antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Mənzil-komunal təsərrüfatlarının göstəriciləri Oktyabr 12, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:20 axşam

Mənzil-kommunal təsərrüfatının əsas fondlarının dəyəri 2003-ci ildə 1281,1 mlrd. manat, o cümlədən mənzil təsərrüfatında 1161,7 mlrd. manat, kommunal təsərrüfatında isə 119,4 mlrd. manat (ümumi əsas fondların 15-16%-i) olmuşdu.

Respublikada 1920-87-ci illərdə ümumi sahəsi 63,5 mln. m2 olan yaşayış evləri tikilmişdi. Respublikanın ümumi mənzil fondu 1922-ci ilin axırına 3,5 mln. m2 olmuş, 1987-ci ilin sonuna 23,0 dəfə artaraq 80,4 mln. m2-ə çatmışdı. İqtisadi islahatlar nəticəsində 2005-ci ildə bütün mənzil fondu 1990-cı ildəkinə nisbətən 17,3% artaraq 104,0 mln. m2-,o cümlədən şəhər mənzil fondu 59,3 mln. m2, kənd mənzil fondu 44,7 mln. m2 təşkil etmişdi.

2005 –ci ildə vətəndaşların şəxsi mülkiyyətində olan mənzil sahəsi 1990-cı illə müqayisədə 57,4% artaraq 90,0 mln. m2 olmuş, ictimailəşdirilmiş mənzil fondu isə 14,0 mln. m2 təşkil etmişdi.

Kür su kəmərlərinin tikilib istifadəyə verilməsi Bakının yeni salınan Günəşli və Əhmədli yaşayış massivlərinin məişət-içməli su ilə təmin olunmasına imkan verdi. Eyni zamanda Bakının şəhərdaxili su şəbəkəsində də əsaslı surətdə tikinti və yenidənqurma işləri aparıldı. Su təchizatında mühüm rol oynayan mərkəzi su anbarı və nasos stansiyaları tikilib istifadəyə verildi. 1960-70-ci illərdə Bakı şəhərində adambaşına sutkada 273 l su verilirdisə, 1970-90-cı illərdə bu rəqəm 450-500 / təşkil edirdi.

Ölkədə 1990-2005-ci illərdə 20,3  mln. m2 və ya və ya 378,2 min mənzil özəlləşdirilmişdir. 2005-ci ilin  axırında dövlət və ictimai mənzil fondunun ümumi sahəsi ölkə üzrə 12,6 m2, o cümlədən şəhər yerlərində  13,9 m2 ,kənd yerlərində isə 11,2, ümumi yaşayış sahəsi 8,4 m2, o cümlədən şəhərdə 9,0 m2, kənddə 7,8 m2 təşkil etmişdir.

Bütün mənzil fondu 1,5 mln. (222,8 min birotaqlı, 618,2 min ikiotaqlı, 490,5 min üçotaqlı, 211,2 min isə dördotaqlı və çoxotaqlı) mənzildən ibarətdir.

2005-ci ildə 86,6 min m2 ümumi sahəsi olan dövlət və ictimai mənzil fondunun əsaslı təmirinə 2,1 mln. manat xərclənmişdi.

Mənzil-kommunal təsərrüfatının inkişafına 1993-98-ci illərdə yönəldilmiş 430070,2 min manat həcmində sərmayənin 83,5%-i mənzil təsərrüfatına, 16,5%-i isə kommunal təsərrüfatına aid idi.

1995-2005-ci illərdə 16,5 min ailənin, o cümlədən 1,2 min nəfər müharibə veteranı, əlili, həlak olan hərbi xidmətçi və onlarla eyni hüquqlu olanların ailələrinin; 1,9 min nəfər Qarabağ müharibəsi iştirakçısı, əlili və həqiqi hərbi xidmətdə olanların ailələrinin; 1,4 min gənc, 1,4 min çoxuşaqlı, 10,6 min digər ailələrin mənzil şəraiti yaxşılaşdırılmışdır.

Mənzil-kommunal təsərrüfatı sahəsində çalışanların sayı 2005-ci ildə 1995-ci ilə nisbətən 23,6% artmış və iqtisadiyyatda məşğul olanların 3,4%-ini təşkil etmişdi.

Bakı şəhərinin məişət-içməli suya olan tələbatım ödəmək məqsədilə 1944-58-ci illərdə faktiki gücü sutkada 232 min m3 olan 2-ci Bakı su kəməri (Xaçmaz xətti) istifadəyə verilmişdi. 1980-ci ildə 1-ci və 2-ci Bakı su kəmərlərinin şəbəkəyə verdiyi su sutkada 304,5 min m3 və ya verilən bütün içməli suyun 24,1%-ini təşkil edirdi.

1951-56-ci illərdə Abşeron yarımadasının şimal-qərbində yerləşən “Dəvəyatağı” və “Ceyranbatan” şoran gölməçələrinin yerində Ceyranbatan su anbarı tikilmiş və 1957-ci ildə maksimal gücü saniyədə 25 m3 olan Dəvəçi-Samur kanalının tikintisi başa çatdırılaraq, 1957-ci ildən həcmi 186,0 mln. m3 olan su anbarının doldurulmasına başlanmışdı. Bu su hövzəsinin üstün cəhətlərindən başlıcası ondan ibarətdir ki, burada su uzun müddət təbii xassəsini saxlayır və nəticədə durulma prosesində suyun keyfiyyəti yüksəlir. Bu gün Ceyranbatan su kəmərinin gücü saniyədə 9,5 m3-dir.

Bakıda şəhər kanalizasiya sisteminin tikintisi 1925-ci ildə başlanmış və 1935-ci ildə istifadəyə verilmişdir. 1973-cü ildə şəhərdaxili və 1976-cı ildə şəhərətrafı kollektorların (gücü 800 min m3) tikilməsinə başlanmışdı. 1988-ci ildə gündə 600 min m3 çirkab su təmizləyən böyük kanalizasiya kompleksi tikilmişdir. 1975-86-cı illərdə çirkli suların su hövzəsinə axıdılması 26% azaldılmışdı.

Xüsusən 1970-80-cı illərdə ölkənin istilik təchizatı sahəsində əhəmiyyətli dəyişikliklər baş vermiş, bir neçə böyük istilik qazanxanaları tikilib istifadəyə verilmişdir.

Artıq ötən əsrin 80-ci illərində Bakı şəhərində istilik təchizatının 65%-ə qədəri məhz rayon istilik qazanxanaları hesabına həyata keçirilmişdir.

1990-2005-ci illər ərzində 1573,8 km uzunluğunda su kəmərləri, 129,5 km kanalizasiya xətləri, 13,6 km istilik təchizatı xətləri və 4238,7 km qaz xətləri tikilib istismara verilmişdir.

1970-71-ci illərdə gücü saniyədə 3,92 m3 olan 1-ci Kür su kəməri istifadəyə verildi. 1978-86-cı illərdə 1-ci Kür su kəmərinə paralel olaraq, saniyədə 6,3 m3 olan 2-ci Kür su kəməri sistemi tikilərək istismara buraxıldı.

Kommunal xidmətlərinin mühüm sahəsi olan elektrik enerjisi ilə təchizatın inkişaf etdirilməsi üçün qəbul edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015 illər) üzrə Dövlət Proqramında yaxın illərdə 1800 MVt-a qədər əlavə elektrik enerjisi güclərinin istismara verilməsi nəzərdə tutulmuşdur.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma