ­­lıdır. Kənd təsərrüfatı əmtəə istehsalçısı məhz bu baxımdan yük­­sək rəqabət qabiliyyətinə malik ola bi­ləcək əmtəə istehsalına nail ol­maq üçün əsasən elmi-texniki məhsullar bazarının təklifinə üz tutur. Daha doğrusu bu məh­sullara tələb daha çoxdur.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma