antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Ekoloji mühit sosial amil kimi Fevral 19, 2013

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:28 axşam

İnsanın biososial təbiəti və ekologiyası – İnsan Yer üzərində canlı orqanizmlərin inkişafının ən yüksək pilləsi sayılır.  İ.T.Frolova (1985) görə  «İnsan təbii-tarixi proseslərin subyekti, Yer üzərində maddi və  mənəvi mədəniyyətin inkişafı, digər həyati formalarla genetik bağlı olub, lakin onlardan  əmək alətləri istehsal etmək qabiliyyəti, aydın nitqi, aktiv yaradıcılığı və əxlaqi şüuru ilə fərqlənən biososial canlı varlıqdır».  İnsan həyatının vahid sistemli şəraitlə təyin olunması onun biososial təbiətini əks etdirir. Bura həm bioloji, həm də sosial elementlər daxildir. Bu, insanın tək bioloji deyil, həm də sosial adaptasiya olunmasını tələb edir. İnsan təbiətinin bu sahəsi sosial fənnlərin böyük qrupu tərəfindən öyrənilir.  İnsanın bioloji adaptasiyası heyvanat aləmindən olduqca fərqlidir.

Belə ki, sosial faktorun artması zamanı o, həm  bioloji, həm də sosial funksiyasını saxlamağa cəhd göstərir. Bu vəziyyət böyük ekoloji  əhəmiyyət daşıyaraq, «insan» məvhumunun müəyyən edilməsində ekoloji baxımdan yanaşmağı əks etdirir.  İnsan – heyvanat aləminin bir növü olub, mürəkkəb sosial təşkili və əmək fəaliyyətinə malik olmaqla, orqanizmin bioloji, o cümlədən etoloji (ilkin vərdişləri) xassələrini xeyli dərəcədə «aradan götürür» (az nəzərə çarpacaq dərəcəyə endirir) (Reymers, 1990).

Əmək fəaliyyətinin izləri kimi əmək alətləri 4,5-2,8 mln. illik tarixə malikdir. Bu dövrdə insanlar sadə əl alətləri quraşdırır, onların köməyilə heyvanları ovlayaraq özlərini qida ilə təmin edirdilər.  Əlin hərəkəti (yerimə) vasitəsi funksiyasından azad olması yeni morfoloji adaptasiyanın inkişafına –  əlin tutma qabiliyyətinin yaranmasına səbəb oldu. İnsanın dik yeriməsi vərdiş halına keçdikcə əllər tədricən hərəkət funksiyasından azad olurdu. Dik yerimə müvazinət orqanlarının inkişafına, əzələ reaksiyasının sürətlənməsinə və beyinciyin böyüməsinə səbəb oldu.  İnsanın gündüz fəallığı insanabənzər meymunların qaranlıq gecə həyat tərzinin fəallığını əvəz etdi. Antilop kimi iri heyvanı öldürmək, güclü pələngin hücumunu dəf etmək üçün fərdlər qruplarda birləşməyə başladı.

Müxtəlif fəaliyyət növləri ilə  məşğul olan qruplarda ünsiyyət vasitəsi olan dil inkişaf tapdı. İnsan üçün yeni böyük dəyişikliklər onun ali sinir sistemində, beynində baş verdi.   Qeyd etmək lazımdır ki, insanın formalaşması prosesi  əcdadlarımızın fərdlərinin dəyişkənliyi nəticəsində mümkün olmuşdur. Təbii seçmə Homo sapiyensin (insanın) təkamülündə həlledici rol oynamışdır.

Müasir insan tipi son buzlaşma dövründə, təxminən 40-50 min il əvvəl formalaşmışdır. Yuxarıda qeyd edildiyi kimi, bu dövr ərzində insan ovçuluqla, meyvə  və s. yığmaqla, çox sonralar isə heyvandarlıq,  əkinçiliklə, kustarlıqla məşğul olmuşlar. Yalnız son iki-üç  əsrlərdə isə sənaye istehsalı inkişafının rolu artmışdır. Bütün bu tarixi dövr  ərzində təbii mühitin rolu tədricən azalmış  və insan həyatında süni mühitin rolu artmışdır. Bu zaman təbii seçmənin təsirinin ölçüsü və keyfiyyət xarakteri də dəyişmişdir.  Sosial dəyişkənlik və tibbin inkişafı  nəticəsində inkişaf etmiş ölkələrdə  təbii seçmənin təsiri xeyli azalmışdır. Bununla belə, insan biososial varlıq olaraq bütün canlılar üçün universal olan ümumi bioloji qanunauyğunluqların təsirindən təcrid olunmamışdır.

Y.P.Altuxov və O.L.Kurbatovanın (1984) xarici məlumatlardan gətirdiyi aşağıdakı rəqəmlər də bunu təsdiq edə bilər: insan enbrionunun 5%-i ontogenizin ilkin mərhələlərində  məhv olur (daxili səbəblərdən), 3%-ni ölü doğum təşkil edir, 3% reproduktiv yaşa çatmamış ölür, yaşlarının 20%-i nigaha daxil olmur və nigahın 10%-nin dölü olmur.  Beləliklə, ilkin genofondun təxminən 50%-i sonrakı  nəsillərdə  təzələnmir, bu hadisənin  əksər hissəsi genetik cəhətdən asılı olur.

İnsan  kənd təsərrüfatı  fəaliyyətində torpaq, su, bitki heyvan və energetik resurslardan istifadə etməklə özünü ilk növbədə qida ilə təmin edərək başqa fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir göstərir.

XX  əsrin sonu XXI  əsrin  əvvəllərində  hər gün dünyaya 250 min insan gəlir və onları yedizdirmək, 130 geyindirmək və evlə  təmin etmək lazımdır. 2020-ci ildə Yer  əhalisinin sayının 8 milyard olması gözlənilir. Yaxın 20-25 il ərzində bu qədər adamı yedizdirmək üçün, əkinçilik yaranan vaxtdan indiki günə qədər (10 min ilə yaxın bir dövrdə) istehsal olunan ərzağın miqdarından da artıq ərzaq tələb olunur.

Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması bir çox mürəkkəb və qarşılıqlı əlaqəli problem sayılır. Digər mühüm problem isə qidanın keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, mikroelementlər və s.-dir. Dünya kənd təsərrüfatı sisteminin idarə olunması da mühüm məsələdir. Bu elə aparılmalıdır ki, istehsal və ərzaq məhsullarının bölünməsinin ətraf mühitə zərərli təsiri minimuma endirilsin.  Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı bitkilərindən məhsul almağın əsası kimi başlıca zəruri sərvət olub mövcudluğumuz ondan asılıdır. O, kənd təsərrüfatı istehsalının başlıca vasitəsi, qida məhsullarının əsas mənbəyidir.  Dəniz və süni istehsal sahələri (hidroponika, istixanalar) qida məhsulunun  əldə edilməsindəolduqca az rola malikdir. Okeandan insan 30-40 mln. tona yaxın dəniz balığı, onurğasız heyvanlar və yosun əldəedir.

Quruda hazırda 80 min qida bitkisi növü mövcuddur, bəşəriyyət isə əsasən cəmi 30 kənd təsərrüfatı bitkisi ilə qidalanır. Buğda, düyü (çəltik), qarğıdalı, kartof  əsas bitki sayılıb, daha yüksək məhsuldarlığı ilə seçilir. FAO-nun məlumatına görə Avrasiya, Avstraliya, Afrika və Amerikanın torpaqlarından hər il 300 mln. tona yaxın buğda, bir o qədər də düyü, 250 mln. ton qarğıdalı, 200 mln. ton arpa, vələmir, çovdar, 100 mln. ton kalış (sorqo), darı, 300 mln. ton kartof, 100 mln. ton meyvə, 60 mln. ton paxlalılar, 30 mln. ton pomidor və soğan, 60 mln. ton təmiz şəkər, 20 mln. ton bitki yağı, 100 mln. ton ət, 400 mln. ton süd alınır.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma