antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Sosial sahələrin menecmenti Dekabr 25, 2012

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 10:38 səhər

Rəhbərliyin və ona xidmət edən menecmetin əsas keyfiyyəti kimi onların sosial sfera ilə qarşılıqlı əlaqəsi çıxış edir. İnkişaf etmiş ölkələrdə sosial sfera ilə qarşılıqlı əlaqə məsələsi menecer və rəhbərlərin sosial məsuliyyətinə  çevrilmişdir. Təşkilatın sosial cəhətdən məsuliyyətli olmasını təsdiq etmək üçün ictimai mühitdə münasibətdə onun özünü necə aparması haqqında iki  nöqteyi-nəzər mövcuddur . Birinci nöqteyi nəzərə görə təşkilat mənfəəti maksimum artırdığı halda sosial məsuliyyətli hesab olunur. Bu halda o qanunların tələblərini və dövlət tənzimlənməsi normalarını pozmur. Başqa sözlə sırf iqtisadi məqsədlər güdür. Digər nöqteyi nəzərin mahiyyəti ondan ibarətdir ki, təşkilat ancaq iqtisadi məqsədlər güdməməlidir. Həm də öz işgüzar fəaliyyətlərində işçilərə ,istehlakçılara və yerli  icmalara təsir edən insan və sosial amilləri nəzərə almalıdır. Həmçinin onun fəaliyyətinin həyata keçirdiyi mühitin sosial problemlərinin həllinə müəyyən pozitiv təsir də göstərməlidir.Bu nöqteyi nəzər belə bir  fikri əks etdirirki, ictimayyət böyük təşkilatlardan yalnız iqtisadi nəticələr deyil eyni zamanda cəmiyyətin sosial məqsədləri nöqteyi nəzərdən ciddi nailiyyətlər gözləyir.  P.Drukerin yazdığı kimi-bu ifadəyə əsaslanmaq olmaz ki, şəxsi maraqlar cəmiyyətin xeyrinə aparır və şəxsi maraqlar cəmiyyətin xeyri ilə heç bir əlaqəsi yoxdur.Əksinə o, menecerdən cəmiyyət qarşısında öhdəliklərinin olduğunu və öz fəaliyyətində etik standartlara riayət etməsini tələb edir.O eyni zamanda öz şəxsi maraqlarını və gümanını saxlamalıdır əgər bu cəmiyyətin xeyrinə gətirmirsə. Mühit təşkilatın qarşıya qoyduğu məqsədlərin nail olmasına güclü təsir göstərir. İstənilən təşkilat əlaqələr asılılıq daxili və xarici təsir olan sosial – iqtisadi sistemdə yerləşir. Onlara sosial-iqtisadi sferalar kimi təssəvür etmək olar. Təşkilat  həmin sferalarda baş verən hadisələrlə asılıdır və özüdə onlara tərir edir baxmayaraq ki, menecer və rəhbər bunu dərk edir.Təşkilat öz xeyirli  yatırımlarını vətəndaşların həyatına daha doğrusu cəmiyyətə  yatırır dövlət hazırlanmış və təklif olunuş məhsullar vasitəsi ilə həyat tərzinin  inkişafına və təminatına nail olur.Vəndaşların və cəmiyyətin həyat təlabatına cavab verən ,problemləri aradan qaldırmağa imkan verən  və əmtəə və xidmətlərin təklifi üçün təşkilata müstəqil hüquq vermək lazımdır.Bu sosial cəhətdən xeyirlidir əgər buraxılmış məhsul keyfiyyətlidir və bazar standartlarına cavab verir .İnsanlara ,onların həyat fəaliyyətlərinə ,cəmiyyətə ,təbiətə və hökümətə ziyan vurularaq əldə olunan gəlir yol verilməzdir. Hüquqi məsuliyyətdən fərqli olaraq sosial məsuliyyət təşkilat tərəfindən sosial problemə könüllü olaraq reaksiya verilməsinin müəyyən səviyyəsini nəzərdə tutur.Bu reaksiya qanunla  və ya tənzimləyici orqanların tələbləri iləmüəyyən edilməyən məsələlərə münasibətdə özünü göstərir.Məsələn, təşkilat idman yarışlarının teatr quruluşlarının sponsuru kimi çıxış edə edirlər.Amma, eyni zamanda o, istehsalatın ekoloji tələblərini gözləmədən saxta reklam tədbirləri yaymaqla qanunları poza bilər.Təşkilatın belə davranışını hətta hüquqi cəhətdən də məsuliyyətli hesab etmək  olmaz.

Menecerin və rəhbərin sosial sfera ilə qarşılıqlı əlaqəsində ən vacib fəaliyyəti hökümət və yerli özünü idarəetmə orqanları ilə əməkdaşlıq etmə onların sosial məşğulluq məsələlərinin həllində yaxından iştirakı, təhsil ,tibbi kömək, invalid və veteranlara kömək ,həyatın yaxşılaşdırılması üzrə proqramlara vacib olan elementar maddi və maliyyə dəsdəyinin göstərilməsi, təhlükəsizliyin ,mədəniyyətin inkişafında  və s. Tədarükçülərlə, partnyorlarla , digər kommersiya təşkilatları ilə və profsayuzlarla əməkdaşlıq etmək də vacibdir.Vətandaşların həyatına, ekologiyaya, ətraf mühitə, havaya, suya ,torpağa ,yollara(məs:onların üzəri ilə ağırtonnajlı yük maşılarının sürülməsi) ziyan verən  çətin təmizlənən tullantıların ətrafa atılması imkan verilməzdir.Çətin ki, elə bir menecer tapılsın ki ,o ətraf mühitin çirklənməsini keyfiyyətsiz əmtəələr buraxılmasını və  istehlakçıların aldadılmasını ürəkdən istəsin və bu işə rəvac versin Heç kim həttə xüsusi sahibkarlığın ən maharətli opponentləri özlərində cəsarət tapıb təstiq edə bilməzlər ki, menecerlər ona görə özlərini belə məsuliyyətsiz aparırlar ki, bu onların xoşuna gəlir.Çox vaxtı deyirlər ki cəmiyyət qarşısında məsuliyyət mənfəətin qurban verilməsinə gətirb çıxarır.Cəmiyyətin həyatında baş  verən dəyişiklər elmi-texniki və sosial inkişafı aktivləşdirməklə əmək fəaliyyətində insan faktorunun rolunu artırır və onun şəxsiyyət kimi inkişafına əlverşli imkan yaradır.Bu faktor bütün səviyyələrdə o cümlədən təşkilatlarda sosial inkişafın elmi və savadlı idarə edilməsini tələb edir. Bu günki gündə rəhbərliyin və təşkilatın sosial xidmətinin məsuliyyəti şərtləri artır.Bu zaman aşağıdakıları nəzərə almaq lazımdır:

  • Şəxsi mülkiyyətin müxtəlif formaları;
  • Əməyin ödənilməsi sistemində inkişaf etdirilməsi  bazar münasibətlərini inkişaf etdirmək sosial xidmətlərin göstərilməsində yeniliklərin tətbiq edilməsi;
  • Sosial sığorta və digər sosial müdafiə sistemlərində yenidənqurma(reforma).

Sosial sferada qayğı daha çox qeyri-hökümət orqanlarına- bələdiyyələrin üzərinə düşür.Sosial sferada ağıllı hərəkət etmək üçün planlaşdırılmış proektlərdən məqsədli proqramlardan  qısa müddətli (1 ilə qədər) orta müddətli (5 ilə qədər) və uzun müddəttli(10 il və daha artıq) planların işlənib hazırlanması və tədbiqi müsbət nəticələrə gətirib çıxarda bilər.Buna misal olaraq sosial sferda ABŞ-da və digər inkişaf etmiş Qərbi Avropa  70-ci illərin ortalarında əmək həyatının keyfiyyətini yüksəldən planlaşdırma yüksək nəticələrə nail olduğunu gizlətmək mümkün deyil.Məhz düşünülmüş və dəqiq tərtib edilmiş plan(lahiyə) onları indiki dövrün hegemon dövlətləri olmağa imkan verir. Planlaşdırma və proqnazlaşdırma sosial sferanın idarə  edilməsinin ən vacib instrumentidirki təşkilatı əhatə edən sosial aləmlə balansın qorunmasına imkan verir və təşkilatın sosial mühitlə münasibətini analiz edir.Menecerlər yalnız təşkilatın qarşısına qoyduğu məqsədlərə nail olmaqla məşğul olmalıdırlar eyni zamanda regionda və ölkədə baş verən vəziyyəti də diqqətlə izləmələdirlər.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma