antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

World kart ve Extra Card – mənfi və müsbət xüsusiyyətləri Oktyabr 3, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 3:20 axşam
Tags: , , , , ,

world cartGünümüzdə taksit, bonus anlayışlarının istifadəsi olduqca geniş yayılmışdır, belə ki, artıq bu sistem Azərbaycanda da banklar tərəfindən istifadə olunur.Alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini müddətli, faizsiz olaraq hissə-hissə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür. Hissəli alış-veriş zamanı qazanılan ballar, bonuslar istifadəçiləri daha çox cəzb edir.

World kart

Belə məhsullardan biri də Yapı Kredi bankı tərəfindən təqdim olunan World kartdır. Kart artıq bankın fəaliyyət göstərdiyi digər ölkələrdə tətbiq edilmişdir. Azərbaycanda da belə bir məhsulun istifadəsinə ehtiyac yarandığını görən bank rəhbərliyi bu yeniliyi ölkəmizə gətirdi. Belə ki, bu kart vasitəsi ilə istifadəçilər World Üzv Ticarət Obyekti şəbəkəsində Word kartı ilə edəcəyi alış-veriş zamanı bal və hissə-hissə ödəmə imkanlarından faydalana bilər, nəzərdə tutulmuş kampaniyalardan, imtiyazlı əlavə xidmətlərdən istifadə edə bilərlər. Alış-veriş zamanı ümumi məbləğin 3%-ə qədəri bal olaraq hesablanır.

Məsələn 100 manatlıq alış veriş etdinizsə, 40 gün müddətində ödənildiyində faiz alınmır və onun 3% yəni 3 manatı bonus olaraq hesablanır. Qazandığınız ballarınızla alış-veriş edə bilərsiniz. Worldcardınıza bağlı şəkildə işləyən Virtual Worldcard, internet mühitində alış-veriş etmənizi təmin edər. Worldcard ilə, İstanbul Atatürk Havalimanı Xarici Terminalında olan World Loungedan adam başı 10€ (avro) ödəyərək faydalana bilər, eyni zamanda, Yapı Kredi Shuttle xidmətindən endirimli qiymətlərlə, AVIS-dən Azərbaycan və Türkiyədə bütün avtomobil icarələrinizdə nəzərdə tutulmuş fürsət və qiymətlərdən faydalana bilərsiniz.

Bundan əlavə kartınızdan hissəli şəkildə nağd avans çıxara bilər, 3-12 ay arası sabit və uyğun faizlərlə geri ödəyə bilərsiniz. Hissə-hissə nağd avansdan istifadə şərtləri:

  • Hissə-hissə nağd avans əməliyyatı üçün çəkə biləcəyiniz minimal məbləğ 100 AZN-dir.
  • Hissə-hissə nağd avans əməliyyatı, kredit kartı üçün müəyyən edilmiş nağd çıxarış limitindən çıxılır.
  • Hissə-hissə nağd avans əməliyyatı kart istifadəçisinin əməliyyat zamanı istifadə edə biləcəyi nağd çıxarış limiti ilə məhdudlaşdırılır.
  • Hissə-hissə nağd avans əməliyyatı nağd çıxarış statusuna sahib olduğu üçün, bu əməliyyata görə nağd çıxarış haqqı da təyin olunacaqdır. Nağd çıxarış haqqını öyrənmək üçün buraya daxil olun.
  • Hissə-hissə nağd avans əməliyyatında bal tətbiqi yoxdur.
  • Hissələr hər ay kredit kartının dövri borcuna əlavə edilir.
  • Kredit kartı son ödəniş tarixində, ödəniş edilmədiyi və ya natamam ödəniş edildiyi halda, hesab faktura tarixinə əsasən dövri borc daxilində ödənməmiş hissə-hissə nağd avans hissə məbləğinə mövcud nağd avans faizi tətbiq olunmağa başlayacaqdır.

Worldcard üçün tətbiq edilən hissəli nağd avans çəkiliş faizləri və hissə alternativləri aşağıda göstərilmişdir.

  • 3 hissə-hissəyə qədər üçün illik faiz: 28%
  • 3 – 6 hissə-hissə arası üçün illik faiz: 27,5%
  • 6 – 9 hissə-hissə arası üçün illik faiz: 27%
  • 9 -12 hissə-hissə arası üçün illik faiz: 26,5%

Worldcard-ın üstünlükləri:

  • Worldcardınızla, müəyyən zamanlarda təşkil edilmiş kampaniyalarla, Türkiyə, Dubay və Rusiyada edəcəyiniz alış-verişlərinizi 3 hissəli ödəmə şəklində ödəyə bilərsiniz.
  • Nağd pula ehtiyacınız olduğu zaman, Worldcardınızdan nağd avans çəkə bilər, 3-12 ay arası sabit hissə və uyğun faizlərlə geri ödəyə bilərsiniz.
  • Worldcard istifadəçilərinin şəxsi istəyinə əsasən, Avro bölgəsindəki bütün əməliyyatlar üçün Avro valyutasından, qalan bütün digər ölkə xarici əməliyyatlar üçün isə ABŞ Dolları valyutasında ibarət hesab bildirişi yaradıla və Worldcard istifadəçiləri borclarını bu pul vahidləri ilə ödəyə bilərlər.
  • Worldcardınıza bağlı şəkildə işləyən Virtual Worldcard, internet mühitində etibarlı alış-veriş etmənizi təmin edər.
  • Virtual Kartınızı plastik kart olarak mövcud olmadığından itmə və oğurlanma kimi risqi yoxdur.
  • Worldcardınıza ait Şifrəniz (PIN), təhlükəsizlik səbəbilə kartınızı kuriyerlə göndərildikdən bir neçə gün sonra poçt vasitəsilə ünvana çatdırılacaq.
  • Hesab Bildirlərişinizin hər ay poçt vasitəsilə müntəzəm şəkildə əvvəldən bildirəcəyiniz ünvanınıza göndərilir.
  • Hesab bildirlərişinizin hər ay e-mail vasitəsilə müntəzəm şəkildə əvvəldən bildirəcəyiniz e-mail ünvanınıza göndərilir.
  • World Xüsusi Xidmətləri mövcuddur: Assistent Xidmətləri (Tibbi Assistent Xidmətləri, Yol Assistent Xidmətləri, Ev (Mülki) Assistent Xidmətləri) Avtomobil İcarəsi, World Lounge, Yapı Kredi Shuttle.

Worldcard-ın çatışmayan cəhətləri:

  • Yığılan ballardan nağd avans çəkə bilməzsiz, topladığınız balları sadəcə alış-verişdə istifadə edə bilərsiniz.
  • Qazandığınız ballar həmin gün hesabınızda göstəriləcək, lakin onları ertəsi gündən etibarən istədiyiniz World Üzv Ticarət Obyektində istifadə edə bilərsiniz.
  • Heç də bütün alış-verişlərinizdə bal qazanmaq mümkün deyil, yalnız Azərbaycanda ya da dünyada, MasterCard/Visa emblemini gördüyünüz hər yerdə Worldcardınızla alış-veriş etdiyiniz təqdirdə bal qazana biləcəksiz.
  • Balansınızdan nağd pul çıxardıqda bu zaman hesabınıza pul əlavə olunmur.
  • Sizə ən uyğun Worldcardı müəyyən etmək üçün sizə ən yaxın məsafədə yerləşən Yapı Kredi filialına yaxınlaşa, yaxud da 365 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzi ilə əlaqə yarada bilərsiniz.

Extra Card

Daha bir taksitli kart ASB Bank, Azərbaycan bank sistemində ilk dəfə olaraq Milli Kart prosessinq mərkəzi, Mastercard ve Kartek Kart və Bilişim Teknolojileri işbirliyi ilə plastik kartlarda taksit sisteminin tətbiqinə başladığı müddətdə istifadəyə verilən ASB Bankın yeni taksit kart məhsulu “Extra Card”dır. Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissə-hissə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür. Extra Kart 3 il müddətində aktivdir. Alış veriş zamanı əldə olunan bonus alverişin ümumi hesabından 2.5%-10%dək ilə hesablanır.

Məsələn 100 manat aldığınız təqdirdə 2 manat 50 qəpik (max. 10 manat 50 qəpik) dəyərində bonus əldə edirsiz ki, bu da anında hesabınıza yerləşdirilir. Kart 5 il müddətdə istifadəyə verilir. Extra Kart normal bir kredit kartının bütün xüsusiyyətlərini daşıyır, pulsuz olaraq əldə olunur. Müştəri limiti isə 5000 AZN təşkil edir. Kart verilmiş məbləğ limitini keçmək mümkün deyil.

Eyni zamanda bildiyiniz kimi bu günədək kart hesabına vəsaitinizi yerləşdirərkən pulunuz axşam hesabda görünürdü. ASB Bankda tətbiq olunan sistemə əsasən artıq pulu istənilən filialımızdan hesabınıza yatırarkən ondan dərhal istifadə etmək imkanınız olacaqdır.

Alınma şərtlərinə gəldikdə isə Extra Card əldə etmək üçün tələb olunan sənədlər: iş yerindən arayış, şəxsiyyət vəsiqəsi, zaminin iş yerindən arayışı və şəxsiyyət vəsiqəsi. Kart üzrə cəmi müştəri limiti yəni kredit limiti sizin əmək haqqınızdan və iş stajınızdan asılı olaraq müəyyən edilir.

Yəni aylıq yekun xalis gəlirdən ( min 100 azn) və kartın növündən asılı olaraq müştəriyə cəmi müştəri limiti müəyyən olunur. Kartınızın limiti aylıq əmək haqqınızın 2 mislinə qədər ola bilər. Bundan əlavə olaraq iş stajından asılı olaraq zamin tələb oluna bilər. Ödənişlər hər ayın 10-na kimi həyata keçirilməlidir, əgər gecikmə olmazsa, heç bir faiz olmur əks halda faiz hesablanır.

Extra Card çeşidləri bonus xüsusiyyəti olan Extra Card Maestro, həm taksit edən həm də bonus qazandıran – Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartlarıdır.

Extra Card-ın xüsusiyyətləri:

  • ilk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi;
  • normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissə- hissə ödəməyə imkan verməsi;
  • xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi;
  • tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi;
  • filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi;
  • Partnyor mağazalarda %10.ə qədər bonus qazanmaq imkanı vardır, hər alış-verişdə 0.5% bonus Bank tərəfindən əlavə qatqı payı olaraq verilir;
  • internetdə təhlükəsiz alış-veriş üçün “Extra Virtual” kart;
  • bütün kartlarda günlük nəğd çəkim limiti 2.000 AZN, POS Cash limiti isə 6.000 AZN-dir;
  • karta aid PİN itərsə, yeni kart verilmədən filiallardandan PİN bərpa edilə bilər;

Həmçinin Extra Card ilə ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı hər növ kommunal və rabitə ödənişlərini asanlıqla həyata keçirilə bilər.

Sizin balansınızdan nəğd çıxarılışlar zamanı 1% (minimum 1.5 AZN) tutulur. Yəni misal olaraq 100 AZN pul çəksəniz və əlavə olaraq 1.5 AZN – nağdlaşdırma komissiyası tutulacaqdır. Yəni Balansinızdan 100 Azn ile birgə 1 manat 50 qəpik pul itirəcəksiz. 1 ay ərzində heç bir faiz hesablanmır. Növbəti ayın 10-na kimi ümumi məbləğin minimum 25%-i ödənilməlidir.
Extra Card-ın üstünlükləri:

  • Həm nəğd həm də alış-veriş üçün güzəşt müddətinədək heç bir faiz hesablanmır.
  • Güzəşt müddəti bitdikdən sonra borc olan məbləğinin hər günə 3,5% cərimə hesablanır.
  • Milli kart ATM-lərindən cardtocard əməliyyatı ilə banka getmədən kartın ödənişini etmək mümkündür.
  • Hər ay ödənişin keçirilməsi tarixi haqqında məlumat sms vasitəsi ilə müştərilərə göndərilir.

Extra Card-ın çatışmayan cəhətləri:

  • Nəğd çıxarılışlarda müştəri limitinizin yəni əldə edə biləcəniz nəğd miqdar ümumi miqdardan 90% nağdlaşdıra bilərsiniz. 10% isə ancaq alış-verişdə bir başa istifadə edə bilərsiniz. .

Kartın adı

Nağd çıxarış faizi

Alış-verişə dair faiz illik

Cərimə faizi

(illik)

 

limitin keçməsi halında tətbiq edilən faiz illik

İllik Üzvlük Haqqı

Kartın yenilənmə haqqı 

Bonus

Faizlə

Komisyon haqqı

Kartın aktivlik müddəti

Worldcard

28% illik

28%

42%

40%

25 AZN

7 AZN

3%

2%

5 il

Extra kart

24% illik

 

24%

42%

0%

0 AZN

10 AZN*

2.5 % – 10%

1%

3 il

*Extra kart 31.12.2012 tarixinə qədər pulsuzdur.

Aşağıda hər iki kart ilə alış-veriş edə biləcəyiniz ticarət məntəqələrinin siyahısı ilə tanış ola bilərsiniz.

Extra Card

World Kart

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/2331-world-kart-ve-ekhtra-dzard-m-nfi-v-muesb-t-khuesusiyy-tl-ri

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma