antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Azərbaycanda insanların banklara çıxışı nə dərəcədə rahatdı? Oktyabr 12, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 3:28 axşam
Tags: , , , , ,

analAzərbaycanda fəaliyyət göstərən bank sisteminin əksər hissəsi paytaxtda yerləşməsinə baxmayaraq, regionlarda da bankların filialları, təmsilçiləri fəaliyyət göstərir. Təbii ki regional təmsilçiləri mövcud olmayan bəzi beynəlxalq banklar ancaq Bakı şəhərində təmsil olunurlar ki, misal olaraq VTB bankı göstərmək olar.

Bakıda banklar və filialların sıxlığını nəzərdən keçirsək, Bakı şəhərində 38 bankın 350 filialı fəaliyyət göstərir. Belə ki, Bakı əhalisinin bank sayına nisbətdə müqayisə etdikdə, 6064 nəfərə 1 bank filialı düşdüyünü görərik. Bankların regionlar üzrə sıxlığına gəldikdə isə, burda da göstəricilər fərqlidir.

Bakıdan sonra fəaliyyət göstərən filial sayının çoxluğuna görə ikinci yeri Aran iqtisadi rayonu tutduğu halda (91 filial) burda 20478 nəfərə cəmi 1 bank filial düşür. Ümumiyyətlə regionların müqayisəsindən belə nəticə çıxartmaq olar ki, (Bakı istisna olmaqla) ən yüksək göstərici Naxçıvan iqtisadi rayonunda 34 875 nəfərə 1 filial, ən aşağı göstərici isə 14 440 nəfərə 1 filial olmaqla Quba-Xaçmaz iqtisadi rayonuna təsadüf edir. Digər regionlar da müqayisə etmək üçün aşağıdakı qrafiki nəzər yetirə bilərsiniz.

Bankın filial şəbəkəsinin sayı onun əhatə etdiyi, daha dəqiq desək kredit bazarında, nağd, əmanətlər, plastik kart, hesablar və s. bu siyahıdan olan ehtiyaclarını ödədiyi əhalinin sayının çoxluğunu ifadə edir. Yəni filiallar nəinki əhaliyə xidmət edir, eyni zamanda təmsil etdikləri bankın istifadəçilərinin sayının artırılmasında mühüm rol oynayır. Bəs bu məqamda bankların sıxlığı ümumi Azərbaycan üzrə göstəricisi digər ölkələrlə müqayisədə neçədir? Bunun üçün aşağıdakı cədvələ nəzərdən keçirmək kifayətdir. Cədvəldən də göründüyü kimi bank sayına görə ən yüksək göstərici Rusiyaya məxsus olduğu halda, əhali sayı ilə nisbətdə, 148 064 nəfərə 1 bank düşür. Azərbaycan üçün isə 243 026 nəfərə 1 bank düşür. Bankların sayına görə ikinci yerdə gələn Ukraynada isə 260 421 nəfərə 1 bank düşür.

Əlavə məlumat üçün aşağıdakı qrafik və cədvəli nəzərdən keçirə bilərsiniz.

qrafik filial

Ölkə

Bankların sayı, ədədlə

Əhalinin sayı (nəfər)

Bir banka düşən əhalinin miqdarı

Estoniya

17

1 340 194

78 834,9

Latviya

23

2 067 887

89 908,1

Rusiya

966

143 030 106

148 064,3

Ermənistan

21

3 277 000

156 047,6

Litva

17

3 053 800

179 635,3

Azərbaycan

38

9 235 000

243 026,3

Gürcüstan

19

4 497 600

236 715,8

Ukrayna

175

45 573 600

260 420,6

Belarusiya

32

9 481 000

296 281,3

Polşa

71

38 501 000

542 267,6

Türkiyə

48

74 724 269

1 556 755,6

http://banker.az/aze/index.php/mqallr/analitik-m-qal-l-r/2426-az-rbaycanda-insanlar-n-banklara-c-x-s-n-d-r-c-d-rahatd

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma