antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

…Baxdıqlarımızla gördüklərimiz… Oktyabr 31, 2012

…Baxdıqlarımızla gördüklərimiz arasında uçurum yaranırsa, ya sadəcə səhf yerdən baxırsan, ya da baxdığınız “obyekt” səhfdi…

Optimist, realist, pessimist, idealist, feminist, komunist, oportunist, kapitalist, skeptivist, surrealist və s. bu sıradan olan istiqamətlərin hamısını birləşdirən insanın, yəni bizim (sənin) hadisəyə necə baxmağımızdır. Çoxumuza  artıq su ilə stəkan mövzusu tanışdı və bu barədə kifayət qədər karikaturalar belə hazırlanıb.

Onda bəs İnsanlar nəyə görə eyni obyektə başqa gözlə baxırlar?

Fiziki ya psixolojik aspestlərin effekti daha çoxdur?

Bəlkə sadəcə sosial aspektlər var?

Bu barədə sual verməyə başlasaq qurtarmaz🙂, amma qısaca aydınlaşdıraq.

Özünü optimist olaraq tanıyan biri, Özünü pessimt olaraq tanıyan birindən tam olaraq fiziki açıdan daha sağlamdır. Yəni pessimist stress hallarında fiziki gərgin vəziyyətlərə daha tez düşdüyü halda, optimist bu vəziyyətlərdə belə ən yaxşı hesab etdiyi yolu tapır və vəziyyətdən çıxmağa çalışır. Buna baxmayaraq pessimistin bu situasiyada stressə davamlılığı müsbət tərəfidi. Realistlər ürək tutmasından ölür diyə deyim də təbii ki, müəyyən mənada doğrudur. Genlərimizdən gələn bazanı nəzərə almasaq hadisəni qiymətləndirdiyimiz situasiyada bizim psixolojik vəziyyətimizin necə olması hadisəyə necə baxmağımıza təsir edir. Yəni xoşbəxt olduğumuz vaxt ağrını daha az hiss etsək də, bədbəxt və ya yorğun vaxtımızda ağrılar daha təsir edici ola bilər. Eyni zamanda sosial vəziyyətimizdə baxışımıza təsir edir ki, yəni maddi vəziyyət və ya ətraf mühit.

Əslində təsir edici şərtlər heç də bu 3 sualda cəmlənməyib, yəni keçmiş təcrübəmiz, həyatımız, valideylərimiz, oxuğumuz təhsil səviyyəsi, hətta oxuduğumuz obyekt, hobbilərimiz, sevmədiklərimiz, zəif nöqtələrimiz, yaşadığımız ölkə, şəhər, hətta qonşularımız, dostlarımız, müəllimlərimiz, mentalitet, yazılmayan qanunlar, qaydalar, yazılı qanunlar, dəftərlərimiz, kitablarımız, qələmlərimiz…

Qısaca İnsan situativdir. Nə qədər Özümüzü, məsələn narsist, realist, alternativçi, optimalist, skeptivist və s. müxtəlif istiqamətlərdən tapsaqda, hansı bir istiqamətə tam şəkildə aid ola bilmərik, sadəcə faizlər situasiyadan asılı olaraq dəyişər.

Amma bəzi qanunlar var ki onlar  gec-gec dəyişər. Şəkilə diqqət🙂

By Ulviyya Agayeva

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma