antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Avtomobilin Kasko siğortası hansı şirkətdə daha ucuzdur? Oktyabr 23, 2012

tam-kaskoGünümüzdə dünyada ən çox istifadə olunan sığorta növlərindən biri də məhz Kasko sığortasıdır ki, avtomobilinizi fiziki ziyandan müdafiə edir. Belə ki, ən təcrübəli sürücü belə yol qəzasına düşə bilər, bunu nəzərə aldıqda isə kaskonun vacibliyi bir daha təsdiqlənir. KASKO sığortası üçün müraciət edərkən sizin ümumi məlumatlarınız, sığortalanmaq üçün nəzərdə tutulan avtomobilin məlumatları, daha dəqiq desək, marka və modeli, buraxılış ili, dövlət nömrə nişanı, ban nömrəsi, şassi nömrəsi, mühərrik nömrəsi, avtomobildə mövcud olan zərərlər və s. məlumatları lazım olacaq.

Bu məlumatlarla bərabər əlavə müxtəlif məlumatlara da sığorta şirkəti tələb qoya bilər ki, məsələn avtomobilin son üç il ərzində baş vermiş hadisələr haqqında məlumat və s. Siğorta şirkəti tərəfindən sığorta təsdiqləndikdən sonra, şirkət müxtəlif hadisələri nəticəsində avtomobilinizə dəyən zərərlərin aradan qaldırılmasında kömək edəcək. Bununla bağlı avtonəqliyyat hadisəsi zamanı təmir və bərpa xərclərini, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, üçüncü şəxsin qanunazidd hərəkəti və s. öz öhdəsinə götürəcək.

Kaskoda adətən maksimal limit maşının dəyəri qədər olur. Hadisə baş verdiyi zaman ümumi məbləğdən nə qədərinin ödənilməsi seçilmiş franşizə görə dəyişir. Franşiz sığortaçının zərərin bir hissəsini ödəmək məsuliyyətindən azad olması mənasına gəlir, məsələn əgər franşiz 100 AZN olaraq götürülürsə, onda ümumi məbləğdən 100 AZN çıxıldıqdan sonra yerdə qalan məbləğ tam şəkildə sığorta sahibinə ödənilir.

Belə ki, 100 AZNdən başlayaraq xərclərə baxılır. Franşizin dəyəri nə qədər yüksəkdirsə, sığorta haqqı bir o qədər aşağı düşəcək. Sığorta haqqına gəldikdə isə bu müxtəlif sığorta şirkətlərində müxtəlif tariflərlə sığortalanan avtomobilin qiymətindən asılı olaraq dəyişir. Təqribən 35 000 – 40 000 AZN məbləğində olan 2009-cu ildə buraxılmış avtomobilin sığorta haqqı və əlavə şərtləri üçün aşağıdakı cədvələ nəzər sala bilərsiniz. Sizdə müxtəlif meyarlı avtomobillərin sığorta haqqını hesablamaq istəsəniz, sığorta şirkətinin online hesablama kalkulyatoruna meyarları daxil etməklə öyrənə bilərsiniz.

N

Sigorta şirkəti

siğorta müddəti

Franşız

siğorta haqqı

1

Xalq siğorta

12 ay

250 AZN

1000 AZN

2

Ata siğorta

12 ay

200 AZN

1100 AZN

3

Era Trans siğorta

12 ay

400 AZN

1110 AZN

4

Alfa siğorta

12 ay

250 AZN

1220 AZN

5

A-GROUP siğorta

12 ay

200 AZN

1280 AZN

6

ASB siğorta

12 ay

300 AZN

1295 AZN

7

Mega siğorta

12 ay

100 AZN

1360 AZN

8

Qarant siğorta

12 ay

100 AZN

1400 AZN

9

Atəşgah siğorta

12 ay

250AZN

1400 AZN

10

AXA MBASK

12 ay

100 AZN

1534 AZN

11

Standart İnsurance

12 ay

100 AZN

1600 AZN

12

Beynəlxalq siğorta

12 ay

100 AZN

2000 AZN

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/2541-avtomobilin-kasko-sigortas-hans-sirk-td-daha-ucuzdur

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma