antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Yığım əmanəti Dekabr 11, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 2:58 axşam
Tags: , , , , ,

Ym mantiBu əmanət növü, vəsaitləri məqsədyönlü yığmaqla bərabər, faizlərdəndə faiz qazanmaq imkanı yaradır. “Yığım Əmanəti”, fiziki şəxslərin öz əsas gəlirinin bir hissəsini ayırıb saxlamaq üçün daha əlverişlidir.

Klassik depozit məhsullarından fərqli olaraq yığım əmanətin əsas mahiyyət və məqsədi ondan ibarətdir ki, əmanətçinin əmanət məbləğini hər ay artırmaq imkanı vardır. Məbləğin hər ay artırılması məcburi deyil, yəni bu müştərinin öz seçiminə bağlıdır. Həm də nəzərə almaq lazımdır ki, yığım əmanətində bankın sizə təqdim etdiyi faizlər ənənəvi depozitdən nisbətən aşağı olur. Bankdan asılı olaraq bu faiz fərqi müxtəlif ola bilər. Banklar sizə faizləri hər ayın sonunda götürmək imkanını təqdim edir. Amma nəzərə alsaq ki, bu məhsulun əsas təyinatı pulu müəyyən məbləğə qədər artırmaqdır, onda faizləri hər ayın sonunda deyil, müddətin sonunda götürmək daha çox məsləhətdir. Depozitin faizlərinə bu amil də böyük rol oynayır.

Hər bir bankın məhsulu bir-birindən bir neçə xüsusiyyətinə görə fərqlənir. Bizə vacib olan əsas fərqlər illik faiz, faizlərin hesablanma metodu, müddəti və qoyulan minimum məbləğdir. Sizin üçün ən əlverişlisi yığım əmanətini yerləşdirəcəyiniz bankda faizlərin yüksək olması və kapitallaşma metodu ilə hesablanmasıdır. Bu zaman əmanətin qalığına faizlər hesablanır və bu faizlər sizin yerləşdirdiyiniz əmanətin məbləğini artıracaq. Lakin əksər hallarda yüksək faiz dərəcəsi təklif edən banklar əmanəti yalnız illik faiz dərəcəsi miqdarında artırırlar. Bu səbəbdən düzgün seçim edə bilmək üçün bankların bizə təklif etdikləri şərtləri bilməliyik.

Bankın adı Müddət Valyuta İllik əmanət məbləği
AZN USD EUR
Unibank 12 ay 8% +2% 8% +2% 4% +2% 50 AZN
Dəmir bank 12 ay 9,5% 9% 100 AZN
Access bank 12 ay 9% 7% 4% 50 AZN
Beynəlxalq bank 12 ay 8,8% 200 AZN
Bank Standard 12 ay 8% 9% 4% 500 AZN
Bank of Azərbaycan 12 ay 0,5% 0.5% 1 AZN

Övladınızın gələcəyin indidən təmin edin (Uşaq əmanətlərinin reytinqi)

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/3060-y-g-m-man-ti

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma