antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

İstehlak kreditləri reytinqi ( 18.12.2012) Dekabr 18, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 2:49 axşam
Tags: , , , , , , ,

kredt istleİstehlak krediti müxtəlif məqsədlərlə alına bilər. Istehlak krediti bankların digər kredit növlərində olduğu kimi müxtəlif şərtlər və tələblərlə ala bilərsiniz ki, kreditin məbləği, faizlər və bankın xidmətindən istifadəyə görə ödənilən haqqın məbləği və s. müxtəlif olur.

Eyni zamanda burda fərdi nüans var ki, bank tərəfindən müəyyən olunmuş faiz dərəcələrinə uyğun olaraq, kreditin ümumi məbləğindən, məqsədindən və müddətindən asılı olaraq hər bir borcalan üçün fərdi surətdə müəyyən edilə bilər. Əksər vaxtlarda isə, sabit gəlir gətirən daimi iş yeri və ya perspektivli biznesə, yaxud müvəffəqiyyətli iş təcrübəsinə və öz kapitalına malik olan müştərilərə üstünlük verilir, eyni zamanda bankla artıq əməkdaşlıq təcrübəsi olan fiziki şəxslərə üstünlük verilir.

İstehlak krediti alarkən siz təminat qismində – daşınan və daşınmaz əmlak, nağd vəsaiti, əmanətlər, zaminliklər, qızıl əşyaları və s. göstərə bilərsiniz.

İstehlak kreditini rəsmiləşdirərkən əksər hallarda sizə aşağıdakı sənəndlər lazım olacaq:

1. Şəxsiyyət vəsiqəniz;
2. İş yerindən arayış (son 6 ayın əmək haqqı və vəzifəsini göstərmək şərti ilə);
3. Girov qoyulmuş əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd və girov qoyanın şəxsiyyət vəsiqəsi;
4. Zamin fiziki şəxs olduğu halda zaminin şəxsiyyət vəsiqəsi və iş yerindən arayış.

Bank tərəfdən fərqli tələblər də irəli sürülə bilinər ki, əslində bank əlavə sənədləri tələb etmək səlahiyyətinə malikdi. Məsələn, kredit müqaviləsi bağlanarkən borcalanın girov təminatının sığorta predmeti üçün girov məbləğinə və kredit müddətinə sığorta müqaviləsinin olması vacibliyi və s.

İstehlak kreditlərinin əsas mənfi cəhəti digər kredit növlərindən fərqli olaraq illik faiz daha yüksəkdir. Buda onların riskli olması ilə əlaqədardır.

Banklar üzrə ən uyğun istehlak kreditini seçmək üçün aşağıdakı cədvələ nəzər yetirməyiniz kifayətdir:

Bankın adı

Məhsulun adı

Məbləğ

Müddət

Faiz

Komisyon

1

Azər- Türk bank

         İstehlak krediti

50 000 AZN

3 il

22%

2

Ata bank

İstehlak krediti (Universal)

5000 AZN

2 il

24%

2,50%

3

Kapital Bank

İstehlak krediti

3000 AZN

1 il

24%

1,50%

4

Yapı kredi bank

Fərdi Ehtiyac Krediti

1 000 AZN

3 il

24%

3%

5

AFB bank

İstehlak krediti

10 000 AZN

2 il

25%

2%

6

Bank Standart

“Universal” istehlak krediti

10 000 AZN

2 il

25%

2%

7

AG bank

İstehlak krediti

50 000 AZN

2 il

26%

1%

8

Unibank

İstehlak krediti

5 000 AZN

2 il

27%*

3%

9

Bank of Baku

İstehlak krediti

5000 AZN

3 il

28%

4%

10

Turan bank

Kiçik həcmli istehlak kreditləri

3 000 AZN

2 il

28%

5%

11

Xalq bank

Digər şəxslərin zaminliyi ilə istehlak krediti

10 000 AZN

2 il

28%

0.10%

12

Amrah bank

İstehlak krediti

5 000 AZN

1 il

30%

3%

13

Rabitə bank

İstehlak krediti

 5 000 AZN

3 il

30%

1,50%

14

Bank Respublika

İstehlak krediti

5 000 AZN

18 ay

32%

2.50%

15

Para bank

“Peşəkar” krediti

7 000 AZN

 1 il

36%

3%

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/3135-istehlak-kreditl-ri-reytinqi-18-12-2012

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma