antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Özünüzə uyğun kartı seçin – kartların müqayisəsi (Albalı, Extra Card, World Card, Bolkart, Pay kart, Aykart) Dekabr 12, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 2:55 axşam
Tags: , , , , , , , , , ,

credit cardsGünümüzdə müxtəlif xüsusi xidmətlər göstərən plastik kartlardan istifadənin miqyası artmışdır. Bəzi kartlara xüsusi endirimlərlə yanaşı, elə kartlar var ki, həm faizsiz hissə-hissə ödəmyə imkan yaradır, həm də alış-veriş etdikdə bal gətirir. Bəs bunlar arasında fərqlər nədən ibarətdir?

Kartın adı

Nağd çıxarış faizi

Diger post terminaldan istifadə zamanı tutulan faiz

Cərimə faizi

limitin keçməsi halında tətbiq edilən faiz illik

İllik Üzvlük Haqqı

Kartın yenilənmə haqqı 

Bonus

Komisyon

Kartın aktivlik müddəti

Worldcard

28% illik

28%

42% (illik)

40%

25 AZN

7 AZN

5%

2%

5 il

Extra Card 

24% illik *

0%

42% (illik)

0%

0 AZN

10 AZN *

15,5%

1%

3 il

Albalı

5% (hər çıxarış üçün)

0.5% (günlük)

limiti keçmək mümkün deyil

0 AZN

10 AZN

1%

0%

3 il

Bol kart

2.5% (hər çıxarış üçün)

1% (günlük)

limiti keçmək mümkün deyil

0 AZN

5 AZN

0%

0%

3 il

Aykart

200 AZN – 6% (hər çıxarış üçün)

12%

1% (günlük)

limiti keçmək mümkün deyil*

0 AZN

5 AZN

0%

0%

3 il

Paykart Visa classic

1,50%

26%

42% (illik)

limiti keçmək mümkün deyil

17 AZN

10 AZN

15%

1%

1 il

* Nağd çıxarışa güzəşt müddət tətbiq olunur

* Extra Card 31.12.2012 tarixinə qədər pulsuzdur.

* 28 noyabr – 10 dekabr tarixləri arasında İdeal mağazalar şəbəkəsində bir dəfəyə və ya toplam olaraq azı 150 manat və daha çox məbləğində alış-veriş etmiş Bolkart sahibləri növbəti gündən etibarən dekabrın 15-dək kartlarındakı vəsaiti nağdlaşdıra bilər. İdeal mağazalarında göstərilən məbləğdə alış-veriş etmiş Bolkart sahibləri yanvarın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 2,5 %-dir.

* Limiti keçmək ancaq komisyon qalıq qaldıqda mümükündür, bu halda yenədə 6% hesablanır.

Nağd çıxarış faizi – Nağd çəkilişi və nağd istifadə çərçivəsində olan əməliyyatlar üzrə tutulan nağd çıxarış faizi.

Cərimə faizi – Son ödəniş tarixinə qədər minimum ödəniş məbləğindən az ödəniş edildiyi halda, minimum məbləğin ödənilməmiş hissəsi üçün tətbiq ediləcək faizdir.

Limitin keçməsi halında tətbiq edilən faiz illik – Kredit kartınıza ayrılan limiti keçdiyiniz halda, eyni gün keçdiyiniz məbləğə limit keçidi faizi tətbiq olunmağa başlayacaq faiz.

Hissə-hissə ödəmənin əhəmiyyəti nədir?

Bəzən elə olur ki, nə isə almaq istəyiriq ancaq bir başa həmin məbləği ödəyə bilmirik. Bu zaman plastik kartımızdan həmin məbləği çəkə bilərik. Ancaq xüsusi plastik kartlar var ki, taksit kart adlanırlar və bu növ kartları əldə etməklə istədiyimiz əşyanı, geyimi, məişət texnikası, mebel və s. alıb hissə hissə geri ödə bilərik. Ancaq burda 1 nüans var ki, aldığınız mağaza ilə plastik kartınızın aid olduğu mağaza arsında əməkdaşlıq olsun. Əks halda mağazadan hissəli alış –veriş edə bilməyəcəksiz. Məsələn, siz plastik kartınızın aid olduğu bankla tərəfdaş olan ticarət/xidmət yerlərində (geyim, məişət texnikası, kompüter, telefon, mebel, restoran və s.) mal və xidmət alırsınız. Bu zaman aldıqlarınızın dəyərini kartınızla ödəyə bilərsiniz.

Hissə-hissə ödəmənin üstünlükləri varmı?

Hissə-hissə ödəmədə əsas üstünlük bir başa məbləği ödəməyiniz mümkün olmadıqda hissə-hissə ödəmə ilə həmin istədiyiniz əşyanı ala bilməyinizdir. Bundan başqa əksər hallarda aşağıdakıları aid etmək mümkündü:

  • Alış-veriş zamanı hissəli ödəmə;
  • Qiymətdə ola biləcək endirimlər;
  • Güzəşt müddəti və s.

İstifadə etdiyiniz məbləği bərabər hissələrlə ödəmək mümkündür. Bu vaxt heç bir əlavə faiz hesablanmır. Tərəfdaş mağazadan asılı olaraq 1, 3, 6 və ya 12 aya hissələrlə məbləğ ödənilə bilər. Əksər hallarda ayın 10-a qədər kartdan çəkilən məbləğ geri qaytarıldıqda heç bir faiz hesablanmır.

Aykart və Bolkart – taksit kartlarının üstünlükləri nədir?

Taksit kartları yəni hissə-hissə ödənişdə istifadə oluna biləcək kartlar siyahısına Aykart və Bolkart da aiddir. Aykart Dəmirbankın məhsulu, Bol kart isə Bank of Bakının məhsuludur. Bu kartlar vasitəsi ilə alış-veriş etdikdə hissə-hissə faiz ödəmə həyata keçirə bilərsiniz.

Bolkart və Aykartın əsas oxşar cəhətləri:

  • Hər iki kart pulsuzdur – yəni illik üzvlük haqqı yoxdur;
  • Hər iki kart üçün əməkdaşlıq etdikləri bütün təşkilatların əməkdaşları yalnız şəxsiyyət vəsiqəsi ilə kartı əldə edə bilərlər;
  • Əgər əməkdaşlıq edilməyən dövlət və sabit maliyyə durumu olan bütün özəl şirkətlərin əməkdaşları isə iş yerindən arayış və şəxsiyyət vəsiqəsi ilə kartı əldə edə bilərlər;
  • Hər iki kart üzrə günlük cərimə məbləğin 1% olaraq hesablanır;
  • Hər iki kartın istifadə müddəti 3 ildir;
  • Hər iki kartda növbəti ayın 10-a qədər borc ödənməlidir;
  • Hər iki kartı online sifariş etmək mümkündür.
  • Kartın yenilənməsi – Aykart üzrə 5 AZN, Bolkart üzrə 5 AZN;

Bolkart və Aykartın əsas fərqli cəhətləri:

  • Qeydiyyat – Aykartdan fərqli olaraq, Bolkartı 28 MALL və Metropark ticarət mərkəzlərində arayışsız əldə edə bilərsiniz;
  • Maksimal kredit limiti – Aykart üzrə 5000 AZN, Bolkart üzrə 3000 AZN
  • Eyni zamanda mağazalar, hissəli ayların sayı və faizlər üzrə fərqlər mövcuddur.
  • Aykart – Partnyor olmayan mağazada da alış veriş etmək mümkündür. 500 AZN-ə qədər, 6 aya bərabər hissəylə, 12% faizlə ödəmək lazımdır.
  • Bolkartdan ancaq kompaniya, Aykartdan isə hər ay , (ayda bir dəfə) 200 AZN həcmində nağd pul çıxarışı mümkündür.
  • Aykart Mastercard olduğunda dünyada keçərlidir.

Bolkart və ya Aykartı əldə etmək üçün online sifariş verə bilər eyni zamanda, uyğun olaraq Bank of Baku və Dəmir bankın filiallarına müraciət edə bilərsiniz. Bolkart və Aykartdan nağd pul çıxarmaq uyğun olaraq Bank of Baku və Dəmirbankın ancaq elan etdiyi ayrı-ayrı nağdlaşdırma kampaniyaları dövründə mümküdür. Bu zaman nağdlaşdırma üçün komisyon hesablanır. Ayın 10-na qədər kartdan istifadə etdiyiniz məbləği geri qoyduqda faiz hesablanmasa da, 10-dan sonra hər gün üçün günlük cərimə məbləğin 1% olaraq hesablanır.

Aykartın istifadə prosesini daha aydın anlamaq üçün aşağıdakı misala nəzər yetirə bilərsiniz.

Siz Aykart sahibisiniz və kartınızda 2000 manat kredit xətti mövcuddur.

Siz iyul ayında Aykart-la Tərəfdaşlarda 6 aya ödə şərtilə 300 manata geyim, 12 aya ödə şərtilə 1200 manata mebel və 1 aya ödə şərtilə 50 manata tort almısınız. Həmçinin, Bankın bankomatından 3 aya ödə şərtilə 60 manat nağd pul çıxarmısınız. Beləliklə, cəmi istifadə – 1610 manat olub, kartınızda isə – 390 manat qalıb.

Siz avqust ayının 10-u tarixinədək 221 manat 20 qəpik ödəməlisiniz. Bu məbləğə daxildir – geyim üçün 50 manat (300/6=50), mebel üçün 100 manat (1200/12=100), tort üçün 50 manat və nağd pul üçün 21,2 manat (60+6%=63,6/3=21,2).

Banka hər ay ödənilən məbləğ kart hesabına mədaxil olunur və yenidən istifadə edilə bilər. Avqust ayında Banka ödəniş etdikdən sonra kartda 610 manat

(390 + 220) olacaq, nağd vəsaitin istifadəsi üçün taksit komissiyası 1,2 manat olur.

Ödəniş müddətində borca faiz hesablanmır, lakin gecikmə olduqda cərimə faizi hesablanır.

Bolkartın istifadə prosesini daha aydın anlamaq üçün aşağıdakı misala nəzər yetirə bilərsiniz.

Siz 1500 manat limiti olan Bolkart-a sahibsiniz. Oktyabr ayı ərzində mebel mağazasından (“İndi al, 12 aya ödə” partnyoru) 900 manata divan, parfümeriya mağazasından (“ İndi al, 6 aya ödə” partnyoru) 150 manata parfümeriya aldınız.

Eyni zamanda, həmin ay ərzində bankla partnyor restoranda (“ İndi al, 1 aya ödə” partnyoru) cəmi 90 manat dəyərində bir neçə dəfə şam etdiniz (kart hesabınızdakı balansınız 1500-900-150-90=360 manat olur).

Hər 3 halda Bolkart istifadə etdiyiniz üçün Sizin cibinizdən heç bir nağd vəsait çıxmır və noyabr ayının 10-dək aşağıda göstərilən ödənişi edirsiniz:

  • divan üçün 900/12=75 AZN
  • parfümeriya üçün 150/6=25 AZN
  • şam yeməkləri üçün 90 AZN

Beləliklə, cəmi 190 manat. Ödədiyiniz məbləğ növbəti gün kart hesabınızda bərpa olur və Sizin balansınızda istifadə üçün 550 manat (=1500-900-150-90 190) vəsait yaranır.

Bolkartın tərəfdaş mağazalarının siyahısı

Aykartın tərəfdaş mağazalarının siyahısı

Bal gətirən kartın üstünlüyü nədir?

Bal gətirən kartların taksit kartlardan əsas üstünlüyü hissəsi alış-verişlə edərkən həm də balların qazanılmasıdır. Yəni alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini müddətli, faizsiz olaraq hissə-hissə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür. Hissəli alış-veriş zamanı qazanılan ballar, bonuslar istifadəçiləri daha çox cəzb edir. Bonuslar Banklar və ya kartlar üzrə fərqlənə bilər, əsas məqam isə partnyorlar asılı olaraq faizlər fərqli ola bilər.

Məsələn 100 manatlıq alış veriş etdinizsə, 40 gün müddətində ödənildiyində faiz alınmır və onun 3% yəni 3 manatı bonus olaraq hesablanır.
World kart, Albalı kart, Extra Cardlarını fərqli cəhətləri hansılardır?

Bal gətirən kartlara Yapı Kredi bankın – World kartdır, Unibankın – Albalı kart, Azərbaycan Sənayə Bankının isə Extra Cardını misal göstərmək olar.

World kart, Albalı kart, 

Extra Card

ı birləşdirən əsas ortaq məqamlar üçün aşağıdakılara nəzər salın:

  • Hissə-hissə faizsiz ödəmə;
  • Alış-verişdə bal qazanmaq;
  • Yığılan ballardan istifadə.

World kart, Albalı kart, Extra kartları vasitəsi ilə siz partnyor şəbəkəsində edəcəyiniz alış-veriş zamanı bal və hissə-hissə ödəmə imkanlarından faydalana bilər, nəzərdə tutulmuş kampaniyalardan, imtiyazlı əlavə xidmətlərdən istifadə edə bilərlər. Alış-veriş zamanı ümumi məbləğin hər kart üzrə müxtəlif fazilər hesablanaraq bal qazanacaqsınız.

Albalı kartı – World kart və 

Extra Card

ından fərqləndirən əsas məqamlar:

  • Kartın qiyməti – pulsuzdur;
  • Kartın istifadə müddəti – 3 il;
  • Kartın yenilənmə haqqı – 10 AZN;
  • Nağd çıxarılış – ancaq kampaniya müddətində, 200 AZN nağd çıxarılış etmək mümkündür, nağdlaşdırmaya görə bir başa komisyon 5%.
  • Komisyon haqqı – yoxdur;
  • Bonus – 1%-ə qədər bonus əldə edə bilərsiniz;
  • Zamin – tələb olunmur;
  • Yığılan bonuslar – kartı aldığınız filiallara yaxınlaşaraq pulu əldə edə bilərsiniz;
  • Bonus, aylıq hissəli ödəniş, endirimlər – partyordan asılı olaraq dəyişir.

Albalı kartı “28 Mall” Ticarət Mərkəzində “Unibank” tərəfindən quraşdırılan “Albalı kart” stendinə təkcə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşanlaraq ala bilərsiniz. Cəmi bir neçə dəqiqə ərzində, heç bir vəsait ödəmədən balansında 500 AZN olan Albalı kartını istər həmin ticarət mərkəzində, istərsə də başqa alış-veriş məntəqələrində aldığı malın dəyərini hissə-hissə ödəmək imkanı verəcək. 500 AZN-dən yuxarı, 1000 AZN-lik Albalı kartı almaq üçün isə iş yerindən arayış tələb olunur.

Albalı kartın istifadə prosesini daha aydın anlamaq üçün aşağıdakı misala nəzər yetirə bilərsiniz.

Əgər mağaza ilə bankın ödənişin 6 bərabər hissələrə bölünməsinə və hər edilən alış-verişdən 1% bonusun hesablanmasına dair razılığı mövcuddursa, siz 1 may tarixində 100 AZN-lik, 10 may tarixində isə əlavə 140 AZN-lik alış-veriş etsəniz, bu zaman əldə ediləcək toplam bonus məbləği 2.4 AZN təşkil edəcəkdir. 1-10 İyun tarixləri arası ödəniş vaxtıdır və ödəniləcək minimal aylıq ödəniş (100+140)/6=40 AZN təşkil edəcək.

11 İyun tarixində əlavə 60 AZN dəyərində yenidən alış-veriş etsəniz, növbəti ödəniş zamanı (1-10 iyul tarixləri arasında) sizdən tələb olunan minimal ödəniş aşağıdakı qaydada olur: (100+140+60)/6=50 AZN. Hesablanmış bonusların əldə edilməsi üçün kartı əldə etdiyiniz filiala müraciət etməlisiniz.

Albalı kartın tərəfdaş mağazalarının siyahısı

World kart və Extra kart barəsində daha detaylı məlumat üçün zəhmət olmasa aşağıdakı linkdən istifadə edin.

“Bonus sistemi”, PayKart nədir və “Payları” necə qazanmaq olar?

Bank Respublika-nın plastik kartına sahibsinizsə PayKart adlı bonus sistemindən istifadə edə bilərsiniz.

Plastik kartınızla partnyor şirkətlərin şəbəkəsində nağdsız qaydada alış-veriş edərkən, sistemin konkret partnyorundan asılı olaraq – hər alış-verişdə məbləğin 15%-dək sizə bonus şəklində “Pay” verilir. Bu “Pay”lar sizin plastik kart hesabınızda toplanılır. Toplanılmış “Pay”lar partnyor şirkətlərin şəbəkəsində alış-veriş edərkən istifadə oluna bilər. Ancaq yığılan paylarınızı nağd qaydada çıxa bilməzsiniz. Bonus hesabınızın yoxlamaq üçün bankomat, sms, mobilmank, pos terminaldan istifadə edə bilər və ya Bank filiallarına müraciət edə bilərsiniz.

Bank Respublika-nın bütün plastik kartları avtomatik olaraq bu sistemə qoşulub. Paylar qazanmaq üçün əməkdaş mağazadan alış-veriş edərkən, pay qazanmaq istədiyinizi bildirməniz kifayətdir. Əgər plastik kartınızla ödəniş edərkən pay qazanmaq istədiyinizi bildirməsəniz, bu zaman əlavə pay qazanmayacaqsınız.

“PayKart” bonus sistemində üstünlük nədir?

“PayKart” bonus sistemi Bank Respublika-nın bütün plastik kartlarını o cümlədən əmək haqqı layihələrini əhatə edir və bonus “PAY”-larını real pul ekvivalentində partnyor şəbəkəsində toplamağa imkan verir. Bu bonuslar hər əməliyyatdan müəyyən faiz dərəcəsilə toplanır. Hal-hazırda bu faiz dərəcəsi 15%-dəkdir.

Paykartın istifadə prosesini daha aydın anlamaq üçün aşağıdakı misala nəzər yetirə bilərsiniz.

Siz partnyor parfümeriya mağazasından 100 AZN qiyməti olan ətir əldə edirsiniz və bu məbləğin 10% (10 AZN) Sizin plastik kartınıza (bonus hesabınıza) “Pay” bonus şəklində yüklənilir, sonra Siz bu məbləği (10 AZN) başqa bir partnyor kitab mağazasında 10 AZN qiyməti olan kitab əldə etməklə istifadə edirsiniz və daha öz vesaitinizdən ödəniş etmirsiniz – bonuslardan faydalanırsınız, həmçinin Siz ödəmə zamanı məbləğin bir hissəsini bonuslarla, ikinci hissəsini isə əsas vasaitinizdən ödəyə bilərsiniz.

“PayKart” bonus sisteminin tərəfdaş mağazalarının siyahısı

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/3073-bal-g-tir-n-kartlar-v-taksit-kartlar-2

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma