antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Regionlarda sosial infrastrukturun inkişaf problemləri Noyabr 16, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 10:37 səhər

Azərbaycanın regionlarında dayanaqlı sosial-iqtisadi inkişafı təmin edən istehsal infrastrukturunun yaradılması və onun təkmilliyinin artırılmasının investisiya problemlərinin təhlili müasir dövrdə əhəmiyyətlidir. Daha geniş çərçivədə investisiya qoyuluşlarının institusional mühit problemləri, onun vergiqoyma ilə bağlı məsələləri, regional inkişafın stimullaşdırılmasında dövlət investisiya fondlarının rolu və əhəmiyyəti məsələləri təhlil olunmalıdır,  həmçinin regional istehsal infrastrukturunun sistemi mükəmməlliyinə və inkişafının investisiya təminatlığına təsir edən amillər müəyyən olunmuş və bu sferada daha əlverişli şəraitin formalaşdırması yolları göstərilməlidir.  Bununla belə, regional avtonomiyanın genişləndirilməsi və istehsal infrastrukturunu təkmilləşdirilməsi istiqamətində yerli resurslara əsaslanan, xarici bazarlara çıxışı olan rəqabətqabiliyyətli yeni istehsal strukturlarının qurulması da vacibdir.

Ümumiyyətlə 2003-cü ildən indiyədək Azərbaycanda 900 minə yaxın iş yeri açılmışdır. Bu proseslərin daha səmərəli və davamlı edilməsi məqsədi ilə regionlara investisiya axını gücləndirilməlidir.  Regional iqtisadiyyatın nəzəri və təcrübi gerçəklikləri regional inkişafın sonrakı mərhələlərində onun daha çox daxili resurslar hesabına irəliləyişini təşfiq edir. Buna görə də gələcəkdə regional iqtisadi inkişafın hərtərəfli təminatı üçün yalnız mərkəzi transfertlərdən deyil, eyni zamanda daha çox lokal resurslardan qaynaqlanan investisiya mənbələrindən də istifadə edilməlidir.

Bunun üçün, ilk növbədə yerli ehtiyatlar və iqtisadi potensialdan maksimum səmərəli istifadə əsasında xarici bazarlara belə çıxışı olan, rəqabətqabiliyyətli regional istehsal infrastrukturunun təkmilləşdirilməsinə nail olunmalıdır. Bu problem isə yalnız institusional mahiyyətli, maliyyə-iqtisadi və vergi təyinatlı deyil, həm də geniş mənada elmi aktuallıq kəsb edən bir məsələdir. Bundan irəli gələrək, Azərbaycanın regionlarında dayanaqlı sosial-iqtisadi inkişafın daha səmərəliliklə davamlı təmin edilməsi,rəqabət qabiliyyətli regional istehsal infrastrukturunun təkmilliyinin artırılmasının investisiya problemlərinin təhlili və bundan irəli gələnmüvafiq əlverişli vergi mühitinin yaradılması, biznes işinin yaxşılaşdırılması bizim də tədqiqat mövzumuzun predmetinə çevrilmişdir.

Dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil etmişdir. Bu isə ümumi investisiyaların 83%-nə bərabərdir. Ümumilikdə, son beş il ərzində regionlara 6,8 milyard manat həcmində dövlət investisiyaları qoyulmuşdur.

İnvestisiya qoyuluşları 2009-2010-cu illərdə də artmışdır Ötən ildə də investisiya siyasətinin əsas prioritet istiqamətləri infrastrukturun inkişafı, investisiyanın qeyri-neft sektorunun və regionların inkişafına yönəl-dilməsinin stimullaşdırılması, regionlar arasında investisiyaların bölgüsünün optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi təşkil etmişdir. 2009-cu ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 7,4 mlrd. manat əsas kapitala investisiya yönəldilmişdir. Bu vəsaitin 27%-i neft sektorunun, 73%-i isə qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Əsas kapitala yatırılmış vəsaitin 79,9%-ni daxili investisiyalar, 20,1%-ni isə xarici investisiyalar təşkil etmişdir. Bütün bunlar bir daha onu göstərir ki, respublikamızda uğurlu investisiya siyasəti aparılır. Görülən bu işlərin miqyası və əhəmiyyətini bir daha vurğulayaraq, həm də qeyd olunmalıdır ki, regionlara özəl biznesin investisiyalarını artırmaq, yerli istehsal infrastrukturunun yaxşılaşdırmaq üçün hələ də qarşıda birsıra vəzifələr durur. Bunun üçün ilk növbədə sahibkarlara verilən iqtisadi imkanları daha dayüksəltmək lazımdır.

Regional istehsal infrastrukturunun investisiyalar baxımından iqtisadi və institusional problemləri sırasında bir sıra intellektual bazar seqmentlərinin müəyyən regionlarda genişliklə təşkil edilməməsi, konsaltinq, injiniriq kimi xidmətlərin daha çox mərkəzdən alınması durur. Bu isə onu göstərir ki, regionlarda bazar strukturu tam dolğun spektrdə formalaşdırılması üçün görüləsi işlər vardır. Göründüyü kimi, burada investisiya problemi ilə yanaşı, institusional əlverişlilik mühiti və normativhüquqi baza, vergiqoyma məsələri də az əhəmiyyət daşamır. Qeyd edilməlidir ki, respublikamızda investisiya qoyuluşları haqqında geniş bir qanunvericilik şəbəkəsi formalaşmışdır. «İnvestisiyaların qorunması haqqında», «İnvestisiya fondları haqqında» qanunlar və digər müvafiq normativ-hüquqi aktlar burada fəaliyyətin nizamlanmasında mühüm əhəmiyyətlidir. Lakin bütün bunlar qloballaşma prosesindən qaynaqlanaraq, daim təkmilləşməli və reallıqlarla adekvatlıq təşkil etməlidir. Ona görə də, bu istiqamətdə biznes şəraitinin genişləndirilməsi üçün mühüm olaraq, həm də institusional mühitin yaxşılaşdırılması, bank, kredit, maliyyə-vergi sisteminin daha da təkmilləşdirilməsi ehtiyaclıdır.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma