antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

TƏLİM PRİNSİPLƏRİ Noyabr 7, 2012

Filed under: Gənc müəllimə kömək — antifenu @ 3:03 axşam
Tags: , , , , , ,

imagesTəlim prinsipləri öyrədənin (müəllim, təlimatçı, usta və s.) öyrətmə prosesində,

biliklərə yiyələnmə prosesində əsaslandığı qaydalar, qanunlar sistemidir. Təlim prinsipləri təlimin bütün mərhələlərində, öyrətmənin yerindən, yaşından asılı olmayaraq bütün mərhələlərində ən ümumi cəhətlərini əhatə edir. Təlimin məqsədlərinin səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təlim prinsipləri təlim məqsədlərindən asılı olaraq dəyişir.

Pedaqoqika tarixində təlim prinsipləri müxtəlif mənbələrə istinad edilərək

müəyyən edilmişdir. Məsələn Y.A.Komenski təlim prinsiplərini təbiətəvarilik əsasında müəyyən etmişdir. Təlim prinsipləri haqqındakı mövcud nəzəri və təcrübi fikirləri ümumiləşdirərək aşağıdakı şəkildə təsnif etmək olar:

1.Təlimin həyatla, quruculuq işi ilə əlaqələndirilməsi.

2.Təlimin mövcud əxlaq normalarına uyğun tərbiyələndirməsi.

3.Müvafiqlik.

4.Fərdi yanaşma.

5.Əyanilik.

6.Şüurluluq və fəallılıq.

7.Sistematiklik və ardıcıllıq.

8.Biliklərin möhkəmləndirilməsi.

Məsələn, təlimin tərbiyələndirməsi o deməkdir ki, dəqiq elmlərə

aid fənlərin tədrisi zamanı təbiət hadisələri obyektiv qanunlar əsasında aparılır. Təbii hadisələr arasındakı

əlaqələr obyektiv inkişaf qanunauyğunluqlar əsasında izah edilir. Dərk olunmuş obyektiv

qanunauyğunluqlar isə dünyagörüşün əsasını qoyur, hər kəsə təbiət və cəmiyyət hadisələrinə obyektiv və şüurlu yanaşma imkanı verir.

Humanitar fənlərin tədrisi vasitəsilə isə böyüyən nəsldə müxtəlif əxlaqi keyfiyyətlər formalaşdırılır.

Müvafiqlik və ya gücəuyğunluq prinsipi.

Bu prinsip təlimi öyrənənlərin inkişaf səviyyəsinə – psixoloji, fizioloji və intellektual – uyğun şəkildə qurmağı tələb edir. İnsanların inkişaf səviyyələri qarşılıqlı əlaqə və vəhdətdə gedir.  Digər tərəfdən təlim prosesində getdikcə mürəkkəbləşən biliklərə yiyələnirlər, yəni intellektual imkanları da

artır tədris ediləcək elmi məlumatlar, və vasitələri müəyyən edilir.

Gücə müvafiqlik həmçinin aşılanacaq bacarıq və vərdişlərdə də nəzərə alınır. Bu təlimin səmərəliyini təmin edən mühüm prinsiplərdən biridir. Təlim materiallarının seçilməsi ilə bərabər səmərəli mənimsədilməsin təmin edən üsullar, onların

məzmunu da mürəkkəbləşir. Müxtəlif yaş səviyyələrində mənimsəməyə münasibət, maraq da müxtəlifdir.

Fərdi yanaşma.

Mənimsəmə

səviyyəsini yüksəltmək ayrı-ayrı yaş dövrlərində – siniflər, kurslar, dərnəklər və sairdə-öyrənənlərin, təlimalanların ümumi inkişaf və yaş xüsusiyyətləri ilə yanaşı fərdi xüsusiyyətlərini də nəzərə almağı tələb edir. Bu cəhətlərin nəzərə alınmasında əsas məqsəd zəif cəhətləri aradan qaldırmaq, qüvvətli tərəfləri daha

da inkişaf etdirərək təlim səviyyəsini yüksəltməkdən ibarətdir.

Əyanilik prinsipi.

Bu prinsip dərk etməni real əyşa və ya hadisələr, faktlar üzərində qurmağa deyilir.

Məşhur çex pedoqoqu Y.A.Komenski əyaniliyə yüksək qiymət verərək onu müəllimlər üçün «qızıl qayda» adlandırılmışdır. Qeyd etmişdir ki, mənimsəmə prosesində nə qədər çox hiss üzvləri iştirak edərsə, qavrama  da bir o qədər səmərəli olar. Mənimsənilən materialın konkret əşya və hadisələr üzərində qurulması, onun haqqındakı məlumatı

dəqiqləşdirir, daha da aydın və dürüst dərk etmə imkanı yaradır.

Əyanilik təlimin bütün sahələrində,bütün mərhələlərində aktualdır. Bu əsasən əşya və ya hadisə haqqında ilk tanışlıq zamanı müsbət nəticə verir. Təhsil müəssisələrində bu,  əvvəlcədən düşünülmüş xüsusi sistem əsasında aparılır.

Şüurluluq və fəallıq prinsipləri.

Yeni materialı dəlil və sübutlarla, isbatlarla öyrənməyə fəal surətdə bilik əldə etmə, biliklərini tətbiq etməyə şüurluluq və fəallıq deyilir. Bu prinsipi pedaqoqika tarixində inqilabi bir prinsip adlandırmaq olar.

Belə ki, uzun müddət mənimsəmədə doqmatik prinsip hökm sürmüşdür. Şüurluluq və fəallıq prinsipi də məhz bu prinsipə qarşı qoyulmuşdur. Şüurluluq prinsipi əsasında öyrənənlərin təfəkkürünə tez-tez tələblər verilir, onlar düşünərək məntiqi nəticələr çıxarılmağa məcbur edilirlər. Bu isə onlara öyrəndikləri bilikləri istənilən zaman sübut edə bilmə imkanı verir. Materialın mənimsənilməsi zamanı öyrənənlərin təhlillərə, müqayisələrə, səbəb və nəticə əlaqələrinin araşdırılmasına cəlb edilməsi onların mənimsəməyə şüurlu münasibətilə yanaşı fəallığını da artırır. Təlim prosesində, ümumiyyətlə öyrənmə prosesində şüurluluq və fəallığı təmin etmək üçün öyrəniləçək hər material qarşıya problem şəklində qoyulmalı və öyrənənlər onun həllinə cəlb edilməlidir. Bu zaman öyrənənlər yeninin bütün mümkün əlaqələrini axtarır, müqayisələr edir yeni–yeni əqli nəticələr çıxarmağa çalışırlar.

Şüurlu sürətdə mənimsənilmiş bilikləri istənilən zaman, lazım gəldikdə tətbiq etmək də asan olur.

mənimsədikləri bilikləri üzərində qurulur. Daha doğrusu təlim prosesində biliklər tətbiq edilərək onun yeni cəhətləri axtarılır, araşdırılır.

Sistematiklik və ardıcıllıq.

Bu prinsip elmlərin əsaslarına yiyələnən zaman elmin sistemini mühafizə etmək, bilik, bacarıq və vərdişləri aşılayarkən müəyyən ardıcılığa riayət etmədir. Bu prinsipə riayət etmədən sistemli elmlərə yiyələnmə də mümkün deyil. Elmlərin özlərinin sistemi də bunu tələb edir. Müxtəlif sniflərdə tədris edilən fənn aid olduğu, ifadə etdiyi elmin sistemi əsasında qurulur. Həmçinin proqramlar, dərs yükü, da məhz elmin sistemi əsasında qurulur. Digər tərəfdən təbiət və cəmiyyət hadisələri bir–birilə qarşılıqlı əlaqədə olduğu kimi onları əks etdirən elmlər də bir-birilə qarşılıqlı əlaqədədir. Bu bir-birilə əlaqədar elmlər də müəyyən sistem əsasında öyrədilməlidir. Mənimsənilmiş biliklər də müəyyən sistemlə bacarıq və vərdişlərə çevrilməlidir.

Biliklərin möhkəmləndirilməsi.

Təlimin müvəffəqiyyətini təmin edən əsas və mühüm prinsiplərdən biri də biliklərin möhkəmləndirilməsidir. Y.A.Komenski biliyin möhkəmləndirilməsi qayğısına qalmayan müəllimin işini xəlbirlə su daşımağa bənzədirdi. Hər bir sonrakı bilik özündən əvvəlkinin davamı olmaqla ona əsaslanır, ona görə də hafizədə möhkəmləndirilməyən biliyin heç bir əhəmiyyəti olmur, onun öyrənilməsinə sərf olmuş zaman da hədər gedir. Uşinski biliklərin möhkəmləndirilməsi qayğısına qalmayan müəllimin işini yükünü arabaya pis bağlamış arabaçının işi ilə müqayisə edir, ona bənzəyir.

Birliklərin şüurlu, problemli situasiya şəraitində mənimsənilməsi onların hayizədə uzun müddət qalmasına imkan yaradır. Öyrənilmiş məlumatların tətbiqi də biliklərin möhkəmləndirilməsi şərtlərindən biridir. Hər bir müəllim  öyrətdiyi məlumatların yadda qalması qaydasına qalmalı, bunun üçün bütün vasitələrdən istifadə etməlidir. Belə səmərəli vasitələrdən biri təkrarlardır. Öyrənilmiş material dəfələrlə təkrar etdirildikcə hafizədə özünə daha möhkəm yer edir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma