antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Səhiyyənin siğortalanması modelinin prespektiv inkişaf modeli Oktyabr 15, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 10:43 səhər

Bir çox hallarda səhhətimizdə yaranan problemlər bizi narahat edir, iş-lərimizə mane olur, ailə büdcəmizə zərər vurur. Ağır iş stressi, süni qidalar, ekoloji problemlər, yayılan infeksiyalar hər an bizim yolumuzu xəstəxanaya sala bilər. Maliyyə vəziyyətimizin qənaətbəxş olmaması və ya səhhətimizə laqeydlik – prob-lemləri daha da ağırlaşdırır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində qəfildən və gözlə-nilmədən baş verən bədbəxt hadisə və meydana gələn xəstəliklər nəticəsində sığor-ta olunmuş şəxsin müalicəsi üçün tələb olunan aşağıdakı tibbi xərclər sığorta olu-nur: Təcili və təxirəsalınmaz tibbi yardım; Stasionar xidmətlər; Ambulator-poliklinika xidmətləri; Stomatoloji xidmətlər; Dərman təminatı; Hamiləlik və doğum; Profilaktik tədbirlər və s.

Siz Alfa, Betta, Qamma, Delta standard tibbi sığorta proqramlarından birini seçə  və ya özünüzəməxsus tibbi sığorta proqramı qura bilərsiniz. Sizə seçdiyiniz tibbi sığorta proqramına uyğun tibbi xidmətlər göstəriləcəkdir. Azərbaycanın istə-nilən tibb müəssisəsində, hətta proqramınız imkan verərsə, xaricdə müalicə olun-maq imkanınız var. Tibbi sığorta sağlamlığın qorunması sahə-sində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat ve-rir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə kö-nüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir

Azərbaycan Respublikasının qanunvericiliyi Tibbi sığorta haqqında Azər-baycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiya-sından, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublika-sının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Tibbi sığortanın subyektləri sığorta olunanlar, sığorta edənlər, tibbi sığorta təşkilatları, tibb müəssisələri və qanunvericilikdə müəyyən olunmuş qaydada fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərdir. İcbari tibbi sığorta sistemində sığorta edən-lər: işləməyən vətəndaşlar üçün – müvafiq icra hakimiyyəti orqanları və müvafiq sosial proqramlar çərçivəsində yerli özünüidarə orqanları; işləyən vətəndaşlar üçün – mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq fəaliy-yəti ilə məşğul olan fiziki şəxslər.

Tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir. Tibbi sığorta müqaviləsi-qanunvericilikdə müəyyən olunmuş qay-dada sığorta edənlə tibbi sığorta təşkilatları arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyyələşdi-rilməsini və təşkilini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir. Tibbi sığorta müqaviləsi ilk sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir. Tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tibbi sığor-tanın ayrı-ayrı növlərinə aid qaydalar və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Sığorta edənin hüquqları aşağıdakılardır:

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tibbi sığorta –  – müqaviləsi bağlamaq və ya onu ləğv etmək;

tibbi sığorta təşkilatmı sərbəst seçmək;

tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək.

Sığorta edənin vəzifələri aşağıdakılardır:

icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödə-mək;

sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat vermək;

sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi barədə müvafiq ic-ra hakimiyyəti orqanınaməlumat vermək.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tibbi sığorta sistemində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında əcnəbilər tibbi sığorta sahə-sində, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər. İcbari tibbi sığorta sistemində sığorta edənlər işləyən vətəndaşlar üçün məb-ləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edi-lən icbari tibbi sığorta haqları ödəyirlər. İcbarı tibbi sığorta haqları icbari tibbi sı-ğorta proqramının yerinə yetirilməsini təmin edən məbləğdə müəyyən edilir. İşlə-məyən təqaüdçü, idarə və təşkilat ləğv olunduqda müvəqqəti işsizlər, əmək qabiliy-yəti olmayanlar, uşaqlar, tələbələr və büdcə təşkilatlarının işçiləri üçün icbari tibbi sığorta haqları tibbi xidmətlər üçün qiymətlərin indeksasiyası nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən büdcə və sosial müdafiə fondlarının və-saiti hesabına ödənilir. Könüllü tibbi sığortada sığorta-haqlarının məbləği könüllü tibbi sığorta proqramına uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir. İcbari tibbi sığorta proqramı vətəndaşlara göstərilən tibbi xidmətin şərtlərini, növünü, həcmini müəyyən edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu proqram vətəndaşların müəyyən olunmuş həcmdə və keyfiyyətdə tibbi yardım almasını nəzərdə tutur.

Tibbi sığorta təşkilatı — mülkiyyət formasından asılı olmayaraq tibbi sığor-tanı həyata keçirmək üçün qanunvericilikdə müəyyən olunmuş qaydada xüsusi ra-zılıq almaqla fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü-əyyənləşdirilən zəruri nizamnamə fonduna malik olan –sığorta təşkilatıdır. Tibbi sığorta təşkilatları səhiyyə sisteminə daxil deyil. Müvafiq icra hakimiyyəti orqanı və tibb müəssisələri tibbi sığorta təşkilatının təsisçiləri ola bilməzlər. Tibbi sığorta təşkilatından vergi tutulması Azərbaycan Respublikasının müvafiq qanunveri-ciliyinə uyğun olaraq tənzimlənir. Tibbi sığorta təşkilatının yaradılması, yenidən təşkili və ləğv olunması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirdir.

İşdə tibb müəssisələrinin istehsal resurslarının təsnifatı, onların maliyyələşdi-rilməsi resurslarının prinsipial sxemləri, maliyyələşdirmənin başlıca istiqamətləri göstərilmişdir. Hazırda dünyanın 30-dan çox ölkəsi tibbi sığorta istifadə etməklə səhiyyə təşkilatı sisteminə daxil edilmişdir. Dünya təcrübəsində sağlamlığın sığor-talanmasının müxtəlif  sistemləri mövcuddur. Əksər ölkələrdə tibbi sığortalanma qarışıq sisteminə üstünlük verilir ki, onlar da müxtəlif mənbələrdən maliyyələşdirilir. İşdə tibbi sığortadan istifadə üzrə müx-təlif ölkələrin iş təcrübəsi, orada tətbiq edilən modellər, Qərbi Avropa ölkələrində sığorta ödənişinin maliyyələşdirilməsi mənbələri və səviyyələri göstərilmiş və hə-min təcrübənin ölkəmizin səhiyyə və sosial xidmətlər sferasında tətbiqinin müm-künlüyü əsaslandırılmış, mütərəqqi idarəetmə forması kimi tibb müəssisələrində lizinq əməliyyatlarının həyata keçirilməsinin üstünlükləri göstərilmişdir. Tədqiqat işinin bu fəslində bazar mexanizminin mühüm əlamətlərindən biri hesab edilən və pullu xidmətlər göstərən müəssisələrdə müstəsna rol oynayan qiymətin əmələ gəl-məsi və ona təsir edən amillər fərqləndirilmiş, tibbi xidmətin iqtisadi xüsusiyyətləri açıqlanmışdır.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma