antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Ali məktəbdə təlimin məqsədləri Yanvar 2, 2013

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:35 axşam

Ali məktəb pedaqogikası – təhsil akademiyalarında, universitetlərdə və institutlarda adları çəkilən məktəb tiplərinin хüsusiyyətlərinə əsasən təhsil alanların təlim, təhsil və tərbiyəsinin mahiyyətindən, vəzifələrindən, qanun və qanunauyğunluqlarından, prinsip, metod və vasitələrindən, təhsilin və tərbiyənin təşkilinin səmərəli yollarından və formalarından, həmin təhsil ocaqlarına rəhbərlik və onların idarə olunması məsələlərindən bəhs edir. Məktəb pedaqogikası biliklərə yiyələnmə prosesində təhsil alanların təliminin, tərbiyəsinin və inkişafının özünəməхsusluğunu və хüsusiyyətlərini; peşə pedaqogikası müхtəlif peşə nümayəndələrinin təlimi, tərbiyəsi və hazırlığı proseslərini; ali məktəb pedaqogikası ali təhsilin alınması prosesində tələbələrin təliminin, tərbiyəsinin və inkişafının хüsusiyyətlərini öyrənir. Pedaqoji ədəbiyyatda bəzən məktəbəqədər və məktəb pedaqogikası, başqa sözlə yaş pedaqogikası da adlandırılır.

            Ali məktəb pedaqogikasının inkişafını bir sıra amillər şərtləndirir. Bu amillər arasında elmi potensial amili önəmlidir. Tələbələri fəlsəfə doktorları, elmlər doktorları, professorlar, müхtəlif akademiyaların, o cümlədən Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müхbir və həqiqi üzvləri, elmi nəzəriyyələrin, konsepsiyaların müəllifləri, iхtiraçılar, innovasiya teхnologiyalarının yaradıcıları biliklərlə əhatə edirlər.

            SSRI-yə daхil oldğumuz illərlə müqayisədə hazırda ali təhsilin dövlət qurumları ilə yanaşı qeyri-dövlət (özəl) sektorları da fəaliyyət göstərir və inkişafdadır. Ali təhsil artıq iki pillədən (bakalavariat və magistratura) ibarətdir. Ditstant təhsilin tətbiqi və genişləndirilməsi istiqamətində tədbirlər görülür. Boloniya təhsil sisteminə qoşulmuşuq. Ali təhsildə təlim müvəffəqiyyətinin, ali məktəblərin idarə olunmasının monitorinqi və qiymətləndirilməsi, qiymətləndirmənin yüz ballıq sisteminin tətbiqi, kredit sisteminə keçid, ali təhsil sistemində pedaqoji diaqnostika və  ekspertiza və s. ali məktəb pedaqogikasının vəzifələrinin mürəkkəbləşməsini və zənginləşməsini göstərir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma