antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Mədəniyyət və incəsənət xidmətlərinin bazar modelləri Sentyabr 22, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 10:42 səhər

          Mədəniyyət və incəsəsnət xidmətlərinin bazaar modelləri dedikdə geniş yayılmış 3 model: Amerika,Avropa və Şərq modeli nəzərdə tutur. Modellər sistem daxilində bir-birinə oxşar eyni zamanda spesifik xüsusiyyətləri ilə fərqlənən alt modellərə bölünürlər. Məsələn, Avropa bazar modeli üzrə Almaniya və Fransa modelində həm incəsənətin inkişaf etmiş sektorları, həm də yanaşma üzrə fərqlər mövcuddur. Bundan başqa müxtəlif göstəricilər üzrə də fərqlər mövcuddur.

Mədəniyyət və incəsənət təşkilatlarının fəaliyyətininəsas göstəriciləri:

Mədəniyyət və incəsənət təşkilatlarının sayı fəaliyyətin müxtəlif istiqamətlərində rəsmi qeydiyyatdan keçmiş mədəniyyət və incəsənət təşkilatlarıdır.

Kütləvi kitabxanalar universal kitabxana fonduna malik olan və əhalinin ədəbiyyata kütləvi tələbatını ödəyən kitabxanalardır.

Kitabxanaların kitab fondu oxucuların ümumi sərəncamına təqdim olunan və müəyyən qaydada sistemləşdirilmiş nəşr əsərlərinin məcmusudur.

Kitab verilməsi bir kitabın (kitabçanın) evdə və ya oxucu zalında mütaliə edilməsi üçün oxucuya verilməsidir. Oxucu kitabxananın xidmətindən istifadə edən və kitabxanadan kənarda istifadə etmək üçün kitab götürmək məqsədilə kitabxanaya yazılan şəxsdir.

Kitabxana oxucularının uçotu abonoment qeydlərinə və ya oxucuların formulyar siyahısına əsasən aparılır. İl ərzində fərdi abonoment üzrə kitab alan oxucuların ümumi sayı il ərzində sonuncu formulyarın sıra nömrəsi ilə müəyyən olunur. Kitabxananın oxucularının hərəkətinin uçotu kitabxananın iş gündəliyindəki qeydlərə əsasən aparılır: ayın əvvəlində qeydiyyatda idi, ay ərzində yazılmışdır, ayın axırına qeydiyyatdadır.

Kitabların oxunaqlığı – oxucuların kitabxana fondundan istifadə etməsi dərəcəsini göstərir. İl ərzində verilən kitabların sayının kitablardan istifadə edən oxucuların sayına bölünməsi yolu ilə hesablanır

Kitabların tədavülü  kitab fondundan istifadə olunması intensivliyinin göstəricisidir. İllik hesabatların məlumatlarıəsasında kitab verilmələrinin sayının kitabxanadakı kitabların sayına nisbəti ilə müəyyən edilir.

Kino seansı – janrı nəzərə almadan tamaşaçılara müəyyən film proqramının (bir və ya bir neçə) bir dəfənümayiş etdirilməsidir.

Muzeylər  əhali arasında kütləvi elmi-maarifçilik işləri aparan tarixi, maddi və mənəvi mədəniyyət abidələrinin komplektləşdirilməsini, saxlanılmasını, öyrənilməsini və geniş yayılmasını həyata keçirən elmi-maarifçilik müəssisələridir.

Tarix və mədəniyyət abidələri  xalqın həyatındakı tarixi hadisələrə, dövlətin inkişafı ilə bağlı, tarixi, elmi, bədii və ya mədəni dəyərlərə malik qurğular, tarixi yerlər və əşyalar daxildir. Arxeologiya, şəhərsalma və arxitektura, tarix, incəsənət və s. abidələr tarix və mədəniyyət abidələrinə aid edilir.

Mədəniyyət və incəsənət müəssisələrinin tutumu (yerləri) özündə bu müəssisələrin tamaşaçı və mühazirə salonlarında bütün oturaq yerlərin (o cümlədən xidməti) sayını birləşdirir.

Klub tipli mədəniyyət müəssisələri – klublardan, saraylardan və mədəniyyət evlərindən, yaradıcı işçi evlərindən, avtoklublardan və əhaliyə müntəzəm olaraq mədəni-maarif xidmətləri göstərən digər asudə vaxt obyektlərindən ibarətdir.

Kinoteatrlar – zalda, bu məqsədlər üçün yararlı olan binada quraşdırılmış və kinoaparatların sayından asılı olmayaraq, oturacaq yerlərinə və kinofilmlərin nümayişi üçün avadanlığa malik olan kompleksdir.

Teatrlar – (teatr-studiyalar) peşəkar truppaya malik olan və sərbəst balansda olan teatr sənəti üzrə yaradıcılıq kollektivləridir. Onlara opera və balet, musiqili komediya (operetta), dram, musiqili-dram, gənc tamaşaçılar və kukla teatrları aid edilir.

Konsert təşkilatları – sərbəst balansda konsert zalları, filarmoniyaları, eləcə də müstəqil yaradıcılıq, musiqi kollektivləri (orkestrlər, xorlar, rəqs ancamblları və s.) olan və konsert fəaliyyətini təşkil edən müəssisələrdir.

Mədəniyyət və incəsənət müəssisələrinə gələnlərin sayı  teatr tamaşalarında, konsertlərdə və digər tamaşalarda tamaşaçıların sayını əks etdirən göstəricidir və satılmış biletlərin sayı ilə müəyyənləşdirilir. Mütləq və nisbi ifadədə hər bir teatr tamaşası, konsert, kinoseans, eləcə də tamaşa müəssisəsi və ya onların qrupları üzrə müəyyən edilir.

Təmir-bərpa işlərinə ayrılmış vəsaitlər abidələrin konservasiyasına, bərpasına, təmirinə, müxtəlif ahəngə uyğunlaşdırılmasına ayrılan vəsaitlərdir. Konservasiya abidəni dağılmaqdan qoruyan və onun tarixi görkəmini, konstruktiv hissələrini və bəzək elementlərini dəyişməz saxlayan tədbirlər kompleksidir. Bərpa (o cümlədən müəyyən hissəsi) dəyəri olmayan və abidənin görkəmini korlayan qatlardan azad etməklə abidənin tarixi, bədii-arxitektura görkəmini qoruyan və bərpa edən, elmi əsaslandırılmış məlumatlara görə binanın, ansamblın, kompleksin itirilmiş elementlərini bərpa edən tədbirlər kompleksidir. Yenidən yaradılma dedikdə, əgər abidə xüsusi tarixi, elmi, bədii və ya başqa mədəni əhəmiyyət kəsb edirsə, lazımi elmi məlumatların mövcudluğunu saxlamaq şərti ilə, itirilmiş abidənin yenidən qurulmasıdır. Təmir (o cümlədən istismar) abidənin mövcud görkəmini dəyişmədən onun texniki vəziyyətini saxlamaq üçün dövri olaraq görülən tədbirlərdir. Uyğunlaşma abidənin tarixi-bədii dəyərinə xələl gətirmədən ondan müasir istifadə üçün şərait yaradılması məqsədilə görülən tədbirlər kompleksidir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma