antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

TƏHSİLİN MƏZMUNUNU ƏKS ETDİRƏN ƏSAS SƏNƏDLƏR Dekabr 25, 2012

images (3)Təhsil sahəsində dövlət siyasətinin başlıca prisipləri Azərbaycan Respublikasının Təhsil Qanununda (2009) əks etdirilmişdir. Təhsilin məzmununun strukturunu seçən zaman təlimin məqsədi,tələbələrin oxuma səviyyəsinə verilən tələblər,öyrənilən biliklərin xarakteri və xüsusiyyətləri nəzərə alınır.                                                                                                                                      Təhsilin məzmunu 3 əsas sənəddə öz əksini tapır. 1) tədris planı 2) tədris proqramı 3) dərslik. Tədris prosesinin məzmunu tədris planı, fənnlər üzrə tədris proqramları ilə müəyyən olunur və dərs kitablarında, informasiyanı toplayıb saxlayan elektron avadanlığında (video disklərdə, video kassetlərdə,  kompüter avadanlığında) əks olunur. Tədris planı tədris müəssəsinin sertifikatıdır.

1)tədris ilinin, semestrlərin və tətillərin müddətini:

2)tədris müəssəsində öyrənilən fənnlərin tam siyahısın:

                                              3)təlim illəri üzrə fənnlərin bölüşdürülməsini:

4)hər fənnin bütün təlim müddətində və hər qrupda öyrənilməsinə ayrılan saatların miqdarın:

5)hər fənnin öyrənilməsinə verilən həftəlik saatların miqdarını:

6)praktikumların strukturunu, müddətini və s. müəyyən edir.

Tədris planında cəmiyyətin qəbul etdiyi təhsil tərbiyə idealı, müəyyənləşdirilmiş məqsədlər, təhsilin məzmununun formalaşdırılması konsepsiyası öz əksini tapır.                           Deyilənlərdən belə aydın olur ki, bu və ya digər ali məktəbdə öyrədilən fənnləri, onların qrup üzrə tədris ardıcıllığını, hər fənnə ayrılan saatların miqdarını, təhsilin müddətini, tələbələrin fəaliyyət növlərini əks etdirən sənədə tədris planı deyilir. Tədris planına daxil edilən fənnlər  məcburi və seçmə  fənnlərə ayrılır. Tədris planları mərkəzi təhsil orqanları tərəfindən işlənib hazırlanır və təsdiq olunur.

TƏDRİS PROQRAMI. Tədris plani əsasında bütün fənnlər üzrə tədris proqramları tərtib olunur. Tədris proqramı 2 hissədən izahat vərəqindən və tədris proqramının məzmunundan ibarət olur. İzahat vərəqində tədris fənnin vəzifələri, tərbiyə və inkişaf imkanları, müəllimə aid olan metodik göstərişlər qeyd edilir. Tədris proqramlarında aşağıdakılar öz əksini tapır

1)      fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi,tələbələrin bilik və bacarıqlarına vərələn əsas tələblər,təlimin tövsiyə olunan orma və metodları

2)      öyrənilən materilın tematik məzmunu

3)      fənnin ayrı-ayrı mövzularının öyrınilməsinin müəllimin sərf edəcəyi saatların təxmini miqdarı

4)      dünyagörüşünün əsas elementlərinin siyahısı

5)      fənnlərarası əlaqəni yaratmaq üçün göstərişlər

6)      tədris avadanlığının və əyani vəsaitlərin siyahısı

7)      tövsiyə edilən ədəbiyyat

Deməli, tədris planına əsasən fənnin hissələrin və ya bölmələrini,mövzularını,mövzulara aid məsələləri göstərən,fənn üçün ayrılmış saatları mövzular arasında birləşdirən və izahat vərəqinə malik olan sənədə tədris proqramı deyilir.

Təhsildə diferensiasiya proseslərinin dərinləşməsi ilə əlaqədar olaraq tədris proqramlarının müxtəlif variantları işlənib hazırlanır.Diferensial proqramlardan istifadə etmık,fənni dərindən və ya əksinə ,öyrəniləcək qruplır yaratmaq haqqında qərarı ali məktəb şuraları verir.

DƏRSLİKLƏR.

Tədris ədəbiyyatina ali məktəb dərslikləri,məlumat kitabları,əlavı oxu kitabları vı s aidir.

Təhsilin məzmunu,onun tərbiyələndiririci və inkşaf etdirici xüsusiyyətləri dərsliklərdə konkretləşdirilir. Yaxşı dərslik təhsilin  məzmununa verilən bütün tələblərə cavb verməlidir. O, həmçinin maraqlı, mümkün qədər qısa , başa düşülən, yaxşı illüstrativləşdirilmiş və estetik tərtibata  malik olmalıdır. Dərslik tələbələrin təlim prosesində şüurlu və fəal iştirakını, tədris materialının tam mənimsənilməsini təmin etmılidir. Bu vəzifələrin həlli ilə əlaqədar olaraq dərslik aşağıdakıdidaktik funksiyaları yerinə yetirir:

1)      Motivasiyalaşdırıcı funksiya. Bu tələbələr fənni öyrənməyə sövq edən, işə maraq və pozitiv münasibət formalaşdıran stimullar yaratmaqdan ibarətdir.

2)      İnformasiya vermə funksiyası. Bu tələbələrə biliklərin həmçinin genişləndirmək, dünyagörüşünü formalaşdırmaq üçün mümkün olan bütün yollardan istifadə etməklə informasiya almaq imkanı yaratmaqdan ibarətdir.

3)      Nəzarət- korreksiya funksiyası. Bu tələbələrə təlimin gedişini və nəticələrini yoxlamağı, özünü qiymətləndirməyi və korreksiya imkanları yaratmağı, həmçinin zəruri bacarıq və vərdişləri for-q üçün çalışmaları yerinə yeritməyi nəzərdə tutur.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma