antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Müasir şəraitdə əhalinin mənzil təminatı Oktyabr 19, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:20 axşam

Müasir şəraitdə əhalinin mənzil təminatı üçün dövlət tərəfindən bir çox layihələr həyata keçirilir, eybi zamanda ipoteka fondu, öz hesablarına ipoteka krediti verən banklarda qey etmək lazımdır.

Azərbaycanda əhalinin mənzil vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin dövlət maliyyələşdirilməsini artırmaq lazımdır. “Yeni Azərbaycan” partiyasının icraçı katibi Əli Əhmədov belə hesab edir.”Azərbaycanda bu gün əhalinin yaşayış şəraitinin yaxşılaşmasına ehtiyac var. Bu məqsədlə respublikada 10 il ərzində vətəndaşların mənzil təminatının yaxşılaşdırılması üzrə xüsusi dövlət proqramı qəbul edilə bilər”, – deyə Əli Əhmədov çərşənbə axşamı parlamentdə hökumətin 2010-cu il üzrə hesabatının müzakirəsi zamanı bildirib.Onun fikrincə, belə proqramın reallaşdırılmasına 10 il ərzində 1 milyard manat yönəldilə bilər.”Belə maliyyələşdirilmə vətəndaşların evlə təminatı sahəsində vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcək”, – deyə o qeyd edib.

Müzakirələr zamanı parlamentin bir sıra deputatları vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin görülməsinə ehtiyac olduğunu bildiriblər. Belə ki, müdafiə və təhlükəsizlik üzrə parlament komitəsinin sədr müavini Aydın Mirzəzadə həmçinin Azərbaycan ipoteka fondunun vasitələrinin hesabına ipoteka kreditləşdirilməsi şərtlərinin sadələşdirilməsinə ehtiyac oluduğunu qeyd edib.

Azərbaycan Milli Məclisi bu ilin payız sessiyasında hərbçilərin mənzil təminatı ilə bağlı qanun layihəsini müzakirəyə çıxaracaq. Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc çərşənbə axşamı Trend-ə bildirib ki, komitə bu gün “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsini Milli Məclisin plenar sessiyasına təqdim etmək üçün müzakirə edib.O deyib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanunda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələsi öz əksini tapır.

Deputat bildirib ki, komitə tərəfindən həmçinin “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsi də parlamentin payız sessiyasında geniş müzakirə üçün hazırlanıb. Onun sözlərinə görə, bu qanun layihəsi silahlı birləşmələrin qanunvericiliklə tənzimlənməsinə yönəlib.”Hər iki sənədlə bağlı müvafiq nazirliklərlə son məsləhətləşmələr aparılacaq və qanun layihələri Milli Məclisin plenar sessiyasına təqdim olunacaq”, – deputat deyib.

“BU il 305 nəfərə yaxın Dağlıq Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. İlin sonuna qədər isə 215 nəfərin yeni mənzil alacağı gözlənilir” – bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərov məlumat verib. Onun sözlərinə görə, son illər 1800-ə yaxın əlil və şəhid ailəsi nazirliyin hesabına tikilən mənzillərlə təmin olunub. Kənd rayonlarında yaşayan 250 nəfərə yaxın Qarabağ müharibəsi əlilinin fərdi mənzillərlə təmin olunduğunu deyən İ.Heydərov bildirib ki, “Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı” çərçivəsində əlillər üçün mənzil tikintisi davam edəcək. Yaxın illərdə isə bu kateqoriya əlillərin mənzil təminatı ilə bağlı problem tamamilə aradan qaldırılacaq.

   Mingəçevirdə Çernobıl əlilləri üçün reabilitasiya mərkəzinin tikiləcəyini deyən İ.Məmmədov onu da əlavə edib ki, hazırda Azərbaycanın bölgələrində əlillər üçün 12 bərpa mərkəzi fəaliyyət göstərir. O bildirib ki, ilin sonuna qədər Yevlaxda və Xaçmazda 14 çarpayılıq bərpa mərkəzləri istifadəyə veriləcək. Gələn il əlillərin bərpa mərkəzi şəbəkəsinin yaradılacağını, əlillər üçün yaradıcılıq mərkəzinin tikiləcəyini söyləyən idarə rəisi Mingəçevirdə Çernobıl əlilləri üçün xüsusi reabilitasiya mərkəzinin tikiləcəyini də açıqlayıb. Qeyd edək ki, hazırda Azərbaycanda 7 minə yaxın Çernobıl əlili var. Onlar indiyə qədər müayinədən keçmək üçün Ukraynaya gedirdilər.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma