antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Cash by Code-dən necə faydalanmaq olar? Noyabr 12, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 2:37 axşam
Tags: , , , ,

img232007_5-6_BankomatPul köçürülməsində yaranan problemlərdən biri də, pul göndərilən tərəfin çox zaman kart sahibi olmamasıdır. Bu zaman istifadə olunan alternativ yollardan biri “Cash by Code” xidmətidir. Bu xidmət bankomat vasitəsilə plastik kart olmadan nəğd vəsaiti əldə etmək imkanını yaradır. Yəni kart sahibləri bankomata yaxınlaşaraq, kart hesablarından istənilən məbləğdə və valyutada kartı olmayan şəxslərə nəğd pul göndərə bilərlər.

Cash by Code xidmətindən istifadə etmək üçün, siz bankomata öz kartınızı daxil edərək, əsas menyuda “Cash by Code” seçməli, məbləği və valyutanı daxil edib, nəğd pulu göndərmək istədiyiniz şəxsin mobil telefon nömrəsini daxil edirsiniz. Sistem iki hissədən ibarət olan kod yaradaraq, bir hissəsini SMS vasitəsilə pulu göndərdiyiniz şəxsin mobil telefonuna göndərir, digərini isə bankomat vasitəsilə çekdə çap edir. Siz nağd vəsaiti göndərən tərəf olaraq kodun ikinci hissəsini istənilən şəkildə alan şəxsə çatdıra bilərsiniz. Çünki nağd vəsaiti alan şəxs kodun hər iki hissəsini bankomata daxil etməlidir.

Nağd vəsaiti alan şəxs 1 gün ərzində koddan istifadə edə bilər, çünki kod 24 saat müddətində qüvvədədir və bu əməliyyatı keçirmək üçün kart tələb olunmur. Hətta bu əməliyyatı həm Bank Respublika, həm də Azərbaycan Beynəlxalq Bankı, Bank Sandard, AGBank, AtaBank, Xalq Bank və s. daxil olmaqla, digər 25 bankın 1200-dən artıq bankomatında həyata keçirmək mümkündür. Burda istisna məqam var ki, bu prosesi prosesinq daxili reallaşdırmaq mümkündür və milli kart sistemində bu xidmət ümumən movcud deyi.

Banklara görə bu xidmət üçün tətbiq edilən xidmət haqqı dəyişir. Məsələn, Kapital bankın kartının istifadəçisi üçün bu xidmətin haqqı vəsaiti göndərən tərəfdən vəsaitin köçürülməsinə görə 0.1% (min. 0.50 AZN, 0.60 USD, 0.50 EUR) olmasına baxmayaraq, Bank standart üçün bu xidmətdən tutulan haqq 0.5% təşkil edir. Nağd vəsaiti alan şəxsdən ancaq vəsaitin nağdlaşdırılmasına görə faizlər hesablanır. Hətta Bank Respublika bu xidmət üçün heç bir əlavə xidmət haqqı tətbiq etmir, yalnız nəğd pulun çıxarışı üçün Bank Respublika bankomatlarında – 1%, digər bankomatlarda isə – 1,5% xidmət haqqı tutulur.

Prosesdə dəqiq ardıcılıq haqqında geniş məlumat almaq üçün aşağıdakı şəkillərə diqqət yetirə bilərsiniz.

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/2738-cash-by-code-d-n-nec-faydalanmaq-olar

pul gonde3

pul gonder2 pul gonderm 1

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma