antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

“Internet banking” ilə vaxtınıza qənaət edin Noyabr 5, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 2:25 axşam
Tags: , , , , ,

bankn inter“Internet Banking” artıq istifadəsi yayğın bir xidmət olaraq, vaxtınıza qənaət edərək, sizə, evinizdən və ya ofisinizdən çıxmadan öz kart və ya cari hesabınızı idarə etmək imkanı verir. Bu sistem vasitəsilə günün 24 saatı siz aşağıdakı əməliyyatları apara bilərsiniz:

  • plastik kart və ya cari hesabınızın balansının yoxlanılması;
  • kartlar haqqında ümumi məlumatın (kartlarınızın siyahısı, növləri, adları və hər bir kartınızın və ya cari hesabınızın hesabında mövcud olan vəsaitin məbləği) əldə edilməsi;
  • kartınız ilə aparılmış əməliyyatlar haqqında kiçik çıxarışın əldə edilməsi;
  • Sizin kart və ya cari hesabınız üzrə, istənilən təqvim ayı ərzində aparılan əməliyyatlar haqqında ətraflı məlumatla çıxarışların tərtib edilməsi;
  • kommunal xidmətlərin, elektrik enerjisindən istifadə haqqının ödənilməsi;
  • mobil telefon rabitəsindən istifadəyə görə haqqının ödənilməsi (Azercell, Bakcell, NarMobile);
  • KartTransfer xidməti vasitəsilə kartdan karta pul vəsaitlərinin köçürülməsi;
  • internet (ADSL) xidmətlərinin ödənilməsi (Azeronline)
  • stasionar rabitə haqlarının ödənilməsi (Aztelekom);
  • diqər ödəmələr

“Internet Banking” istifadəçi olmaq üçün siz ATM şəbəkəsindən və həmçinin, İnternet şəbəkəsinə qoşulmuş kompüterindən istifadə edə bilər, banka müraciət etmədən sisteminə qoşula bilərsiniz. Sistemə bir neçə üsul ilə qoşulmaq olar ki, qoşulmaq üçün electron bank kartın mövcudluğu və birdəfəlik parollar lazımdır. Birdəfəlik parol dedikdə, müştəri (kartın sahibi) tərəfindən əməliyyatın təsdiq edilməsi üçün istifadə edilən xüsusi gizli koddur. Hansı ki, təhlükəsizliyiniz üçün tətbiq edilir ki, sizdən başqa heç kəs sizin pul vəsaitinizdən istifadə edə bilməsin.

Birdəfəlik parolları əldə etmək üçün “AzəriKard” prosesinq mərkəzində xidmət olunan istənilən bankın bankomatından istifadə etmək mümkündür. Birdəfəlik parolları əldə etmək üçün aşağıdakı mərhələləri əməl etmək lazımdır:

  • kartı bankomata daxil etmək və PIN-kodu yığmaq;
  • əsas menyuda “Xidmətlər” bölməsini seçmək;
  • “Xidmətlər” bölməsində “IB parol siyahı” bölməsini seçmək.
  • Bundan sonra bankomat parolların siyahısını çap edəcək.

Birdəfəlik parolları “Internet Banking” sistemində təkcə sistemə qoşulmaq üçün yox, həm də sistemdə bəzi əməliyyatların təsdiq edilməsi üçün istifadə edə bilərsiniz (məsələn, kartdan karta KartTransfer pul köçürmələri). Əldə etdiyiniz kodların (birdəfəlik parolların) hər biri yalnız bir dəfə istifadə edilə bilər və təkrar istifadə üçün yararsızdır. Əgər Siz bütün parolları istifadə etsəniz, həmin birdəfəlik parolların yeni siyahısını əldə etmək olar. Əgər birdəfəlik parollar siyahısını itirsəniz, sadəcə həmin kartınız vasitəsilə yeni siyahını əldə etməlisiniz ki, bu vaxt əmin olacaqsınız ki, itmiş parolları heç kəs istifadə edə bilməyəcək.

Yeni istifadəçinin qeydiyyatı açmaq istədikdı bankomatda parollar siyahısını əldə etmək üçün istifadə etdiyiniz ödəmə kartının nömrəsini Internet Banking sisteminin internet səhifəsində “Yeni istifadəçinin qeydiyyatı” bölməsinə daxil edin və birdəfəlik parol vasitəsilə qeydiyyat növünü seçin. Bundan sonra, öyrətmələri izləyərək, birdəfəlik parolu (yalnız böyük latın hərflərini və rəqəmləri istifadə etmək lazımdır) və sistem tərəfindən tələb edilən nömrəni daxil edin, istifadəçi adı (loqin) və parol fikirləşib seçin. Bu loqin və parol vasitəsilə Siz gələcəkdə sistemə daxil ola biləcəksiniz. Sizin tərəfinizdən yaradılan login və parol gizlidir və yalnız Sizə məlum olmalıdır.

Internet Banking sistemindən silinmək (qeydiyyatı ləğv etmək) üçün karta xidmət göstərən Bankın filialına müraciət etmək lazımdır. Bankın filialında Sizin müraciətiniz əsasında qeydiyyatınız sistemdən silinəcək.

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/2664-internet-banking-il-vaxt-n-za-q-na-t-edin

azzercatr

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma