antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Mobil bank xidmətinin mahiyyəti və üstünlükləri Dekabr 6, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 3:03 axşam
Tags: , , ,

mibolniy bakdGünümüzdə vaxtdan səmərəli istifadənin ən başlıca elementlərdən biri olduğu dövrə mobil bank xidmətindən istifadə uyğun alternativlərdəndir.

Mobilbank xidmətindən plastik kart sahibləri istifadə edə bilər, o şərtlə ki, siz kartınızın aid olduğu bankın mobilbank xidmətini təklif etsin. Mobilbank xidməti ilə siz öz hesabınızı idarə edib aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz:

  • hesabınızda olan balansın yoxlanılması,
  • hesabınızdakı əməliyyatlar haqda hesabatın formalaşdırılması – son 10 əməliyyat,
  • istifadə etdiyiniz enerji haqlarının ödənişi,
  • Azercell mobil şəbəkəsinin istifadəsi haqlarının ödənişi.
  • Kartdan karta pul köçürmələri (Kart Transfer),
  • Şəhər telefonlarda yaranmış beynəlxalq danışıqlar üzrə borcların ödənişi,
  • İnternet borclarının ödənilməsi (ADSL),
  • Elektron aviabiletin ödənilməsi (SW Travel)
  • Hər bir keçirilmiş əməliyyat haqda sms-bildirişin alınması.

Mobilbank xidmətindən plastik kart sahibləri istifadə edə bilər, o şərtlə ki, siz kartınızın aid olduğu bankın mobilbank xidmətini təklif etsin. Mobilbank xidmətini 13 Bank – Azərbaycan Beynəlxalq Bankı,Amrah bank, Bank Respublika, AGBank, AtaBank, Bank of Azerbaijan, Bank Standard, Turan Bank, Silk Way Bank, Nikoyl Bank, ParaBank, Rabita Bank, Xalq Bank təklif edir. Hansı ki, adları sadalanan bu banklar AzəriKart prosesinq mərkəzi aiddir.

Sizin bu xidmətə qoşulmaq üçün köhnə və yeni variant var.

  • Köhnə üsulda“Azercell Telekom” BM müştəri xidmətləri şöbələrindən (Azercell Express) xüsusi SİM-kartı əldə etməlisiniz. Bundan sonra, sizi plastik kartla təmin edən Bankınızın filialına müraciət edərək, müvafiq formanı doldurun. Bank sizi “MobilBank” xidmətləri ilə təmin edəcək və xidmətə qoşulma qaydalarını sizə təqdim edəcək. Bank əməkdaşının sizə təqdim etdiyi “MobilBank” xidmətinə qoşulmaq barədə Ərizəni iki nüsxədə doldurub imzalayın. Ərizədə sizə uyğun olan xidmət növlərini seçin.
  • Yeni üsulda isə Mobil Bank xidmətindən Azercell, Bakcell, NarMobile və Azerfone-Vodafone abunəçiləri qoşula bilərlər. Xidmətə internetə çıxışı olan istənilən mobil telefon vasitəsilə qoşulmaq mümkündür. Xidmətə qoşulma tarixinə müştərinin plastik kartının müddəti bitməmiş olmalıdır. Bankomatdan istifadə edərək qeydiyyatdan keçib üzərində seriya nömrəsi və komponentlər göstərilən çeki çap edin, sonra mobil telefonunuza AzeriKartın saytından bankın uyğun linkindənMIDLET-i köçürün və xidmətdən istifadəyə başlayın. Midlet – Mobil Bank sistemində müxtəlif əməliyyatlar həyata keçirmək üçün xidmətin proqram təminatıdır. Mobil telefonunuzu MobilBank xidmətindən ayırmaq üçün midleti telefonun yaddaşından silmək kifayətdir.

“MobilBank” xidmətindən istifadə edərkən sizdən ödənişlərin aparılması (Ödənişlər menyusu), xidmətlərdən istifadə edilməsi (Xidmətlər menyusu), kart üzrə әmәliyyatların aparılmasına dair bildirişlərin əldə edilməsi əməliyyatlarıüzrə haqlar tutulacaq. “MobilBank” xidmətindən istifadə edərkən,

7112 nömrəsindən alınan hər bir SMS üzrə sizdən aşağıdakı haqlar tutulacaq:

• Pre-paid abonentləri (SimSim, GəncSim,BizdənBizə) – 22 (iyirmi iki) kontur;
• Azercell fakturalı xətt abonentləri – 0.1 AZN. (10 qəpik (ƏDV daxil deyil))

Banklarda xidmətdən istifadə haqqı müxtəlifdir, daha dəqiq məlumat üçün aşağıdakı cədvələ nəzər sala bilərsiniz.

Bank Respublika

10 manat məbləğində illik abunə

Bank Standard

pulsuz

Xalq Bank

10 AZN illik abunə haqqı.

ParaBank

12 AZN illik xidmət haqqı

AGBank

aylıq abunə haqqı 1 AZN + ƏDV.

Bank of Azerbaijan

Pulsuz

Turan Bank

aylıq 1 AZN

Nikoyl Bank

ildə 10 AZN

Azərbaycan Beynəlxalq Bankı

pulsuz

AtaBank

Pre-paid abonentləri– 22 (iyirmi iki) kontur;

Amrah bank

Pulsuz

Silk Way Bank

Pre-paid abonentləri– 22 (iyirmi iki) kontur;

Rabita Bank

Pre-paid abonentləri– 22 (iyirmi iki) kontur;

MobilBank

Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Xidmət siyahısı

  • Kommunal xidmətlərin ödənişi
  • Mobil operator xidmətlərinin ödənişi
  • İnternet provayderlər xidmətlərinin ödənişi
  • Pulun kartdan karta köçürülməsi
  • Kartın bloklaşdırılması
  • Hesabdan çıxarışın alınması
  • Kartın balansı haqqında informasiyanın alınması

Sistemin üstünlükləri

  • Əməliyyatların real vaxt rejimində həyata keçirilməsi
  • Yerləşdiyi yerdən və vaxtdan asılı olmaması
  • SİM kart dəyişmədən xidmətə qoşulma imkanı
  • Banka müraciət etmədən qoşulma imkanı
  • İstənilən mobil operator nömrəsi ilə qoşulma imkanı

Məlumatların təhlükəsizliyi

  • Bütün ötürülən məlumat şifrələnir
  • Xüsusi kitabxanalar ötürülən məlumatın təhlükəsizliyinə zəmanət verir
  • Midlet icazəsiz telefon istifadəsini aradan qaldıran xüsusi PİN kodla təmin olunmuşdur
  • Məlumatlar midletdə saxlanılmır. Hostda yoxlanılır

 http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/3015-mobil-bank-xidm-tinin-mahiyy-ti-v-uestuenluekl-ri

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma