antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Ən yaxşı depozitlər reytinqi Noyabr 13, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 2:46 axşam
Tags: , , , ,

depozBankda siz öz pulunuzu sizə ən uyğun depozitə yatırmaqla pul qazana bilərsiniz. Depozit xidmətindən istifadə etmək üçün şəxsiyyət vəsiqəniz və hesabınıza yatırmaq istədiyiniz pulla banka yaxınlaşmağınız kifayətdi. Bank depozitləri faizlər, müddət – uzun və ya qısa müddətli, əmanət hesablarına əlavə vəsait daxil etmək imkanı, əlavə imkanlar və güzəştlər və s. şərtlərə görə fərqləndirilir. Əlavə imkanlar və güzəştlər dedikdə aşağıdakılar nəzərdə tutula bilər:

1. plastik kartı pulsuz verilməsi
2. əmanətlə uzlaşan güzəştlii kredit xəttinin limitinin açılması
3. danışıq kartı və s.

Əlavə imkanlar və güzəştlər banklardan asılı olaraq dəyişir. Depozit hesabınızdan pulu və faizlərinizi aylıq, rüblük və müddətin sonunda nağdlaşdıra bilərsiniz. Ancaq maksimum faizlər hesabdan pulu müddətin sonunda çıxarılarkən verilir. Əgər aylıq və ya rüblük faizlər almaq istəsəniz bu zaman faizlər sizin plastik kartınıza köçürül və nəğdləşdirmə zamanı əksərən əlavə xidmət haqqı tutulmur. Əgər müddətin sonda alsanız, bu zaman əsas məbləğin üstünə faizləriniz hesablanaraq əlavə olunur və bankdan pulu ala bilirsiniz. Əmanəti vaxtından əvvəl götürmək istədiyinizdə faizlər artıq nəzərdə tutduğunuz məsələn 1 illik 10% olaraq yox, müddətə uyğun nəzərdə tutulmuş faizə uyğun olaraq hesablanacaq ki, bu faiz 10 %-dən aşağı olacaq. Əmanət üçün müqavilə müddəti bitdikdə əmanət çıxarılmayıbsa əmanət müqavilədə göstərilən müddətə bəzi banklarda avtomatik uzadıla bilər.Bu halda uzadılma günündə Bankda mövcud faiz dərəcələri tətbiq edilir.

Bankda depozitinizin olduğu təqdirdə, bəzi banklarda, bu məbləğlə uzlaşan kredit kartı üçün depozitin 70-80%-ə qədər kredit xəttidə açdıra bilərsiniz. Bankdan aılı olaraq kart sizə hədiyyə oluna bilər və ya pulu ödəmək şərtiylə ala bilərsiniz. İstifadə etdiyiniz məbləği bəzi banklarda mövcud olan güzəşt müddəti ilə 30-40 gün ərzində geri qaytarsanız heç bir faiz hesablanır, əks halda yəni ödəyə bilməsiniz bankın uyğun faizləri hesablanır. Depozit faizlərindən asılı olaraq, əmanətiniz sığortalana və ya sığortalanmaya bilər belə ki, 12%-ə qədər olan əmanətlər siğortalanır. Depozitin növündən asılı olaraq siz əmanət hesabınızı artıra bilərsiniz, yəni əsas məbləğə istəyiniz miqdarda əlavə məbləğ artıra bilərsiniz ki, bu zaman məhdudiyyətdə qoyula bilər. Aşağıdakı cədvəldə 1000 AZN məbləğində depozit yerləşdirməklə əldə edə biləcəyini maksimum faizlərin (müddətin sonunda faizləri götürmək şərti ilə) banklar üzrə reytinqi əks olunub.

depo1

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/2746-n-yaxs-depozitl-r-reytinqi

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma