antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Ali məktəbdə gedən müasir fundamental tendensiyalar Yanvar 11, 2013

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:35 axşam

Ali məktəblərdə gedən müasir fundamental tendensiyalar bir başa globallalşma və yenilikçiliyin hissə olub ölkədə həyata keçirilən islahat proqramlarından asılıdır. Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, indiki mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Bu ölkələrdə inkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisi əhəmiyyətli dərəcədə yüksək olub təxminən 70 faiz təşkil edir.

Azərbaycan Respublikasında ali təhsilin tədris proqramlarını həyata keçirən, 34-ü dövlət və 15-i qeyri-dövlət olmaqla 49 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Ali təhsil müəssisələrinin bakalavr pilləsində hazırda 128650, magistratura pilləsində isə 7940 tələbə təhsil alır. Dövlət ali təhsil müəssisələrində tələbələrin təlim-tərbiyəsi ilə 22427 nəfər professor-müəllim heyəti məşğul olur. Onların 1000-dən çoxu elmlər doktoru, 6 minə qədəri dosentdir.

Ali məktəblərdə 121 fakültə, 688 kafedra, 100-ə qədər elmi-tədqiqat laboratoriyası və 4 elmi-tədqiqat institutu mövcuddur.

Ali məktəblərin kitabxanalarında 20 milyon nüsxədən ibarət kitab fondu vardır.

Son illərdə təhsilin maliyyələşdirilməsi sahəsində ciddi irəliləyişə nail olunmuşdur. Belə ki, yalnız dövlət büdcəsindən bu sahəyə ayrılan ümumi xərclər 2004-cü ildəki 308,2 milyon manatdan 2008-ci ildə 1165,8 milyon manatadək artmışdır. Bu göstəricilər ali təhsil üzrə müvafiq olaraq 20,4 milyon manatdan 100,7 milyon manata qədər yüksəlmişdir. Bununla yanaşı digər mənbələrdən də ali təhsilə kifayət qədər vəsait daxil olur.

Son beş ildə təhsilə qoyulan investisiya da kifayət qədər artmışdır. Əgər 2005-ci ildə təhsilə 8,3 milyon investisiya yönəldilmişdirsə, bu rəqəm 2008-ci ildə 223,5 milyon təşkil etmişdir.

2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı

“2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Ali məktəblər üzrə əsas göstəricilər

İllər Cəmi ali məktəblərin sayı O cümələdə Cəmi tələbələrin sayı O cümələdən
Dövlət Özəl Dövlət Özəl
2000/2001 43 25 18 119683 91019 28664
2001/2002 40 25 15 120453 98959 21494
2002/2003 41 26 15 120039 101676 18363
2003/2004 42 27 15 121535 104009 17526
2004/2005 42 27 15 127248 106020 21228
2005/2006 42 27 15 129948 105997 23951
2006/2007 43 29 14 129141 106882 22259
2007/2008 43 29 14 130430 108238 22192
2008/2009 50 36* 14 136587 115994* 20593
2009/2010 53 37* 16 139194 117934* 21260
2010/2011 51 36* 15 140241 120488* 19753
2011/2012 51 36* 15 143146 123530* 19616

* xüsusi təyinatlı ali məktəblər də daxil olmaqla

Təhsilin iqtisadiyyatı sahəsinin fəaliyyəti bir sıra xüsusi əhəmiyyətli tədbirlərin və icrası birbaşa Təhsil Nazirliyi tərəfindən həyata keçirilən dövlət proqramlarının maliyyə təminatı ilə bağlı vəsaitlərin proqnozlaşdırılması, bu məqsədlərlə maliyyələşmənin həyata keçirilməsi məsələlərini də əhatə edir. Bu baxımdan ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması, Dövlət İnvestisiya Proqramı çərçivəsində ümumtəhsil məktəblərinin tikintisi və əsaslı təmiri, “Azərbaycan Respublikasının ümum­təhsil məktəblərinin avadanlıqla təminatı Proqramı”, Azərbaycan Respublikası Preziden­tinin 10 iyun 2008-ci il tarixli 2856 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”, Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensi­alının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, Azərbaycan Respublikası Pre­zi­dentinin 29 mart 2006-cı il tarixli 1386 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azər­baycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-ins­ti­tusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, “Azərbaycan Respublikasında məktəbəqədər təh­silin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”, məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchi­zatına dair tədbirlər, Azərbaycan Respublikası Prezidentinin 03 iyul 2007-ci il tarixli 2282 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Texniki peşə təhsilinin İnkişaf Proqramı (2007-2012-ci illər)”, ölkə Prezidentinin müvafiq sərəncam və fərmanları ilə xüsusi təqaüdə la­yiq görülən gənc istedadlar üçün xüsusi təqaüdlərin ödənilməsi, ümumtəhsil məktəblərinin tədris laboratoriyaları (fizika, kimya, biologiya) ilə təminatı, Azərbaycan Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli sərəncamı ilə təsdiq olunmuş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”, Bakı və Gəncə Uşaq Kəndlərinin və SOS Gənclər Evinin saxlanılması, ilin ən yaxşı ümum­təhsil məktəbi və ən yaxşı müəllimi mükafatlarının ödənilməsi  və digər xüsusi əhəmiy­yətli tədbirlərin maliyyələşməsini qeyd etmək olar.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma