antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Kartdan karta pulu necə köçürmək olar? (Card to Card) Noyabr 22, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 2:18 axşam
Tags: , , ,

kartochki-chipi4_400.jpg.aspxGünümüzdə card to card başqa adla kart transfer xidmətindən artıq kart sahibləri olan bank müştəriləri də kifayət qədər yararlana bilirlər. Card to card vasitəsilə ATM və informasiya-ödəniş köşklərindən, habelə İnternet Banking xidmətindən istifadə edərək kart hesabları arasında köçürmələr aparmaq mümkündür.

Kartınız vasitəsi ilə həm sizin cari hesabınızdan digər hesablarnıza pul köçürə bilərsiniz, həm də hesabınızdan digər kart sahibinin hesabına pul köçürməsini reallaşdırmaq mümkündür. Amma burda istisna hallarda mövcuddur.

Belə ki, bəzi hallar istisna olmaqla card to card xidmətini eyni prosessinq mərkəzləri daxilində istifadə etmək mümkündür, yəni Express bank milli kart prosessinq mərkəzinə, AG bank isə azərikart prosessinq mərkəzinə aid olduğu üçün bu iki bank arasında card to card xidmətindən istifadə edərək pulun köçürülməsini həyata keçirmək mümkün deyil.

Bundan başqa məsələn Pensiya və müavinət kartları istifadəçiləri də bu xidmət növündən yararlana bilmirlər. Həmin kart növlərinin sahibləri yalnız köçürməni alan tərəf qismində çıxış edə bilərlər. Pensiya və müavinət, fərqli prosessinq mərkəzlərinə aid olan kartlar, habelə biznes kartlar istisna olmaqla, Bankın müştərilərinə məxsus kartların (yeni buraxılan və yenidən hazırlanan) xidmətə qoşulması avtomatik olaraq aparılır.

Əgər siz biznes kart istifadəçisinizsə, karttransfer xidmətinə qoşulmaq üçün kartı aldığınız Bankın müştəri xidməti strukturuna müraciət etməlisiniz, kartının xidmətə qoşulmağına dair razılıq məktubunu təqdim etməli və xüsusi ərizə formasını doldurmalısınız. Amma bəzi banklarda biznes kartları üçün xidmətə qoşulma qaydaları fərqli ola bilər.

Pul vəsaitini bir kart hesabından digər kart hesabına köçürmək üçün Siz aşağıdakıları etməlisiniz:

  • Plastik kartı ATM-ə daxil edin;
  • Xidmətin dilini seçin;
  • Kartın PIN kodunu daxil edin;
  • Menyuda Card to card, kart transfer,”Pul köçürmələri” funksiyasını seçin;
  • “Köçürüləcək məbləğin valyutasını” seçin;
  • Köçürməni alan şəxsin kart nömrəsini daxil edin; (16 rəqəm)
  • Köçürməni alan şəxsin kartının istifadə müddətini daxil edin; (ay/il, məsələn 02/08)
  • Köçürmə məbləğini daxil edin;
  • Bütün verilənlərin düzgünlüyü təsdiqlənir;
  • Bütün məlumat bankomatın displeyində əks olunacaq. (Əgər sorğuda səhvə yol vermisinizsə, bankomatda “Cancel” düyməsini basın və bütün verilənləri yenidən daxil edin).

Xidmət üzrə komisyon haqlarına gəldikdə isə aşağıdakı cədvəldən hər bankın komisyon haqqına nəzər yetirə bilərsiniz. Əgər siz fərqli valyuta məbləği çəkmək istəsəniz məbləğdən konvertasiya üzrə komisyon tutulur.

«AzeriCard» prosessinq mərkəzi

Bankın adı

Ödəyən kartın xidmət haqqı

min. xidmət haqqı

Azərbaycan kredit bankı

0,15%

0.20 AZN/USD/EUR

AG bank

0,20%

  0.40 AZN/USD/EUR

Bank of Azerbaijan

0,20%

0.50 AZN/USD/EUR

Nikoyl bank

0,20%

1 AZN/USD/EUR

Bank Respublika

0,25%

0.3 AZN/USD/EUR

Xalq bank

0,50%

0,20 AZN/USD/EUR

Bank Avrasiya

0,50%

0.20 AZN/USD/EUR

Rabitə bank

 0.50%

0.40 AZN/USD/EUR

Amrah bank

0,50%

0,40 AZN/0,50 USD

Paşa Bank

0,50%

 0.50 AZN/USD/EUR

Para bank

0,50%

0.50 AZN/USD/EUR

Ata bank

0,50%

0.50 AZN/USD/EUR

Bank Standart

0,50%

1 AZN/USD/EUR/GBP

NBC bank

0,50%

1 AZN/USD/EUR

Azərbaycan Beynəlxalq Bankı

0,65%

0.6 AZN/0.66 USD/0.54 EUR/0.4GBP

Turan bank

1,00%

0.8 AZN / 1 USD

Muğan bank

1,00%

1 AZN/USD/EUR

«Milli kart» prosessinq mərkəzi

Bankın adı

Ödəyən kartın xidmət haqqı

min. xidmət haqqı

Dəmir bank

0,15%

0,15 AZN / USD / EUR  / GBP  / 0,30 TRY / 0,60 AED

Access bank

0,20%

0.20 AZN/USD/EUR

Bank of Baku

0,20%

 0.25 AZN/USD/EUR

ASB

0,20%

1 AZN/USD/EUR

Kredo bank

0.3-0.5%

0.50 AZN/USD/EUR

Express bank

0,50%

1 AZN/USD/EUR

Unibank

0,50%

1 AZN/USD/EUR

Azər Türk bank

 1%

0.25 AZN/USD/EUR

“Kapital Bank” prosessinq mərkəzi

Bankın adı

Ödəyən kartın xidmət haqqı

min. xidmət haqqı

Kapital bank

0,10%

 0.4 AZN, EUR, 0.5 USD

“Texkart” prosessinq mərkəzi

Bankın adı

Ödəyən kartın xidmət haqqı

min. xidmət haqqı

Bank Technique

0,30%

0.80 AZN/USD/EUR

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/2844-kartdan-karta-pulu-nec-koecuerm-k-olar

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma