antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Ali məktəbdə təlimin məzmunu Yanvar 13, 2013

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:35 axşam

Ali məktəbdə təlimin məzmunu dedikdə əsasən aşağıdakılar və onların təsiri nəzər tutlur:

– ali məktəblərin kadr potensialı və müəllimlərin ixtisasartırma təhsili müasir tələblər;

– istiqamətlər üzrə standartların yeniləşməsinə baxmayaraq, tədris planlarında hələ də bəzi qeyri-ixtisas fənləri;

– ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ sənədlər kredit sisteminin tətbiqi ilə bağlı müvafiq sənədlər.

 – ali məktəb müəllimlərinin peşəkarlıq səviyyəsini müəyyən edən mexanizm yaradılması;

– ali məktəblərdə dərs yükünün optimal müəyyənləşdirilməməsi, azsaylı qrup və birləşmələrin yaradılması, dərs yükünün minimal hədlə müəyyən edilməsi tələbə-müəllim nisbətinin dünyadakı göstəricilərə uyğunlaşdırılmasına imkanı;

– pedaqoji təhsilin məzmunu ümumtəhsil məktəblərinin tələbatı ilə kifayət qədər uzlaşma;

– magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu təkmilləşdirilməli və buna müvafiq istiqamətlər üzrə dövlət təhsil standartları hazırlanma;

– yeni pedaqoji təlim texnologiyaları ləng işlənilir, mövcud texnologiyalar isə tədris prosesinə zəif tətbiq olunma;

Bəzi məqamlar var ki, tam şəkildə məzmununun inkişaf dinamikasını ləngidir. Bu baxımdan təhlil göstərir ki, respublikanın ali təhsil sistemində aşağıdakı problemlər mövcuddur:

– kadr hazırlığı strukturu əmək bazarının tələbatını tam ödəmir;

– elmi-tədqiqatların nəticələri ali təhsilə zəif inteqrasiya olunur;

– ali təhsilə ayrılan vəsaitlər səmərəsiz istifadə olunur;

– ali təhsil müəssisələri şəbəkəsi təkmil deyil;

– ali məktəb tələbələri və məzunlarının hazırlıq səviyyəsi onların dünya təhsil məkanına çevik inteqrasiyasına imkan vermir;

– ali və orta ixtisas təhsili istiqamətlərinin və magistr proqramlarının siyahılarının təsdiqindən xeyli müddət keçdiyinə görə onların yeniləşdirilməsinə ehtiyac duyulur;

– bakalavr və magistratura pillələrində bir çox ixtisaslar üzrə dərsliklər çatışmır, bəzən isə məzmunca köhnəlmiş ədəbiyyatdan istifadə edilir;

– tələbələrin tədris olunan fənləri mənimsəmə səviyyəsini müəyyənləşdirən monitorinq mexanizmi olmadığından onların biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilir;

– ali məktəblərdə kadr hazırlığında informasiya-kommunikasiya texnologiyalarından, fəal interaktiv təlim metodlarından kifayət qədər istifadə edilmir;

– kadr hazırlığı üzrə uzunmüddətli, elmi cəhətdən əsaslandırılmış proqnozlaşdırma mexanizmi yoxdur;

– ali məktəblərin maddi-texniki bazası (tədris laboratoriyalarının təchizatı, tədris prosesini təmin edən cihaz və avadanlıqlarla təminatı və s.) müasir tələblərə cavab vermir;

– ali məktəb kitabxanaları və onların təminatı günün tələblərinə cavab vermir, elektron kitabxanaların və dərsliklərin yaradılması işi çox ləng aparılır;

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma