antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Təhsilin inkişafının idarə ediməsi Fevral 23, 2013

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:14 axşam

Təhsil sisteminin dövlət siyasətinin prinsipləri  əsasında idarə edilməsi üçün bu sahədə çalışan hər bir şəxsin təhsil sahəsində bu  siyasətin mahiyyətini, onun milli-mənəvi tələblərini bilməsi vacibdir. Pedaqoji işçilərin  əlavə təhsil sistemində rəhbər pedaqoji kadrların yenidən hazırlanması və ixtisasının artırılması sistemi idarəetmənin keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Rəhbər pedaqoji kadrların ixtisasının artırılması sistemində vəziyyətin və istifadə edilən elmi-pedaqoji  ədəbiyyatın təhlili göstərir ki, bu sahədə ciddi yeniliklərin tətbiqi üçün elmi-tədqiqat işlərinin aparılmasına ehtiyac vardır.  İxtisasartırma təhsilində yeniliklərin təhsil iştirakçılarına çatdırılması, onların idarəetmə sahəsində işlərini elmi şəkildə təşkil etməsinə kömək məqsədilə hazırlanmış elmi  əsərlər toplusunun hazırlanıb çap edilməsi onlara müəyyən qədər kömək edər.

«İxtisasartırma təhsilində yeni mexanizmə keçid və müəllimlərin təkmilləşdirilməsi işinin təşkili barədə» Təhsil Nazirinin 21.02.2002-ci il tarixli 164№-li əmri bu istiqamətdə atılmış praktik addım kimi qiymətləndirilməlidir. Həmin  əmrdə ixtisasartırma  təhsili və təkmilləşdirmə prosesi ilə bağlı yeni mexanizm və modellərə keçilməsi üçün konkret təkliflər və tapşırıqlar verilmişdir. Azərbaycan dili,  ədəbiyyat və riyaziyyat müəllimlərinin ixtisasartırma  təhsilinin onların təklif, arzu, maraq və tələbləri əsasında «Sifariş -təklif» prinsipi ilə təşkili, dayaq məntəqələri mexanizminin 5 şəhər və rayonda (Gəncə, Sumqayıt, Səbail,  Şəki və Cəlilabad) tətbiqi ilə bağlı ekspermentlərin qoyulması, təkmilləşdirmə prosesinin təşkilinin dayaq məntəqələri vasitəsilə həyata keçirilməsi məqsədilə Koordinatorlar QRUpunun fəaliyyət istiqamətləri, fənn  assosasiyalarının yaradılması, «Öyrədənlərin öyrədilməsi» 44 Proqramının həyata keçirilməsi və s. barədə göstərişlər bu qəbildəndir.

Əmrə müvafiq olaraq, 2002/2003-cü dərs ilindən başlayaraq son illərdə müəllimlərin arzu, təklif, maraq və ehtiyaclarını nəzərə alaraq, Azərbaycan dili  və ədəbiyyat  üzrə 13, riyaziyyat fənni üzrə 9 adda  fizika, riyaziyyat, tarix, coğrafiya, kimya və biologiya fənlərinin hər biri üzrə 5 adda müxtəlif variantlı tədris-tematik planlar üzrə həmin kateqoriyadan olan müəllimlərin ixtisasartırma  təhsili qismən  «Sifariş-təklif» prinsipi ilə təşkil olunmuşdur. Aparılan sorğu, müşahidə və monitorinqlər  əsasında ixtisasartırma  təhsilinin bu prinsip əsasında təşkilinin faydalı və səmərəli olduğu qənaətinə gəlinmişdir. Hazırda digər fənlər üzrə də həmin proses davam edir.

«Dayaq məntəqələrinin təşkili mexanizmi barədə» Təhsil Nazirliyinin  əmrində qeyd edilmişdir ki, diplomdansonrakı təhsilin fasiləsizliyi və yüksək səviyyədə həyata keçirilməsi, onun şəbəkəsinin  respublikanın  bütün ərazisi üzrə yayılması, ezamiyyət problemlərinin həlli, büdcə vəsaitinə  qənaət etmək, distant (məsafədən) təhsil mexanizmlərinin tətbiqi, yerli metodmərkəzlərin rolunun artması, qabaqcıl təhsil işçiləri və müəllimlərin tədris  prosesinə cəlbi, «Sifariş-təklif» mexanizmlərinin həyata keçirilməsi məqsədilə dayaq məntəqələri mexanizminin tətbiqi son dərəcə əhəmiyyətlidir.  Dayaq məntəqələri AMİ və onun filialları ilə əlaqəli fəaliyyət  göstərir. AMİ (təminatçı müəssisə) və onun filialları dayaq məntəqələri üçün mühazirəçi heyətinin hazırlanması («Öyrədənlərin öyrədilməsi» Proqramının həyata keçirilməsi), distant   təhsil mexanizminin tətbiqi üçün informasiyaların verilməsi, dayaq məntəqələrindən daxil olan sifarişlərin qruplaşdırılması, yerlərdən alınan sifarişə uyğun stajkeçmə  proqramları hazırlamaq və bu əsasda stajikeçmələr təşkil etmək və s. vəzifələri yerinə yetirirlər. Halhazırda ümumtəhsil məktəblərində 2000-ə yaxın Dayaq məntəqəsi  fəaliyyət göstərir.

Təhsilin idarə edilməsində innovasiyaların fəal – uyğunlaşdırıcı  sistemli strategiyası, qeyd olunduğu kimi, idarəetməyə proqramməqsədli yanaşmanı özündə əks etdirir. O, aşağıdakıları tələb edir:    – sosial cəhətdən  əsaslandırılmış və həqiqi  şəraiti nəzərə almaqla həyata keçirilməsi konkret vaxta qədər mümkün olan məqsədlərin təyin edilməsi;     – regionun təhsil sistemi və onunla qarşılıqlı əlaqədə olan xarici təşkilatların və strukturların fəaliyyətinin bütün növlər və96 istiqamətlər üzrə lazımi işinin siyahısının hazırlanması;  -lazımi vasitələrin – maliyyə, kadr, maddi-texniki, informasiya və s. müəyyənləşdirilməsi;   – məsul icraçıların idarəetmə, təhsil, maliyyə və digər strukturların, təşkilatların, müəssisələrin, işçilərin səviyyəsində təyin edilməsi;   Təhsil sisteminin idarə edilməsinə yeni yanaşmanın təklif olunan modelinə həmçinin təşkilati strukturların  şəbəkəsinin yaradılması və işlədilməsi daxil edilməlidir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma