antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Övladınızın gələcəyin indidən təmin edin (Uşaq əmanətlərinin reytinqi) Oktyabr 18, 2012

shlllddAzərbaycan banklarının əksəriyyəti depozit, əmanət, yığım üçün  əhaliyə müxtəlif şərtlər daxilində təkliflər irəli sürürlər. Xüsusən bu məqamda 1 nüans var ki, bu da uşaq üçün məxsusi əmanətlərdir ki, bu artıq məhz uşağın gələcəyinə yönəldilən yatırımdır.

Övladınız həmin yığılan məbləği gələcəkdə istədiyi istiqamətdə – təhsil, xaricdə təhsil, daşınmaz əmlak, tətil və s. üçün istifadə edə bilər. Əmanət uşağın adına valideynləri, qohumları tərəfindən açıla bilər. Əmanətlər üçün qoyulan tələblər və şərtlər nə qədər ortaq məqamlar olsa da, hər bir bankda fərqlidir.  Belə ki, bu şərtlər sırasına müddət, müddətin təsirindən dəyişən faizlər, hətta valyutanın təsirindən dəyişən faizlər, fərqli tələblər, əlavə şərtlər və s. aiddir.

Əlavə şərtlər dedikdə burda misal olaraq uşaq üçün əmanət təklif olunarkən uşağın yaşının nəzərə alınması (yaş həddi minimumu və maksimumu müxtəlif banklar üçün fərqlidir), müştərilərə əmanətin  neçə faizi həcmində kredit xəttinin açılması, ay ərzində edilən əlavə yatırımlar ilkin məbləğin neçə qatından artıq ola bilməsi, müqavilə şərtləri pozularsa, əmanətin faizləri tələb olunan tarifə əsasən neçə faiz olaraq hesablanması və s. göstərmək olar.

Banklar arasındakı fərqləri, faizlər, müddət və s. daha aydın görmək üçün aşağıdakı cədvələ nəzər sala bilər, ən uyğun təklifi qiymətləndirə bilərsiniz. Real misalda daha aydın şəkildə seçim edə bilərsiniz. Məsələn siz övladınız üçün Standart bankın Uşaq depoziti təklifindən yararlandınız, əmanəti açarkən sizə övladınızın doğum haqqında şəhadətnaməsi və sizin şəxsiyyət vəsiqəniz lazım olacaq. Əmanətə ilkin məbləğ olaraq minimum 100 AZN yerləşdirdikdən sonra, məhdudiyyətsiz olaraq siz hər ay minimal 100 AZN/USD/EUR əlavə edilə bilərsiniz.

Əgər sizin övladınız 1998-ci il yanvarın 1-i doğumlu olsa, əgər 2012-ci il yanvarın 1-i üçün əmanəti götürsəniz,  əlavə edilmiş faizin məbləği 61.22 AZN olacaq, bitmə vaxtı isə 1 yanvar  2015-ci il olacaq. Bu hesablamanı əgər siz də öz övladınızın əmanət təklifi üçün reallaşdırmaq istəsəniz, sadəcə həmin bankın depozit kalkuratorundan istifadə etməyiniz kifayətdir.

 

Banklar

Əmanətin adı

Müddət (il)

Valyuta

İllik faiz

Minimal ilkin ödəniş

Digər şərtlər

1

Azərbaycan Beynəlxalq bank

“Uşaq” əmanəti

8 – 18 il

AZN

14% (ancaq 1 yaşdan qoyulduqda 22%)

200  AZN/USD/EUR

Uşağın 10 yaşına kimi rəsmiləşdirilir və uşaq 18 yaşına çatanda əmanət vəsaitini götürür;
Depozitin məbləği uşaq yalnız 10 yaşına çatanadək artırıla bilər.

USD

14%

EUR

14%

2

Para bank

Uşaq əmanəti

3-18 il

USD/AZN/EUR

13% – 20.5%

200 USD/AZN/EUR

Uşağa hər il ad günündə həmən ana yığılan əmanət məbləğinin iki faizə qədər miqdarında hədiyyə verəcək; məbləğin 90%-i həcmində kredit xəttinin açılması mümkündür; Ay ərzində edilən əlavə yatırımlar ilkin məbləğin iki qatından artıq ola bilməz;
Əmanətin faizləri ildə bir dəfə hesablanır və cari hesabda bloklaşır;
Müqavilə şərtləri pozularsa, əmanətin faizləri tələb olunan tarifə əsasən 2% olaraq hesablanır.

3

Turan bank

“Uşaq Yığım” Əmanəti

1-18 il

AZN/USD

12%

100 AZN/USD

Hesablanmış faizlər hər 6 aydan bir əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faiz hesablanır

4

Bank Standart

Uşaq depoziti

3- 18 il

AZN

12%

100 AZN/USD/EUR

Yetkinlik yaşına çatmayan uşaqlar üçün (18 yaşa qədər); Faizlər kapitallaşdırılır

USD

13%

EUR

8%

5

NBC bank

Uşaq depoziti

3- 18 il

AZN

12%

100 AZN/USD/EUR

Əmanətin məbləğində yuxarıhədd nəzərdə tutulmur ; Müştəriyə ay ərzində əmanətin ilkin məbləğinin 100%-i həcmində əlavə vəsait yerləşdirmək imkanı verilir; Əmanətçinin 5, 10 və 15 yaşıtamam olan gün əmanət çıxarılarkən tam faiz ödənilir; Pulsuz plastik kart almaq imkanı;  İldə bir dəfəkapitallaşma imkanı; 5000 AZN/USD/EUR-dan yuxarıəmanət yerləşdirən müştərilərəəmanətin 90% həcmindəkredit xəttinin açılması

USD

10%

EUR

8%

6

Zamin bank

Uşaq əmanəti

5-18 il

AZN

10%

500 AZN

Müştəri (əmanət müddətinin ilk 4 ili ərzində) əmanət məbləğini 200 AZN/ABŞ dolları-dan az olmamaq şərtilə hər 3 aydan bir artıra bilər.
Müqavilə vaxtından əvvəl pozularsa əmanət üzrə həsablanmış faizlər “Tələbli” əmanətin şərtlərinə uyğun olaraq faiz ödənilir.

7

Nikoil

Uşaq  əmanəti

3-18 il

AZN

10%

100 AZN

bütün müddətli əmanətlərin uzadılma tarixinə qədər olan şərtlər əsasında məhdudiyyətsiz sayda avtomatik uzadılması nəzərdə tutulur;

8

Dəmir bank

Uşaq  əmanəti

1 – 18 il

AZN

10%

100 AZN/USD/EUR

hesablanmış faizlər hər rüb əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faiz hesablanır; istənilən vaxt bitmiş rüblərdə hesablanmış faiz məbləğinin ödənilməsi;

USD

9,50%

EUR

4,80%

9

Rabitə Bank

Uşaq Yığım əmanəti

1-18 il

USD/AZN/EUR

9%

200 USD/AZN/EUR

Əmanətin azaldılması – 1 ildən tez götürülərsə, faizlər illik 4%-lə yenidən hesablanır; Rabitəbank-da 2000 AZN/USD/EUR məbləğindən cox uşaq əmanəti açilmış əmanətçilərin hər il ad gününə həmin tarixə olan əmanət hesabı qalığının 0.5% həcmində məbləğə bank tərəfindən ad günü hədiyyəsi alınıb əmanətçiyə hədiyyə verilir;
Hər il Yeni il şənliyində iştirak etmək üçün əyləncə müəsssəsinə 2 bilet hədiyyə.

10

Atra bank

Uşaq  əmanəti

1-18 il

USD/AZN

9%

500 USD/AZN

Əlavə oluna bilən məbləğ minimum 200 AZN

11

Xalq bank

Uşaq əmanəti

1-18 il

AZN

8%

1 000 AZN /USD/EUR

Əmanətin müddəti bitdikdən sonra əmanət geri tələb edilmirsə, əmanətçi ilə müqavilə növbəti müddətə uzadılır (uşaq 18 yaşına çatana qədər), faizlər əmanətin əsas məbləğinə əlavə olunaraq kapitallaşır.
Əmanətin müddəti bitdikdən sonra əmanət geri götürülərsə, faizlər əmanətin əsas məbləği ilə birlikdə əmanətçiyə ödənilir. Əmanətdən ayrılıqda faizlər ödənilmir

USD

8%

EUR

5%

12

AG bank

Uşaqlar üçün məqsədli

1- 17 il

AZN/USD

8%

100 AZN/USD

Adına əmanət açılmış 17 yaşınadək uşaqlar üçündür; Pul vəsaiti yetkinlik yaşına (18 yaşa) çatdıqda depozit hesabından çıxarılır; Faizlər ayda bir dəfə əmanətin əsas məbləğinə əlavə olunur və yalnız əmanətin müddəti bitəndən sonra ödənilir;. Əlavə vəsait qoyuluşuna limit yoxdur; Əmanət üzrə plastik kart rəsmiləşdirilmir.

13

Kapital bank

Uşaq yığım depoziti

1 –  18 il

AZN

12 ay – 6%;
24 ay – 7 %;
36 ay – 8%

100 AZN/USD

Depozit 16 yaşadək uşaqlar üçün açılır; Depozit uşağın yaxın qohumları tərəfindən açıla bilər; Depozitə əlavəvəsait qəbul olunur. Əlavəqəbul olunan vəsaitin minimum məbləği – 20 AZN/USD, maksimum məbləği ay ərzində – 1 000 AZN/USD

USD

12 ay – 6%;
24 ay – 7 %;
36 ay – 8%

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/2490-oevlad-n-z-n-g-l-c-yin-indid-n-t-min-edin-usaq-man-tl-rinin-reytinqi

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma