antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Sosial sferada mədəni məişət xidmətlərinin menecment problemləri Oktyabr 17, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 10:44 səhər

Hal-hazırda inkişaf etmiş ölkələrin menecer və rəhbərlərini düşündürən suallardan(məsələlərdən) biri onların cəmiyyət tərifindən hansı prizmadan baxılmasıdır.Təşkilat yalnız öz manefelərinin güdməməlidir eyni zamanda fəaliyyət göstərdiyi  regionun xüsusiyyətlərinidə nəzərə almaq lazımdır. Rəhbərliyin və ona xidmət edən menecmentin siviliziyalaşmasının əsas keyfiyyəti onun sosial sfera ilə qarşılıqlı əlaqəsidir.Geniş mənada sosial sfera ilə qarşılıqlı əlaqə -bu o deməkdirki iqtisadi və menecer fəaliyyətində yalnız xeyir menecerə, rəhbərə və təşkilatın sahibinə gəlməməlidir eyni zamanda muzdla götürülmüş işçilərə dövlətədə diqqət yetirmək lazımdır. Rəhbərlər və menecerlərin öz məqsədlərinə çatması onu əhatə edən sosial faktorlardan  onların rifahından asılıdır eyni zamanda istəyərək və ya istəməyərək onlara təsir edir.Təşkilatın yaşaması onu əhatə edən mühitin normaların insanların ayrı-ayrı təşkilatların reaksiyasının balanslaşmasından asılıdır.

Sosial sfera ilə qarşılıqlı əlaqə ancaq maksimal gəlirə nail olmaq istəyən ,sosial, intelektual cəhətdən çatışmamazlığı olan  menecer və rəhbər üçün boş səsdir.Siviliziyalaşmış rəhbərlik və menecment –siviliziyalaşmış  insanların rüşeymidir.Bunun üçün hissinə ,vətəndaş borcuna ,ata-babaların ənənələrinə sadiq qalmaq, həqiqi demokratiyanın olması, gələcək və indiki nəslin rifahı haqqında və s. düşünmək lazımdır.Problem- menecer və rəhbərlərin psixiologiyasındadır. O fikirlə razılaşmaq lazım deyil k,i sosial məsuliyyət çox şeyi həll edir  halbuki çox olmayan(bir qədər) vaxt və pul xərcləmək bunun üçün yetərlidir.Bunun üçün menecer ağıllı dərrakəyə, düşünmə tərzinə və peşəkarlığa malik olmaq lazımdır.

İqtisadiyyatın sosiallaşması problemi bütün təsərrüfat obyektləri və subyektlərinin menecment sisteminin də təkmilliyini tələb edir. Bu aspektdə menecment problemini önə çəkən müəllif dövlətin, korporasiyaların, ayrı-ayrı  fərdlərin rolunu qiymətləndirərək iqtisadiyyatın və sosial sferanın idarə olunmasında sosial siyasətin imperativləri sistemləşdirir. Artan sosial məsuliyyət çərçivəsində gəlirlərin optimal bölgüsü, sosial təminatlılığın artırılması, servis işinin inkişafını mühüm amil hesab edir. Sosial iqtisadiyyat quruculuğunda biznes strategiyası da yeni məzmun mahiyyətdə formalaşmalı  və o, üstün sosial yönümlülüyü ilə fərqlənməlidir.İqtisadiyyatın sosiallaşmasını labüd proses hesab edən müəllif müasir dünyada mövcud real və nəzəri sosial-iqtisadi sistemləri: açıq cəmiyyət, konstitusiya iqtisadiyyatı, sosial  6bazar iqtisadiyyatı  və digərlərinin başlıca xüsüsiyyətlərini apardığı  təhlil  əsasında fərqləndirir, lakin bununla onların hansının üstün olduğuna tam dəqiqliklə  təyinat vermir.

 Bununla belə  prinsipial olaraq hesab edir ki, iqtisadiyyatın sosiallaşmasının ən təminatlı alternativ sistemi kimi İslam iqtisadi modeli çıxış etməlidir. Bu baxış onunla  əsaslandırılır ki, müasir qlobal iqtisadiyyatda hakim iqtisadi modellər böhranlı xarakterlidirlər və onlar mütəmadi təkmilləşməyə  məruz qalsalar da kifayət edici  ədalətli gəlirlər bölgüsünü və sosial paritetliyi dolğun təmin etmirlər. Bu təminatlığı isə o, mükəmməl sosial ədalət və təsərrüfatçılıq etikasına malik İslam iqtisadiyyatında görür.

PR-in yaranışı  və inkişafını  cəmiyyət qanunları, ictimai  ənənə  və müvafiq idarəetmə tələbləri şərtlənmişdir. Firm aiyyatə  təbliğat xarakterli olmayan, fəlsəfi qayəsi sosial luzumlu, komme siya təyinatlı informasiya tiraclayır. Burada başlıca  şərtlərdən biri də icti ntlərə müvafiq olan əlaqələr sistemini yaratmaqdan ibarətdir.  Sahibkar və firmanın personalı anlayır ki,  ətraf dünya ilə yalnız mehriban münasibətlər şəraitində kommersiya məqsədlərinin maksimal realla kara firmanı sezmək, dəqiq görnüşlü pəncərə açmaq imkanı yaradır, ictimai ovqatın  dəyişməsini vaxtında ona bəyan edir. Təşkilati idarəetmə sistemində daim artmaqda davam edən işgüzar reputasiyanın  əldə edilməsi də olduqca vacib məsələdir. Bu sır və vasitələr məcmusu kimi  repyutinq əhəmiyyətini nümayiş etdirir. Onun prinsipial qayəsini istehsalın etik normaları istehsal və əmtəə estetikası, stilin təyinatı, qudvil və kommunikasiya effektivliyi təşkil edir. Reputasiyanın qiyməti  qudvil daimi müştərilər dairəsi markası, personalın ixtisas dərəcəsi, istehsal üsulu, nou-xau, müəlliflik hüquqları səmərəli təşkilatın fəaliyyət atributlarını birləşdirir. Məqsədini müştərini anlamaq, arzu və  tələblərini öyrənmək məramları  təşkil edən repyutinqə, həm də «menecment – marketinq – repyutinq» formalı bazar mexanizminin zəncirini yaradan tərkib hissə kimi də təyinat vermək olar .

Müasir menecment də bütün səylərini müvafiq proseslərin kataklizmlərsiz, rəvan irəliləyişinə kökləyir. Tədqiqatda iqtisadiyyatın sosiallaşması istiqamətində idarətmə və tənzim vermənin üstün obrazını dəyərləndirərək texnoloji və kadr menecmentinin əhəmiyyət diapazonu yeni və klassik səpkidə araşdırılır. Bu şəbəkədə dövlətin, korporasiyaların, ayrı-ayrı  fərdlərin rolu qiymətləndirilərək iqtisadiyyatın və sosial sferanın idarə olunmasında sosial siyasətin imperativləri sistemləşdirilir. Gəlirlərin bölgüsü, sosial infrastruktur, sosial müdafiə və pensiyon təminat, xidmət və servisin yüksəldilməsi ümumi sintezdə  tədqiqat sferasının məqsəd və vəzifələr blokunun növbəti mövzularını ifadə edir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma