antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Regional inkişafın göstəricilər sistemi, inkişaf meylləri və təhlil dinamikası Oktyabr 24, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 10:35 səhər

Regional inkişafın göstəricilər sistemi,

inkişaf meylləri və təhlil dinamikası

Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etdi. Yeni proqramın hazırlanmasını şərtləndirən əsas məqsəd ökədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın uğurlu icrası  sayəsində isə artıq ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdu. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” isə həm də icrası başa çatmış əvvəlki iki  proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini özündə ehtiva edir.

Hesablamalar göstərir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” proqramının həyata keçirildiyi müddət ərzində ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatdı. ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etdi. Qeyri-neft sektoru 1,8 dəfə artdı və 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faizə çatdı. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi 2004-2008-ci illər ərzində 6,2 dəfə artaraq  ümumi investisiyaların strukturunda xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatdırıldı.

Dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil etdi. Bu isə ümumi investisiyaların 83 faizinə bərabər idi. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafi ilə bağlı I Dövlət Proqramının icra dövrü ərzində Azərbaycanın müxtəlif bölgələrinə 6,8 milyard manat həcmində dövlət investisiyaları qoyulub. Dövlət proqramının icrası ilə bağlı regionlarda həyata keçirilən layihələrin maliyyələşdirilməsinə beynəlxalq maliyyə qurumlarından 2,2 milyard dollar məbləğində kredit cəlb edildi. Həmçinin özəl sektorun inkişafı üçün böyük həcmdə və əsas etibarilə güzəştli şərtlərlə kreditlər ayrıldı. Ölkə üzrə isə hesabat dövründə bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi 33,5 milyard manat təşkil etmişdi və bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdu. 2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini 3 dəfə üstələmiş, adambaşına düşən investisiyanın həcmi 2003-cü illə müqayisədə 605,8 manat çox olmuşdu. 2003-cü ildə ümumi investisiyaların həcmində daxili investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz təşkil etmişdi.Bu zaman ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım oldu. İqtisadiyyatın sürətli inkişafı ilə yanaşı, əhalinin rifahını səciyyələndirən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edildi, 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 4 dəfə artdı.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma