antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Səhiyyənin inkişaf yolları Yanvar 22, 2013

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:13 axşam

Səhiyyənin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tibbi demoqrafik göstəricilərin yaxşılaşması üçün də zəmin yaratmışdır. Son 10 ildə doğum göstəricisinin artması, ölüm göstəricisinin isə aşağı düşməsi nəticəsində təbii artım göstəricisi 8,1-dən 13,5-dək yüksəlmişdir. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Bu müsbət tendensiya tək insanların sağlamlığından asılı olmasa da, onun dinamikasında tibbi qulluq və səhiyyə xidmətləri də əhəmiyyətli rol oynayır.  Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır və Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Təsadüfi deyil ki, Dünya Səhiyyə Təşkilatının tarixində yeganə haldır ki, ölkəmiz 2005-ci ildən etibarən ardıcıl olaraq bu qurumun və onun Avropa Regional Bürosunun rəhbər orqanlarında təmsil olunur.

Beləliklə sadalanan sıradan olan şərtlər Azərbaycanda səhiyyənin inkişaf yollarından biri də modellərdən istifadədədir, beləki modellərin müxtəlif aspektlərdən inkişafı və tətbiqi üçün zəmin yaradır. Səhiyyənin inkişaf modelləri inkişaf etmiş ölkələrdə tətbiq olunan eksternal, internal, neo-texnoloji, psixo-analız və s. olmaqla həm konkret sahələrə aid, həm də ölkələr üzrə bölüşdürülərək təhlil etmək mümkündür. Belə ki, inkişaf etməkdə olan ölkələrdə insanın təsiri daha qabarıq göründüyü halda, başqa sözlə əl əməyinin səhiyyədə çəkisi artıq olsa da, inkişaf etmiş ölkələrdə məsələn Yaponiyada neo-texnoloji model daha geniş tətbiq olunur.  Azərbaycanda bu modellərin qarışıq halından istifadə olunur. Belə ki, nəticələrə misal olaraq aşağıdakıları göstərmək olar:

  • səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyəsinin artması nəticəsində indi əhalinin dövlət tibb müəssisələrinə etibarı artmış, müraciətlərin sayı çoxalib;
  • dövlət xəstəxanalarında çarpayıların məşğulluq göstəricisi, ambulator-poliklinika müəssisələrinə müraciətlər dəfələrlə artmışdır.
  • son beş il ərzində icra olunan cərrahiyyə əməliyyatlarının sayı iki dəfə çoxalmış, bununla belə, əməliyyatdan sonra ölüm hallarının sayı iki dəfə azalmışdır.
  • kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri də 2011-ci ildən başlayaraq tibb işçilərinin sertifikasiyasıdır.  Beləliklə, bütün qabaqcıl ölkələrdə olduğu kimi, beş ildən bir imtahan verib sertifikat almayan tibb işçisi praktiki fəaliyyətlə məşğul ola bilməz və s.

Nəticələr faktiki qazanılmış göstəricələr olaraq qarışıq modelin tətbiqinin müsbət  halıdır. Eyni zamanda dünya ölkələr tətbiq olunan müasir modelləri birləşdirən əsas məqam virtual səhiyyə anlayışıdır ki, ölkəmizdə də bu müəyyən dərəcədə tətbiq olunur. Cəmiyyətin formalaşmasında, insanların sağlam və normal yaşayış tərzinin təmin edilməsində mühüm rol oynayan səhiyyə sahəsi durmadan inkişaf edirək Azərbaycanda da yüksəlməkdə davam edir. Dünyada ən sürətli inkişaf tempinə malik olan informasiya texnologiyalarının tətbiqi ilə digər sahələr kimi bu sahənin inkişafı da sürətlənir və öz əhəmiyyətini artırır.  Ölkəmizdə digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmağa başlanılıb.  Səhiyyə sahəsində aparılan islahatların tərkib hissəsi kimi səhiyyə sahəsində informasiya texnologiyalarının geniş tətbiq edilməsi, Respublika əhalisinin sağlamlıq monitorinqini həyata keçirilməsi, eləcə də vahid səhiyyə informasiya mühitinin formalaşdırılması, tətbiq edilməsi, digər informasiya sistemləri və məlumat bazaları ilə əlaqələrin təşkil edilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin 14 may 2010-cu il 32 nömrəli əmri ilə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi yaradılmışdır.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • əhalinin sağlamlığının monitorinqi üzrə milli mərkəz funksiyalarının həyata keçirilməsi;
  • səhiyyə sistemində informasiyalaşdırılma məsələləri üzrə ümumi əlaqələndirmə və nəzarət işinin həyata keçirilməsi;
  • səhiyyə sistemində informasiyalaşdırılma problemlərinin həllinə yönəldilmiş elmi-texniki siyasətin həyata keçirilməsində iştikar edilməsi;
  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Elektron səhiyyənin əsasını səhiyyə müəssisələrində İKT texnologiyalarının istifadə olunması mexanizmləri təşkil edir. Bura, əlverişli elektron səhiyyə siyasəti, infrastrukturun əsaslanmış inkişafına diqqət, təminat və təchizat problemlərinə iqtisadı cəhətdən effektivli yanaşma, ölkənin məqsədlərinə uyğun düzgün məliyyələşdirilmə, uzunmüddətli partnerluğun yaradılması və səhiyyə mütəxəssislərinin tədrisi daxil olunurlar. Dünya Səhiyyə Təşkilatı tərəfindən Elektron səhiyyəyə tibb müəssisələrində informasiya və telekommunikasiya texnologiyalarının istifadə edilməsi kimi geniş təyin verilmişdir. Tibbi-sanitar xidmətinin ən dinamik inkişaf edən istiqaməti olaraq, elektron səhiyyə ölkələrin səhiyyə sistemində olan bərabərsizliyi aradan götürən amillərdən biridir. Elektron səhiyyə tibbi-sanitar xidmətin istiqamətlərini əhatə edir:

  1. insanların məlumatlarının saxlanılmasını, işlənilməsini və ötürülməsini;
  2. müxtəlif kliniki, administrativ və maliyyə məlumatlarının idarə edilməsini;
  3. Diaqnostika və müalicə mexanizmlərinin tibb mütəxəssislərinə çatdırılmasını;
  4. Tibb işçiləri və tibb fakultələrinin tələbələri üçün fasiləsiz və interaktiv tibbi-sanitar kurslarınınin keçirilməsinin təmin edilməsini;
  5. Çətin biotibbi muayinələrinin keçirilməsi

Bu sistemin Azərbaycanda tətbiqi ilə müasir səhiyyənin tətbiqində inkişaf tendesiyası tutulmuş, nəticədə isə dinamik inkişafa zəmin yaradılmışdır.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma