antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Turizm kreditləri reytinqi (05.12.12) Dekabr 5, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 3:05 axşam
Tags: , , , ,

turizm kreditleriYeni ilin yaxınlaşdığı dövrdə səyahət üçün nağd pulunuz yoxdusa, banka Səyahətçi və ya Turizm krediti almaq üçün müraciət edə bilərsiniz. Banklar üzrə kreditin verilmə şərtləri – illik faiz, ilkin ödəniş, komisyon fərqlidir.Səyahətçi və ya turizm krediti üçün aşağıdakı sənədlər tələb olunsa da, banklar üzrə tələblər fərqlənə bilər:

1) Şəxsiyyət vəsiqəsi
2) Ərizəçinin iş yerindən arayışı
3) Ərizəçinin başqa mənfəət mənbələrini təsdiq edən sənədlər
4) Turzim şirkəti tərəfindən təqdim olunan qaimə-arayış
5) Ərizəçinin xarici passportu

Kreditin məbləğindən asılı olaraq sizdən 3-cü şəxsin zaminliyi tələb oluna bilər.

“Səyahətçi” kartı

Səyahətçi kreditindən başqa siz səyahətçi kartı da əldə edə bilərsiniz. O şərtlə ki, əgər siz son bir il ərzində Şengen, ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və ya Yaponiya vizası almısınızsa, onu “Bank Standard”a təqdim edib və limiti 5 000 AZN/USD/EUR-dək olan “Səyahətçi” kredit kartı əldə edə bilərsiniz. Adı çəkilən kredit məhsulu üzrə kredit, həmçinin “Türk Hava Yolları” şirkətinin “Miles&Smiles” proqramının iştirakçılarına da verilir. Onlar üçün kredit limiti maksimal həddi 10 000 AZN/USD/EUR təyin olunub. Müvəqqəti yaşayış, təhsil və müalicə məqsədli vizalar nəzərə alınmır.

Səyahətçi kartı 5 gün müddətində təhvil verilir. Kartın istifadə müddəti isə 36 aydır. Kartın Master Card Gold/VISA Gold növündən istifadə edə bilərsiniz. Əgər 35 gün ərzində aldığınız pulu karta geri yatırsanız heç bir faiz hesablanmır. Əks halda pul ödənilmirsə onda ödəməli olduğunuz məbləğin 5%-i üzərinə 21% gəlirədək faiz hesablanmağa başlayır.

Pasportun növündən və viza sayından asılı olaraq kredit məbləği dəyişə bilər. Xidməti passportlar üçün 2000 AZN, diplomatic – 3000, 1 viza sahibinə 2000 AZN, 2 və daha çox, multiviza sahibinə 5000 AZN-ə qədər kredit verilə bilər.

N Bankın adı Kreditin adı Məbləğ Max.müddət İllik faiz
1 ASB Səyahət Krediti 5000 AZN 24 ay 24%
2 Bank of Baku Turizm krediti 3000 AZN 18 ay 30%
3 Bank Respublika Səyahət Krediti 5000 AZN 12 ay 34%

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/3007-turizm-kreditl-ri-reytinqi-05-11-12

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma