antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

SMS xəbərdarlıq xidmətinin mahiyyəti Noyabr 28, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 2:06 axşam
Tags: , , , ,

sms bankƏgər siz də telefonunuzdan bank kartınızın vasitəsi ilə aparılan bütün əməliyyatları barədə məlumat almaq istəyirsinizsə, onda SMS xəbərdarlıq xidmətindən istifadə edin. SMS xəbərdarlıq xidmətinin əsas üstünlüklərindən biri kartınız itdikdə və ya kartınızla naməlum əməliyyat reallaşdırılsa sizə sms xəbərdarlıq mesajı gəlir ki, siz də bu vasitə ilə məsələn dələduzluq əməliyyatlarının qarşısını ala bilirsiniz.

“AzəriKard” və “MilliKart” prosessinq mərkəzlərinində SMS xəbərdarlıq xidməti mövcuddur ki, bununla yanaşı hər 2 sistemdə olan bu xidmətin həm oxşar, həm də fərqli xüsusiyyətləri mövcuddur.

“AzəriKard” prosessinq mərkəzinə aid olan bankların plastik kart sahibisinizsə « SMS Notifications » xidmətdən istifadə edə bilərsiniz. Mobilbank xidmətinin hissəsi olan SMS xəbərdarlıq bank kartın sahibini onun kartı vasitəsi ilə aparılan bütün əməliyyatları haqqında SMS mesajı vasitəsi ilə xəbərdarlıq deməkdir. SMS xəbərdarlıq xidməti vasitəsi ilə siz kart hesabınıza daxil olan vəsaitlər – əmək haqqı ödənişləri, pul köçürmələri və.s. barədə dərhal məlumat alacaqsınız, kart hesabınız üzrə dünyanın istənilən ölkəsində, istənilən xidmət və ya satış müəssisələrində aparılan əməliyyatlar üzrə əməliyyat aparılandan sonrakı bir neçə dəqiqə ərzində SMS alacaqsınız.

Xidmətə qoşulma çox sadədir, istənilən ATM-dən günün istənilən vaxtı etmək olar. Xidmətə qoşulma tamamilə pulsuzdur.

« SMS Notifications » xidmətinə qoşulmaq üçün aşağıdakı qaydalara əməl edin:

  • Kartınızı bankomata daxil edin vә PİN-kodunuzu yığın;
  • Bankomatın ekranında açılan menyuda veriləcək təlimatların dilini seçin (AZӘRBAYCAN, РУССКИЙ və ya ENGLISH);
  • Әsas menyuda ÖDӘMӘLӘR düymәsini seçdikdәn sonra açılan pәncәrәdә XİDMӘTLӘR seçin;
  • SMS NOTIFICATIONS seçdikdәn sonra öz nömrәnizi daxil edin. Daxil etdiyiniz nömrә düzgündürsә, davam etmәk üçün müvafiq düymәni basın;
  • Sistem sәhv daxiletmәlәrin qarşısını almaq üçün Sizdәn mobil telefon nömrәnizi bir daha daxil etmәyinizi istәyәcәk. Nömrәnizi bir daha daxil edin ve açılan pәncәrәdәki nömrәnizi yoxlayaraq, düzgündürsә TӘSDIQ ET düymәsini seçin;
  • Tәsdiq әmәliyyatından sonra mobil telefonunuza xidmәtә qoşulduğunuzu bildirәn SMS mesajı gәlәcәkdir. Mesaj almadıqda AzәriKard şirkətininYardım Xidmәtinә zәng edin

Sistemə qoşulduqdan sonra qoşulan telefona SMS mesaj göndərilir. Müştəri SMS mesajı almadıqda AzəriKard müştəri xidmətlərinə zənq etməlidir.

“MilliKart” xidmətlərimizdən biri olan “SMS banking” xidməti vasitəsi ilə kart sahibləri mobil telefonlar vasitəsi ilə “MilliKart”-ın sisteminə müvafiq SMS mesajlar (sorğular) göndərir və bu sorğulara cavab olaraq sistem tərəfindən müvafiq məlumatlar göndərilir. Kart sahibi SMS xidmətinə qoşulan andan müştərinin mobil telefonuna:

“Təbrik edirik”, “Siz GSM banking sisteminde qeydiyyatdan kechdiniz”

(müştərinin adı, soyadı) sorğusu daxil olur.

Sorğular “MilliKart” tərəfindən göstərilən mobil telefon nömrəsinə göndərilməlidir. “MilliKart”-ın sistemindən müştərilərə mütəmadi olaraq qeydiyyatdan keçmiş müştəriyə avtomatik olaraq sistem ATM və POS terminallarında etdiyi tranzaksiyalar haqqında məlumat göndərilir.

Müştəri tərəfindən “MilliKart”-ın sisteminə aşağıdakı sorğular göndərilir:

  • CLIST – Kart sahibinin sahib olduğu kartların siyahısını öyrənməyə imkan verir;
  • BALANS – Kart hesabının balansını öyrənməyə imkan verir;
  • STOP (Kart, kart nömrəsi) – Kart sahibinin sahib olduğu kartlarını bloka salınmasına imkan verir
  • STOP (Kart, kart nömrəsi) activate – Kart sahibinin sahib olduğu kartlarını blokdan çıxarılmasına imkan verir;
  • STATUS – Kart sahibinin sahib olduğu kart(lar)ın statuslarını öyrənməyə imkan verir;
  • STATE – Kartla aparılan əməliyyatlar üzrə qısa çıxarışı (son 14 tranzaksiya) əldə etməyə imkan verir;
  • LANG – Bu sorğuya cavab olaraq sistem müştəriyə məlumatları hansı dildə ala biləcəyi haqda məlumat verir;
  • HELP – Sorğuların siyahısını (servislərin) təqdim edir. Bu xidmətlərdən istifadə edə bilərsiniz: Balans, Clist, Help, Lang, State, Status.
  • HELP BALANS – BALANS sorğusundan istifadə qaydasını müştəriyə göndərir;
  • HELP LANG – LANG sorğusundan istifadə qaydasını müştəriyə göndərir;
  • HELP STATE – STATE sorğusunun istifadə qaydasını müştəriyə göndərir.

“MilliKartın” “SMS banking” xidmətinə UniBank, DəmirBank, ASB, ExpressBank, ZaminBank, KredoBank, AccessBank, Azər-Türk Bank,

Naxçıvan Bank, Azərpoçt MMC kimi banklar qoşulmuşdur.

Banklarda SMS Notifications xidməti üzrə tutulan xidmət haqqlarına aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Milli kart

Xidmətin aylıq dəyəri

Access Bank

1 AZN

ExpressBank

1 AZN

UniBank

1 AZN

DəmirBank

1 AZN

ASB

1 AZN

ZaminBank

1 AZN

Azər-Türk Bank

1 AZN

KredoBank

1 AZN

Azeri kart

pulsuz

Rabitə bank

  • Pre-paid abonentlər üçün 1 (bir) SMS-in qiyməti – 22 (iyirmi iki) qəpik
  • post-paid –  abonentlər üçün isə 10 (on) qəpik

Bank Respublika

aylıq xidmət haqqı –  1.30 AZN

Yapi kredi bank

aylıq xidmət haqqı – 0,5 AZN

Xalq bank

aylıq xidmət haqqı – 2 AZN

Para bank

aylıq xidmət haqqı – 1.5 AZN

Mugan bank

aylıq xidmət haqqı – 3 AZN

Ata bank

aylıq xidmət haqqı – 1,20 AZN

AG

aylıq xidmət haqqı – 1 azn + ƏDV

Bank Avrasiya

aylıq xidmət haqqı – 2 AZN

Azerbijan banki

aylıq xidmət haqqı – 1.30 AZN

Turan bank

“ATM SMS Notification enrollment” aktiv etmə -15 AZN

Amrah bank

1sms- 10 (on) qəpik

Azərbaycan Beynəlxalq Bankı

aylıq xidmət haqqı – 1.18 AZ

*cədvəldə post-paid  misal Abunə və pre-paid isə SimSim, GəncSim, BizdənBizə və s. nəzərdə tutulur.

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/2921-sms-x-b-rdarl-q-xidm-tinin-mahiyy-ti

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma