antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Dəbbə nədir və o hansı hallarda tutulur? Dekabr 3, 2012

banking strdafKredit üçün banka müraciət edirsinizsə, aldığınız bu öhdəliyi ödəmək barəsində öncədən düşünmək çox vacibdir. Belə ki, burada müəyyən olunmuş vaxtda krediti borcunu bağlamaqdan başqa, 2 məqam fərqlənə bilər:

  • Ola bilər ki, kredit borcunuzu qısa bir müddətdə bağlaya biləsiniz;
  • Ola bilər ki, kredit borcunuzu maddi vəziyyət səbəbiylə heç müəyyən olunmuş müddətdə bağlaya bilməyəsiniz.

Bəs qeyd olunan bu 2 məqam baş verdikdə, kredit borcunuzun ödənmə prosesinə qədər hansı proseslər baş verir? Bu suala cavab vermək üçün aşağıdakı hər 2 məqama aid konkret situasiyalara nəzər yetirək.

1. İnsanlar ehtiyac yarandıqda banklara kredit üçün üz tuturlar, kreditə ehtiyac qalmadıqda isə krediti vaxtından əvvəl bağlayırlar. Kreditləri vaxtından əvvəl bağladıqda bir neçə nüansı nəzərə almaq vacibdir.

Kredit müəyyən edilmiş müddətdən əvvəl geri ödənsə bunun üçün cərimə hesablanırmı?

Bəli hesablanır və bu cərimə Dəbbə pulu adlanır, hansı ki, siz pulu kredit müqaviləsində göstərilən müddətdən əvvəl ödədikdə tutulan cərimə məbləğidir. Adətən əldə qalan əsas məbləğin təqribən 0.5-1% üzrə hesablanır. Adətən bu cərimə hesablanacaq məbləğin müddəti 6 aya yaxındır, yəni 6 ay və daha çox müddət krediti tez bağlayırsınızsa dəbbə sizə tətbiq olunur. Bu cərimənin məntiqi ondan ibarətdirki, bank hazırda sərəncamında olan vəsaitləri və gələcəkdə alacaq vəsaitləri artıq planlaşmış şəkildə kreditə və ya depozitlərin ödənilməsinə yönəltməyi düşünür –vəsait vaxtında (tez və ya gec) gəlməyəndə bankın likvid vəsait problemi yarana bilər.

Kredit müəyyən edilmiş müddətdən əvvəl geri ödədikdə cərimə hesablanmaması üçün nə edə bilərəm?

Krediti 10 AZN balansda saxlamaqla tam olaraq bağlamamaq. Siz məbləğin çox hissəsini ödəyirsiniz və sonra cüzi məbləğ saxlayırsınızki növbəti aylar faizlər az hesablansın. Bəzi bankların siyasəti və ya proqram təminatından asılı olaraq sizin krediti bağlamağınız barədə onları məlumatlandırmaq lazımdır ki proqram təminatında bu nəzərə alınsın əks hallda proqram təminatı öncədən ödəmələri nəzərə almır, növbəti aylar hesablanmış faizləri sizə gecikmə kimi hesablanır.

Bəs kredit girov üzərindən alınıbsa və ya bank çeklərinin, arayışın mahiyyəti nədir?

Əgər kredit girov qoymaqla əldə edilmişdirsə, mütləq kredit bağlanan zaman bankdan girovun azad edilməsi barəsində məktubun notariat kontoruna göndərilməsini tələb etmək lazımdırki həmən girov azad olunsun.

Ödədiyiniz hər bir ayın çeklərini özünüzdə saxlayın və krediti tam bağladıqdan sonra bankdan arayış alınki sizin həqiqətəndə banka borcunuz qalmamışdır. Bəzi hallar məlumdurki, bank proqramı ucbatından kredit tam bağlanmamış vəziyyətdə qalmış, kreditə faizlər hesablanmağa davam etmişdir. Bu məsələnin düzəlişi sonradan vaxt itkisinə və bəzi hallarda maliyyə itkisinə gətirib çıxarır.

2. Kreditin gecikdirilməsi hamının başına gələ bilər, çünki bəzən bizdən asılı olmayan səbəblər üzündən vəziyyətə nəzarət edə bilmirik. Bəs kredit ödənişinin gecikdirilməsi nə dərəcədə ciddi problemdi?

Banka qaytarmalı olduğunuz məbləğin ilkin götürdüyünuz vəsaitdən dəfələrlə çox olduğunu öyrənsəniz nə baş verər?

Bəlkə eşitmisiniz, hərdən elə qəribə hallar olur ki, kreditə görə ödənişi gecikdirmiş borcalan adama, birdən-birə bəlli olur ki, indi onun banka qaytarmalı olduğu məbləğ ilkin götürdüyü vəsaitdən dəfələrlə çoxdur. Borcalan ona cərimələr ediləcəyindən agah idi və cərimələr ilə birlikdə ödəyəcəyi məbləği təxmini hesablamışdı, amma qarşılaşdığı məbləğ onun hesablamalarını çox üstələyirdi. Belə hadisədən şoka düşən borcalan çox güman ki, bank işçisinin üstünə hücum çəkərək, ondan izahat tələb edəcəkdir. Bank işçisi kalkulyator və kredit müqaviləsi ilə silahlanır. Nəzərə alsaq ki, borcalan müqaviləni imzalayarkən xırdalıqlara o qədər də varmayıb və heç də hər punktu diqqətlə oxumayıb, onda məsələ qəlizdir.

Kredit mütəxəssisi kredit müqaviləsinin aylıq ödənişlərin gecikdirilməsi halında tərəflərin münasibətlərinə aydınlıq gətirən və cərimələrin hesablanma qaydasını əks etdirən punktları bir-bir oxuyaraq və kalkulyator vasitəsi ilə ödəməli olduğunuz məbləği hesablayır. Borcalanın nə qədər təəccübünə səbəb olsa da alınmış rəqəm, məhz onu bir müddət əvvəl şoka salan həmin məbləği göstərir, amma bu vəziyyət bank işçisini heç də təəccübləndirmir, o, elə bu nəticəni gözləyirdi.

Borcumun və gecikmə üzrə hesablanmış cərimə artıq hesablanıbsa mən nə edə bilərəm?

Əlbəttə əgər cərimənin həcmi həqiqətən də bütün mümkün limitləri aşırsa, onda mütləq banka cərimələrin həcmini azaltmaq üçün müraciət etmək lazımdır. Bəzi banklarda müştərinin düşdüyü situasiyadan asılı olaraq cərimələri silə bilərlər. Eyni zamanda mütləq bankın yazılı cavabını gözləmək və bu cavabı mütləq özündə saxlamaq lazımdır. Cavab alındıqdan və bankın rəsmi mövqeyi aydın olduqdan sonra, siz ya borcu olduğu kimi ödəməli olacaq, ya da cərimənin azaldılması tələb ilə məhkəməyə müraciət etməli olacaqsınız.

Qanunda cərimələrin hesablanması ilə qeyd olunurki Bank əgər müqavilədə əks olunubsa cərimə və dəbbə hesablaya bilər . Bu bankın əldən buraxılmış gəliri kimi qiymətləndirilir. Amma cərimələr “ağıla sığacaq” həcmdə olmalıdır. Bu “ağıla sığma” dərəcəsini isə sonda məhkəmə hakimi müəyyən edir.

Kreditlə bağlı problemlərin olmaması üçün nəyi bilmək vacibdir?

İlk növbədə müqaviləni çox diqqətlə oxumaq tələb olunur. Əgər kredit müqaviləsi sizə həddindən artıq çətin görünərsə, onda siz müqavilə şablonunun bir nüsxəsini xahiş edərək, onu evdə diqqətlə oxuyub-araşdıra bilərsiniz. Qeyd etmək lazımdır ki, hələdə müqaviləni demək olar ki, oxumadan imzalayan insanların sayı olduqca çoxdur. Ümumiyyətlə götürdükdə isə insanlar getdikcə daha diqqətli olur, onlar ən azından öz hüquq və öhdəliklərinə daha ciddi yanaşır, bu öhdəlikləri öyrənməyə cəhd edirlər.

Bundan əlavə heç də hamı bilmir ki, bəzi banklar pulun bir hesabdan başqa banka köçürülməsinə və ya ödəniş edilməsinə görə də komisyon haqqı tuturlar, bu isə son məbləğə təsir göstərir. Bəzi banklar cəriməni ilk gündən hesablamır və borcalana bir-neçə günlük möhlət müddəti verirlər ki, o, özü borcunu qaytara bilsin. Və ya vəsaitin köçürülməsi ilə bağlı yanlışlıq olduqda, yəni ödəniş tam həyat keçirilməmiş olduqda (məbləğin bir hissəsinin komisyon haqqına görə silinməsi səbəbindən) bank qalıq məbləğə görə əlavə cərimə faizləri hesablamaya da bilər. Bəzi banklarda bu proses məhsuldan asılı olaraq misal üçün 15 gün sonra cərimələrin vurulması dayandırılır.

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/2980-d-bb-n-dir-v-o-hans-hallarda-tutulur

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma