antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Hədəflər müharibədi! Noyabr 13, 2012

Filed under: İstedadların əl işləri — antifenu @ 2:46 axşam
Tags: , , , ,

Hədəflər müharibədi əslində, ətrafınla, Özünlə, hər kəslə. Hədəflərinə atdığın hər addım döyüşə daha da sürətləndirir. Ətrafındakılara heç baxma, onlar onsuzda “əlavə”dir, əsas keçid nöqtələrinə bax!

Bacarmazsan deyə başlayan cümlələr, sözlərə qulaq asma. Onlar bacarmazlar, hətta istəsələrdə, ona görə Sənin qalibiyyətin onlara xoş gəlməz, deməsələr də hətta. Necə də olmasa eyni hədəfə neçə insan  məqsəd qoyar ancaq 1 insan qazanar nəticədə. Əgər alınmadısa, deməli Sən kifayət qədər istəməmisən. Çünki Sən istəmiş olsaydın tam alınardı. Bəlkə də səhvlər etmisən, ya hədəf seçimində, ya da hədəfə doğru atdığın addımlarda. Edilən səhvləri Başqalarında axtar amma Özündə düzəlt. Səhvlərini düzəltdikcə nəticələr daha effektiv olacaq. 100% nəticə üçün hədəf qoyma, 90%-i keçmisənsə deməli artıq alınır. Bəs bu faizləri hardan biləcəksən? Nəticələr, əldə etdiyin nəticələr əldə oluna biləcək maksimum nəticəyə nə qədər yaxındısa, faizlər bir o qədər yüksəkdi.

Hədəflərin məqsədlərdən əslində fərqlidi. Məqsəd hələ tam olaraq nəzər tutduğun iş üçün addım atmamısansa mövcüddu, ilk addımı atmısansa artıq hədəfdi. Hədədflər planlıdı, alqoritmə bənzəyir, hər sonrakı addım bəllidi. Hədəflər nəticədi. Nəticə isə hədəf üçün nə qədər çalışdığını ortaya çıxarır.

Beləliklə qısaca hədəfin varsa, hədəfindən nə kiminsə sözünə, nə fikrinə, nə ideasına görə əl çəkmə. Hədəflərindən əl çəkirsənsə, deməli istəmirsən qisaca. İstəmirsənsə əlavə bahanə axtarma. Yox əgər hədəfindisə, onda ən azı risk et. Hətta bacarmayacağını düşündüyündə belə sına, nə də olmasa risk qələbənin 50%-di…

Deyişir hər şey deyişir, daha oynanmadı son el…

Musiqini dinləyin əlavə şərhə sadəcə ehtiyac yoxdu…

By Ulviyya Agayeva

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma