antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

…Ümid… Oktyabr 4, 2012

Filed under: İstedadların əl işləri — antifenu @ 12:31 axşam
Tags:

…Ümidlər diriləndə, ya o ümidə doğru gedirsən, ya da sadecə bu dəfə də Sən istəmirsən. Əslində əsas məqam bu deyil o ümidin necə və ya nə üçün dirildiyidi. Anlamaq üçün isə qısaca həmin ümidlə yaşadığın vaxtı düşün və anlayacaqsan…

Ümid nədir ki?

  •  İnsanların son məqamda sığındıqları dayanacaq. Harda ki, artıq ondan sonra olacaqlar məlum deyil, sadəcə dayanıb düşünürlər, bəlkə xəyal edirlər, bəlkə sadəcə məqsədlər qoyub hədəfə çevirirlər.
  • Ümid  o andı ki, Sən artıq əminsən ki, realda mövcud məqsədlərin bitib və artıq yenilənmək vaxtıdır.
  • Ümid sadəcə 1 addımdı, ya gələcəyə, ya keçmişə doğru.
  • Bəzən ümidlər xəyaldır, bəzən xülya hansı ki, Səndən nə qədər uzaq olduğunu görməmək üçün sadəcə gizlənirsən yaratdığın divarlar ardında və qısaca ümid edirəm deyirsən.
  • Zaman dəyişdikcə ümidlər dəyişir, ya itir ya yenilənir, hətta sonradan gülməli gələn ümidlər, heyfisləndiyin çox istədiyin amma əldə etmədiyin və s.

           Bəs ümid Sənin üçün nədir?

Ümid üçün nə etmisən, əslində artıq addım atırsansa bu ümid yox məqsəd olur, irəliləyirsənsə hədəf, amma ümid sadəcə istəməkdimi, onda arzu nədir bəs xəyal, bəs xülya, nəysə qısaca deyək ki, ümid görmək istədiyin və reallaşacağına azda olsa inandığındı.

Bəzən qaçırıq, sadəcə qaçırıq ümidlərdən amma bilmirik ki, hara gediriksə orada ümidlərimiz aparırıq, ya dəyişmək ya da reallaşdırmaq üçün.

Ümidlə yaşayan insanlardan olma, ümidin olsun, hər ümidin Səni uğura aparsın amma onları dəyişdir. Ümid Sənindi, ona görə də bu qədər qiymətlidir, amma reallaşanda istədiyin nəticə məhz bu nəticəmi idi diyə Özünə sual ver dəqiqləşdir.

…Ümidlər həyatda son ışıq deyil, qəbul etmədiyimizsə məhz budu..

By “HeçKim”

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma