antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Azərbaycan üzrə kredit qoyuluşu və ona təsir edən amillər Oktyabr 16, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 3:33 axşam
Tags: , , ,

growthAzərbaycanda əhalinin banklara münasibətində xüsusən regional müxtəlifliklər gözə çarpır. Belə ki, Bakıda və digər regionlarda əhalinin kredit bazarına, nağd, əmanətlər, plastik kart, hesablar və s. bu sıradan olan bank əməliyyatlarına maraqları arasında fərqliliklər mövcuddur.

Fərqlilikləri daha aydın görmək üçün aşağıdakı regionlar üzrə kredit qoyuluşu cədvəlinə nəzər salmaq kifayətdir. Misal olaraq, Azərbaycan üzrə ümumi kredit qoyuluşu 10826412.8 min manat, Bakı üçün 9433863.8 min manat, digər regionlar üzrə isə 1392549 min manat göstərilmişdir.

Beləliklə Bakı əhalisinin digər regionların əhalisinə nisbətdə kredit qoyuluşuna daha maraqlı olduqları aydın şəkildə görünür. Belə ki Bakı və digər regionlarda adam başına düşən kredit qoyuluşunu müqayisə etsək, Bakıda bu göstərici 4613.13 AZN, digər regionlarda isə 2024.9 AZN təşkil edir. Eyni vəziyyət vaxtı keçmiş kreditlərdə də təkrarların. Yəni Bakıda vaxtı keçmiş kreditlər göstəricisi digər regionlarla nisbətdə təqribən 2 dəfədən artıqdır.

Göstəricilərin dəyişməsində müxtəlif amillərin müxtəlif səviyyələrdə rolu vardır. Misal, Bakı əhalisinin digər regionların əhalisindən kredit qoyuluşunu marağının artıq olması biznesə yönəldilmiş kreditlərdə Bakıda yeni iş yerlərinin açılması ilə nəticələndiyi halda, eyni zamanda vaxtında ödənilmədiyi təqdirdə vaxtı keçmiş kreditlər göstəricisinin də artımına səbəb olur. Belə ki, burdakı digər faktorlarda mühüm rol oynayır:

  • Regionun coğrafi yerləşməsindən asılı olaraq əhalinin kredit növlərinə, təyinatlarına olan maraqlarında dəyişikliklər, misal olaraq kredit qoyuluşunun həmin region üçün daha xarakterik sahəyə yönəldilməsi;
  • Əhali əməkhaqqları səviyyəsinin aşağı səviyyədə olması, ehtiyacların ödənilməsi üçün kreditə marağı artırır;
  • Bazarda mövcud potensial boşluqların, yəni yeni iş yerlərinin açılması;
  • Məqsədli, təyinatlı kredit qoyuluşu və s.

Ətraflı məlumat üçün aşağıdakı qrafiki gözdən keçirə bilərsiz.

Məlumatlar hazırlanarkən Mərkəzi Bankın və Statistika Komitəsinin məlumat bazaları mənbə olaraq istifadə edilmişdir.

kredit

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma