antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Təhsilin inkişaf yolları Noyabr 29, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:08 axşam

Dünyadakı təhsil və onun inkişaf problemləri bütün ölkələr üçün eyni deyil. Belə ki, YUNESKO təhsili ölkələrin sənayeləşdirilmə səviyyəsinə görə 3 kateqoriyaya ayırır:

–        sənayeləşdirilməmiş ölkələrin təhsil sistemi;

–        sənayeləşdirilən ölkələrin təhsil sistemi;

–        sənayeləşdirilməsi qurtarmış ölkələrin təhsil sistemi.

Təhsildə mövcud texnokratik meyllər təhsil sistemində insan tərbiyəsi sahəsində çox böyük inkişaf problemlər yaratdı. Azərbaycanda təhsil sistemində aparılan əsas islahatların istiqamətləri aşağıdakılardır:

  • keyfiyyətinin artırılması,
  • beynəlmiləlləşdirilməsi,
  • idarəetmə mexanizmlərinin yaradılması,
  • kadrların hazırlanması və attestasiya mexanizmlərinin yaradılması
  • təhsil sahəsində aparılacaq islahatların əsas istiqamətləri olub, təcili tədbirlərin görülməsini tələb edir.
  • Təhsilin keyfiyyəti və s.

Aparılmış islahatlar təhsil sisteminin inkişafını dəstəkləyərək ona baza rolunu oynasa da, dövrün problemləri aktual olaraq qalır.  Belə ki, texnolojik inkişaf, təsilin inteqrasiyası, beynəlminəlləşmə və s. bu kimi nüanslar milli təhsilə təsirsiz ötüşmür. Bu cür bölgünü təbii qəbul etmək olar, çünki məhz yüksək texnologiyaların yaradılması, idxal və ixracı, istismarı və b. məsələlər yüksək təhsil səviyyəsi tələb edir. Təhsilin hər iki qolunun (təlim və tərbiyə) keyfiyyət göstəricilərinin qaldırılması ilə bağlı YUNESKO, YUNİSEF və digər bu kimi beynəlxalq təşkilatlar müxtəlif tədbirlər proqraqramları hazırlayır və maliyyələşdirir.

Təhsil sisteminin inkişafı problemlərini konkret sitiasiyalarda təhlil edərək daha dəqiq nəticəyə gəlmək olar. Belə ki, məsələn «intellektualpeşələrin sayı durmadan artmaqdadır və kütləvi xarakter daşıyır. Məsələn, vaxtilə kompüter operatoru peşəsi  yalnız məhdud sayda mütəxəssislər tərəfindən əldə olunduğu halda, indi hər bir ali təhsilli mütə[əssisin kompüter «operator peşəsi»nə yiyələnməsi zəruridir. İstehsalın yeni sahələrində fəhlələrin təhsil səviyyəsinin texniki-mühəndis heyətinin səviyyəsinə yaxşılaşdırılması tələb olunur. Bu isə öz növbəsində:

  • icbari təhsilin minimal səviyyəsinin artırılması;
  • səmərəli  təlim-tərbiyə proqram və metodlarının hazırlanmasnın;
  • pedaqoji kadrların hazırlıq səviyyəsinin yeni tələblər  əsasında qurulmasını, mövcud kadrların ixtisasınınn vaxtaşırı artırılması;
  • məktəbin (məktəbəqədər, ibtidai, natamam orta, peşə, ali peşə) maddi-texniki bazasının və normal fəaliyyəti üçün zəruri iqtisadi mexanizmlərin yaradılması və bununla bağlı normativ-hüquqi sənədlərin hazırlanmasını və s. tələb edir.

Təhsilin səviyyəsinin artırılması təmayülü «elitar» təhsilin «kütləvi» təhsilə çevrilməsini və gənclərin böyük bir hissəsinin ali təhsil almasını tələb edir. Bu isə öz növbəsində başqa problemlər törədir. Çünki təhsilin kəmiyyət ölçüləri (təhsil müəssisələrinin, pedaqoq və tələbələrin sayı və s.) Təhsilin inkişaf səviyyəsinin göstəricisi ola bilməz. Təhsil müddətinin uzadılması, pedaqoq və tələbələrin sayının artırılması sonsuz olaraq davam edə bilməz. Halhazırda inkişaf etmiş ölkələrdə təhsil sistemi «doymuş məhlul»a bənzəyir. Bu meyl Azərbaycanda da özünü göstərir. Təhsilin sisteminin ekstensiv yolla inkişaf etdirilməsi qarşıya daha böyük problemlər çıxarır. Belə ki, təhsil sisteminin ekstensiv inkişafı bir çox hallarda təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Bunun üçün inkişaf etmiş ölkələrdə «funksional savadsızlar»ın sayının artmasını göstərə bilərik. Belə ki, bu «funksional savadsızlar»ın demək olar ki, hamısı 8-9 illik  icbari təhsil almışlar. Lakin inkişaf etmiş ölkələrdə təhsil səviyyəsinin aşağı düşməsi təmayülü hiss olunan kimi ölkənin bütün sosial institutları «həyəcan təbili» çalır. Aydındır ki, Azərbaycanda da tam savadsız və funksional savadsızların miqdarı kifayət qədər çoxdur və artmaqda davam edir. Bunların miqdarını müəyyən etmək üçün müəyyən sorğuların aparılmasına ehtiyac var.

Azərbaycana miras qalmış təhsil sistemi milli təhsil sisteminin inkişafında müəyyən yavaşlamalar və problemlər ortaya çıxarır ki, bunlara  aşağıdakı problemlərli misal göstərmək olar:

  • dövlət təhsil sistemini mərkəzləşdirilmiş sistemlə qaydaya salınaraq idarə edilməsi;
  •  təhsildə bərabərlik prinsiplərinin yenidən işlənməsi;
  • keçmiş iqtisadi əlaqələrin dağılması nəticəsində bir çox peşələrin və «elmlər» öz aktuallığını itirdi;
  • bazar iqtisadiyyatına keçidlə əlaqədar müasir texnologiyaların yaradılması və tətbiqi ilə əlaqədar yeni təhsil proqramlarınınn yaradılması, təhsil sistemində struktur dəyişikliklərin edilməsi;
  • təhsil sisteminin 80-ci illərdən əsası qoyulmuş ekstensiv inkişaf meylləri daha da gücləndi;
  • təhsil müəssisələrinin maddi-texniki təminatı, pedaqoqların sosial müdafiəsi dövlət tərəfindən tam təmin edilmədi və təhsil sisteminin inkişaf etdirilməsi üçün lazım olan yeni sosial-iqtisadi mexanizmlərin yaradılmasında boşluqlar artdı və s.

Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası prosesi labüddür. Bununla yanaşı, keçmiş səhvlərin təkrarı yolverilməzdir. Yəni Azərbaycanda təhsil islahatları apararkən milli mənafelər nəzərə alınmalıdır. Təlim məsəsələlərində (ayrı-ayrı fənlərin tədrisinin plan və proqramlarında, yeni metodların yaradılmasında) Avropa ölkələrinin  əldə etdiyi müsbət təcrübə müəyyən araşdırmalardan sonra ölkə təhsil sisteminə tətbiq oluna bilər. Təhsilin tərbiyə məsəsələlərində  milli özünüdərk və dövlətçilik prinsipləri önə çəkilməlidir. Yüksək vətəndaş mövqeli insanların yetişdirilməsi təhsil sisteminin əsas vəzifəsidir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma