antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Kənd və kənd təsərrüfatının sosial inkişafının maliyyə resusrslarının formalaşması Sentyabr 11, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 10:26 səhər

Kənd təsərrüfatı xalq təsərrüfatının başlıca sahəsi kimi, cəmiyyətin həyatında əsas rol oynayır. Kənd təsərrüfatı əhalini ərzaq məhsulları ilə və sənayenin bir sıra sahələrini xammalla təmin edir. Xalq təsərrüfatının bir çox sahələrinin inkişafı müəyyən dərəcədə kənd təsərrüfatının inkişaf səviyyəsindən asılıdır. Yeyinti sənayesi müəssisələrinin xammal-material ehtiyaclarının 80%-i yalnız kənd təsərrüfatı məhsulları hesabına ödənilir. Öz növbəsində kənd təsərrüfatı da  sənaye sahələrindən maşın və mexanizm, neft məhsulları, elekrik enerjisi, mineral kübrələr və s. almaqla istehsal prosesini daha səmərəli təşkil edir və məhsul istehsalını artırır.     Hazırda ölkədə əhalinin xalq istehlakı mallarına tələbatının 3/4 hissəsi kənd təsərrüfatı hesabına ödənilir. Bu da iqtisadiyyatda onun əhəmiyyətini müəyyən edir. Kənd təsərrüfatı məhsulları istehsalı artdıqda əhalinin həyat səviyyəsi yaxşılaşır, yeyinti məhsullarının tərkibində əhəmiyyətli dəyişiklik baş verir. Kənd təsərrüfatının maliyyəsi aşağıdakı funksiyaları yerinə yetirir:

  • Geniş təkrar istehsal prosesində gəlirlərin və pul vəsaiti fondlarının yaradılması;
  • Istehsalın inkişafı, işçilərin maddi stimullaşdırılması, büdcə gəlirlərinin formalaşdırılması və digər məqsədlər üçün gəlirlərin və pul vəsaiti fondlarının bölüşdürülməsi və istifadə edilməsi;
  • Istehsala, istehsal edilən məhsulların bölüşdürülməsi və istifadəsinə manatla nəzarət.

Kənd təsərrüfatı istehsalının texniki-iqtisadi xüsusiyyətləri ilə əlaqədardır. Bu həm də bir sıra təbii və sosial amillərin fəaliyyəti ilə müəyən edilir.

  • Kənd təsərrüfatında torpaq əsas istehsal vasitəsidir, hansı ki, ona amortizasiya hesablanmır və buna uyğun olaraq məhsulların maya dəyərinə daxil edilmir. Eyni zamanda torpağın təbii münbitliyinin müxtəlif səviyyədə olması əmtəə istehsalçılarının differensialaşdırılmış gəlir əldə etməsinə kömək edir (renta).
  • Əsas istehsal fondlarının tərkibinə məhsuldar və iş heyvanları da daxildir, hansı ki, onun bərpası təsərrüfatda cavan heyvanların bəslənilməsi olu ilə  həyata keçirilir. Məhsuldar heyvanlara amortizasiya hesablanmır və onun dəyəri məhsulların maya  dəyərinə  daxil edilmir. Iş heyvanlarına amortizasiya hesablanır.
  • Kənd təsərrüfatının xarakterik xüsusiyyətlərindən biri özünü təkrar istehsaldır.  Əldə edilən məhsulların bir hissəsi satılmır, təkrar istehsal üçün istifadə edilir: cavan heyvanlar, yemlər, üzvü kübrələr. Onlar əmtəəlik məhsulunun tərkibinə daxil olmur və pul formasını almır. Təsərrüfatdaxili dövriyyədə iştirak edir.
  • Heyvanların bəslənilməsi və bitkilərin yetişdirilməsinin təbii prosesləri vəsaitlərin dövriyyəsinin xüsusiyyətlərini müəyyən edir: kənd təsərrüfatı mövsümü isthsal sahəsi olmaqla istehsal dövrü uzun müddət davam edir, vəsaitlərin dövriyyəsi gec başa çatır, dövriyyə prosesində xərclər tədricən artır, məhsulların çıxımı və satışı ilə eyni vaxtda vəsaitlər dövriyyədən azad olur, xərclərlə məhsul çıxımı vaxtında kənarlaşdırmalar olur.
  • Vəsaitlərin dövriyyəsində olan xüsusiyyətlər kənd təsərrüfatı müəssisələrində maliyyənin təşkilinə təsir edir, xalq təsərrüfatının başqa sahələrində olduğu kimi, öz xərclərini gəlirləri ilə ödəyirlər. Lakin il ərzində xərclərlə gəlirlərin əldə edilməsinin arasında mövsümü kənarlaşma əmələ gəlir. Bu da dövriyyə vəsaitlərinin təşkilinə təsir edir, bank kreditin cəlb edilməsini tələb edir.

Kənd təsərrüfatı müəssisələrində maliyyənin vəzifələri mühüm tərkib hissəsidir. Onun əsas məqsədi geniş təkrar istehsal prosesini maliyyə resursları ilə təmin etmək və ayrılan vəsaitlərin düzgün və səmərəli  istifadə olunmasına  nəzarət etməkdir aşağıdakı sənədlər daxildir:

  •  Maliyyə planlaşdırlıması; gəlirlərin və mənfəətin əldə edilməsi, onların bölüşdürülməsinin planlaşdırılması, zəruri hesablaşmaların planlaşdırılması və maliyyə planı cədvəlinin tərtib edilməsi; kreditə tələbatın, maddi-texniki təchizatın, kapital qoyuluşu və dövriyyə vəsaitləri üzrə plan hesablamalar; operativ maliyyə planlarının tərtib edilməsi; tapşırıq və smetaların tərtib edilməsi və onların icrasına nəzarət.
  • Malsatanlarla hesablaşmala
  •  Maliyyə orqanları ilə hesablaşmalar
  • Dövriyyə vəsaitləri;
  •   Kreditləşdirmə – kredit və girov müqavilələrinin bağlanması
  • Kapital qoyuluşunun maliyyələşdirilməsi
  • Sair tədbirlərin maliyyələşdirilməsi:
  • Xüsusi fondların yaradılması və istifadə edilməsi
  • Kassa əməliyyatları və s.
 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma