antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Sizi başqalarından fərqləndirən kartlar Dekabr 20, 2012

karti spec

Kartın adı

Aid olduğu Bank

Əsas fərqi

İllik xidmət haqqı

Əlavə

MasterCard World Signia

AG Bank

rusdilli konsyerj

600 AZN

Premium paket halında almaq olur ancaq

Visa Business

korporativ kart

68 AZN

Biznes xərcləri üzrə ödənişlər əvvəlcədən tələb olunmur.

Visa Business

Access Bank

korporativ kart

35 AZN

Hesab üzərinə limitin təyin edilməsi;Əməkdaşların xərclərinə nəzarət;Təhlükəsizlik

PrestigeClub Business

ASB Bank

korporativ kart

10 AZN

endirimlər

VİSA Bussines

ATA Bank

korporativ kart

30 AZN

Korporativ hesab manat, ABŞ dolları və avro ilə açıla bilər

MC Unembossed

Bank of Baku

1000 AZN yuxarı məbləğlər üçün komisyon haqqı tutulmur

8 AZN

Növü – debet kart

Visa Deposit

Depozit faizlərinin alınması

8 AZN

bankda deposit yerləşdirmiş əmanətçilərə əldə edə bilər.

Alumni

Bank Standard

Kreditlər yalnız dünyanın 200 ən yaxşı ali məktəblərin məzunlarına verilir.

45 AZN

Güzəşt müddəti (grace period) – 45 gün

İpoteka

“Bank Standard”dan ipoteka krediti almış müştərilər üçün

45 AZN

Kreditin maksimal həcmi müştərinin 5 aylıq əmək haqqının ümumi məbləği ilə məhdudlaşdırılır.

Visa Business

korporativ kart

20 AZN (USD, EUR)

Çip texnalogiyası əsasında hazırlanan kartlarda qiymət fərqi var.

VISA Countdown

DəmirBank

beynəlxalq endirim kartı

20 AZN

dünyanın 34 ölkəsində, 100 000-dən çox, Azərbaycanda isə 100-dək ticarət-xidmət mərkəzlərində 3%-dən 50%-dək endirimlər təqdim olunur.

MobilKart

mobil nömrələrinə bank tərəfindən vəsaitin hesablanması

15 AZN

Mobil operatorlar – Azercell, Bakcell, NarMobile.

Visa Affinity Classic

Kapital Bank

“Hər qəlbdə yerimiz olsun!” devizi altında keçirilən     aksiya

20 AZN

illik kartlar üzrə xidmət haqqlarının 50 % talassemiyalı körpələrin müalicəsi üçün “Savab Dünyası” Talassemiya Assosiasiyasının hesabına köçürüləcək.

Visa Affinity Gold

40 AZN

Visa Affinity Platium

50 AZN

Master Card Salary

NBC Bank

əmək haqqı kartı

10 AZN

əlavə kart almaq mümkün deyil

Master Card VIP

VİP kart

100 AZN

Kart sifarişi 3 iş günü ərzində icra olunur.

Visa Business

korporativ kart

80 AZN

Korporativ hesab əməkdaşlar üçün açıla bilər

Visa İnfinity

Para Bank

ekslüziv imtiyaz və üstünlüklərdən istifadə

500 AZN

   VİP və imkanlı, əmanət yerləşdirmiş şəxslər və kredit xətti sahibləri, orta və yuxarı menecment pilləsinin işçiləri və s. üçün

Master Card Business

Rabitə bank

korporativ kart

40 AZN/

USD/EUR

Şirkət əməkdaşları

Visa İnfinite

Unibank

eksklüziv xidmətlərin göstərilməsi

300 * AZN /

USD / EUR / GBP

Fərdi seyf qutuları – 50% güzəşt

Visa İnfiniti

Beynəlxalq Bank

ən imtiyazlı məhsulu

250 AZN

konsyerj servisi

World Singia

fərdi bankir və konsyerj-servisi

250 AZN

xidmətlər, endirimlər, hədiyyələr

Subaru Card

Bank Respublika

standart

0 AZN

İlkin mədaxil məbləği 100 AZN

* 2 illik kartdı

Xüsusi kartlar dedikdə həyatın bir-birindən fərqli məqamları, fərqli situasiyaları, fərqli şəxslər üçün özəl olan kartlar nəzərdə tutulur.

Bu növ kartları qruplaşdırsaq aşağıdakı əsas qrupları görə bilərik.

Biznes kartlar

Korporativ kartlara aid olan MasterCard Business və ya VISA Business xidməti xərclərin ödənilməsi üçün nəzərdə tutulan korporativ kartlara aiddir. Tez-tez təşkil olunan xidməti ezamiyyətlər, ofisdən kənarda müştərilərlə və partnyorlarla keçirilən təqdimatlar və görüşlər çoxlu xərclər tələb edir ki, bu korporativ kartlar da bu sıradan olan situasiyalar üçün nəzərdə tutulub. Kart şirkət hesabına bağlı olaraq işləyir və rəsmi icazə altında istifadə oluna bilər. Bu səbəbdən də kart sahibi – fiziki şəxs olsa da, kart borclusu – hüquqi şəxsdir.

Əgər şirkət, birdən çox əməkdaşına kartdan istifadə haqqı vermək istəsə, hər şəxs üçün ayrı-ayrılıqda, rəsmi tələb açılmalıdır. Hər kartın üzərində, kartı işlətmək hüququnda olan əməkdaşın adı yazılır.

Bu növ kartlardan istifadə istər təşkilatlar, istərsə də onların əməkdaşlarına bir çox üstünlüklər verir. Şirkət əməkdaşlarına, şirkət adına istifadə ediləcək otel, təmsil etmə, nəqliyyat, səyahət və s. xərclərində şirkətə mühasibat rahatlığı və xərclərin idarə edilə bilməsi imkanı yaradaraq, əməkdaşlarının həyata keçirdiyi bütün əməliyyatlara nəzarət etməyə imkan verir və bununla da xərclənmiş vəsaitlər üzrə hesabatların hazırlanması prosesi uzanmır, əksinə xərclərin şəffaflığı təmin edilir.

Korporativ kartların oxşar xüsusiyyətləri:

  • Təsərrüfat fəaliyyəti ilə əlaqədar xərclərin, ezamiyyət və s. xərclərinin ödənilməsi;
  • Ezamiyyətlər zamanı məbləğlərə nəzarət edilməsi;
  • Çoxsaylı qəbzlərin hesablanmasına vaxtın sərfi azaldılır;
  • Sadələşdirilmiş mühasibat uçotu;
  • İşgüzar və şəxsi xərclərin ayrılması;
  • Müxtəlif ölkələrdə vəsaitlərdən istifadə;
  • Vaxt və ehtiyatlara qənaət edilir;
  • Korporativ hesab manat, ABŞ dolları və avro ilə açıla bilər;
  • Hesab üzərinə limitin təyin edilməsi;
  • Partnyorlarla kredit sazişlərinin müzakirəsinə ehtiyac olmur;
  • Əməkdaşların xərclərinə nəzarət;
  • Ödənişlər üçün imkanların seçimi təklif olunur.

MasterCard World Signia

MasterCard World Signia kartı sizə – yəni sahibinə xüsusi xidmətlər təklif edir. Bunlardan biri rusdilli konsyerj xidmətidir ki, əksər problemlərin həlli üçün kartınızın üzərində göstərilən telefon nömrəsinə zəng etməyiniz kifayətdir. Misal olaraq, restoranda masanın, biletlərin alınması və s. xidmətlər göstərilir.

Signia kartları əksər hallarda aşağıdakı xidmətlərlə fərqlənir:

  • Biletlərin və s. əvvəlcədən sifarişi və onlar haqqda məlumat;
  • Avtomobillərin icarəsi;
  • Xüsusi sürücü;
  • Hava limanında qarşılama;
  • Tərcüməçi;
  • Hədiyyələrin çatdırılması
  • Məktubların çatdırılması
  • Maraqlı ekskursiyaların təşkili;
  • «işgüzar» xidmətlər və s.

World Signia kartının üz hissəsində Sizin şəxsi imzanızın «qızılla» nadir şəkildə həkk olunması sahibinin statusunu qeyd edir və onu nüfuzlu kartların az saylı digər sahiblərindən fərqləndirir. World Signia kartı ilə həm də güzəşt və bonuslar qazana bilər, eyni zamanda fərdi menecerin pulsuz xidmətindən istifadə edə bilərsiniz.

Visa İnfinite

Visa Infinite kartları – Visa International ödəniş sistemi kartlarından ən imtiyazlı məhsuldur. Belə ki, bu kartların VİP, imkanlı müştərilərə, əmanət yerləşdirmiş və kredit xətti sahibləri, eyni zamanda təşkilatların yuxarı pilləli əməkdaşlarına və s. verilməsi nəzərdə tutulur. Əlavə olaraq, bu kart vasitəsi ilə müxtəlif rezervasiyalar və bu istiqamətdə məlumatın alınması, aviabiletlərin və hotel qeydiyyatı, əyləncəli tədbirlərə biletlərin sifarişi; hədiyyələrin, sənədlərin çatdırılması , tərcümə xidməti, avtomobil kirəyəsi, hesabınız və hesabınızdakı valyutaların məzənnələri və bütün əməliyyatlar haqqında məlumat və s. həyata keçirə bilərsiniz.

Affinity kartları

Affinity kartları ,VİSA International və “Savab Dünyası” Talassemiya Assosiasiyası ilə birgə təşkil edilmiş xeyriyyə aksiyası çərçivəsində buraxıb. “Hər qəlbdə yerimiz olsun!” devizi altında keçirilən bu aksiya zamanı Affinity Bank kartların satışından əldə olunan gəlirlərin, yəni illik kartlar üzrə xidmət haqqlarının 50 % talassemiyalı körpələrin müalicəsi üçün “Savab Dünyası” Talassemiya Assosiasiyasının hesabına köçürüləcək.

VISA Countdown

VISA Countdown beynəlxalq endirim kartıdır və dünyanın 34 ölkəsində 50%-dək endirimlə əldə edə bilərsiniz, Azərbaycanda isə 100-dək ticarət-xidmət mərkəzlərində 3%-dən 50%-dək endirimlər təqdim olunur. Bütün dünyada, endirim təqdim edən ticarət-xidmət mərkəzlərində Countdown loqotipi ilə stikerlər yapışdırılıb. Endirimdən istifadə etmək üçün Countdown kartı ilə nağdsız ödəniş etmək məcburi deyil, sadəcə kartı göstərmək kifayətdir.

Countdown proqramı üzrə endirim təqdim edən ölkələr:

  • Avropa – Avstriya, Belçika, Böyük Britaniya, Hollandiya, Yunanıstan (həmçinin Krit), Danimarka, İrlandiya, İspaniya (həmçinin Kanar adaları), İtaliya, Kipr, Lüksemburq, Malta, Moldova, Portuqaliya, Rusiya, Türkiyə, Fransa, İsveçrə, Ukrayna;
  • Asiya – Hindistan, İndoneziya, Çin (həmçinin Tayvan), Malayziya, Sinqapur, Tailand, Filippin, Cənubi Koreya;
  • Şimali və Cənubi Amerika – Kanada, ABŞ;
  • Afrika – Mərakeş, Tunis;
  • Avstraliya və Okeaniya – Avstraliya, Yeni Zelandiya.

Countdown endirim kartının sahibləri aşağıdakı qaydalara riayət etməklə endirimlərdən istifadə edə bilərlər:

  • Kartın üzərində sahibinin imzası və kartın etibarlılıq müddəti qeyd olunmalıdır.
  • Endirimlər yerli valyutada 10 ABŞ dollarından yuxarı ekvivalent məbləğdə olan alış zamanı təqdim edilir.
  • Alış zamanı kartı ticarət-xidmət mərkəzinin kassasında (qiymətin hesablanmasından əvvəl) satıcıya təqdim etmək lazımdır. Restoranlarda isə yemək sifariş etməzdən qabaq, çünki sifariş sonradan dəyişdirilə bilməz.
  • Restoranlarda nahar edənlərin sayı 4 nəfərdən çox olmadıqda endirim verilir.
  • Otellərdə faks və ya telefonla otaq bron etməzdən əvvəl (qalma vaxtından 2 həftə əvvəl) ödəmənin Countdown kartı ilə nağdsız ediləcəyini bildirmək lazımdır.

Visa Deposit kartı

Visa Deposit kartı – bankda deposit yerləşdirmiş əmanətçilərə əmanət üzrə faizlərinin komissiya ödəmədən əldə etmələri üçün nəzərdə tutulmuşdur. Bundan başqa əmanətçi olaraq siz kart hesabınıza öz əlavə vəsaitlərini də yerləşdirə bilərsiniz.

“Alumni” kredit kartı

Kreditlər yalnız http://www.timeshighereducation.co.uk/world-university-rankings/2010-2011/top-200.html saytının təsnifatına uyğun cari dünyanın 200 ən yaxşı ali məktəblərin məzunlarına verilir. Xaricdə oxuyub bakalavr və ya magistr dərəcəsini əldə etmisinizsə, və ya hazırda təhsilinizi doktoranturada davam etdirirsinizsə onda bu kartdan istifadə edə bilərsiniz.

“İpoteka” kredit kartı

İpoteka kredit kartı Bankdan ipoteka krediti almış müştərilər üçün nəzərdə tutulub. “İpoteka” kartının verilmə şərtləri həm dövlət ipoteka proqramını (Azərbaycan İpoteka Fondunun xətti ilə), həm də bankın kommersiya yönlü özəl ipoteka kreditlərini,əhatə edir.

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/3193-sizi-basqalar-ndan-f-rql-ndir-n-kartlar

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma